Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə90/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

 
281 
 
dan artıq simləri olan sazlar isə “ana saz” adlanır (38, 206-207). 
Bundan  başqa  S.Abdullayeva  Xaqani  Şirvani  şeirlərinə  istinad 
edərək birsimli sazın olduğunu da göstərir (39, 4). 
 
                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
             
 
                                    
Cürə və ana saz 
 
Orta əsr şairlərinin əsərlərində sazdan bəhs edilən məqamlara 
rast gəlirik. Nəsimi şeirlərində sazla bağlı xeyli ifadələr vardır: 
 
Pərdə icində çalınır bir saz, 
Ki, edər eşq nəvasın ağaz (21, 305). 
 
Başqa bir şerində isə: 
 
Çərxin ağaxın anladır bu sözüm, 
Saz, ədvar iləməğam oldum (21, 305). 
 


 
282 
 
Qazi Bürhanəddinin əsərlərində sazın adı çəkilir:  
 
Əgər müxalif edüp sazını mühəyyər ola (20, 19). 
 
Şair  hətta  sazın  ən  çox  səs  çıxaran  simi  olan  zirdən  də  söz 
açmışdır (20, 643). 
Orta əsrlərdə Şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş 
yayılmış simli musiqi alətlərindən biri də tənburdur.  
 
           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                        
                                          
Tənburlar 
 
Tənbur növlərinə görə müxtəlifdir. Uzaq Şərqdən Qərb ölkə-
lərinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları olmuş, 
müxtəlif adlarla yayılmışdır. Bu alət Orta Asiya türk xalqlarında 
bu gündə geniş istifadə edilməkdədir. Qazaxlarda «dombra», qır-
ğızlarda «dombura», özbəklərdə «dombrak», türkmənlərdə «dan-
bura», osmanlı türklərinə yaxın olan türklərdə «tanbura», bir çox 
Qərb xalqları arasında «domra» adı ilə yayılmış bu alət Azərbay-


 
283 
 
canda  tarixən  tənbur  adı  ilə  çox  məşhur  olmuşdur.  Baş  və  orta 
barmaqla  çalınır.  Gövdəsi  tut,  və  ərik,  üzü  şam,  qolu  isə  qoz 
ağacından hazırlanır. 
XIII  əsrdə  yaşamış  Azərbaycanı  görkəmli  musiqişünası  Sə-
fiəddin  Urməvi  «Kitabi-əl-ədvar»  əsərində  iki  simli  alət  olan 
Xorasan və Bağdad tənburları haqqında geniş məlumat verir.   
Orta əsrlərdə bu alət Azərbaycanda quruluşuna görə fərqlən-
miş  və  bu  müxtəlifliyinə  görə  Şirvan  tənburu  adı  ilə  məşhur  ol-
muşdur. Əbdülqədir Marağayi  Şirvan tənburu haqqında da ətraflı 
məlumat  verərək  özünün  «Məqasidül  əl-əlhan»  əsərində  yazır: 
«Şirvanlılar  tənburu  o  sazdır  ki,  təbrizlilər  ondan  çox  istifadə 
edir. Onun quruluşu armud şəklində olur. Səthi uzundur. Ona iki 
tək sim bağlanır. Qollarında pərdələri olur. Elə köklənir ki, onun 
aşağı  simində  çalınan  nəğmə  yuxarı  simində  çalınan  nəğmənin 
8/9-nə  barəbər  olur.  Segah  çalmaq  istədikdə  şəhadət  barmağı  ilə 
aşağı  simi,  başqa  barmaq  ilə  də  yuxarı  simi  tutursan.  Beləliklə, 
segah iki ahəngdə olur» (40, 74). 
Qətran Təbrizi əsərlərində tənburun adını çəkir: 
 
Bu arada onun o arı belinə bənzər belindən 
Mən də tənburun altı kimi saralıb arıqladım (41, 140).    
 
Qazi Bürhanəddin şeirlərində tənbur haqqında məlumat verir: 
 
Çal bu nəva pərdəsində nəğmeyi-tənbur, 
İrər isən bu hicaza səy ola məşkur (20, 43). 
 
Füzuli  “Həft-cam”  əsərində  setardan,  tənburdan  söhbət 
açaraq onu təsvir edir:  
 
Bu dəm dilə gəldi o xəbər sahibi – tənbur. 
Üz tutdu əzəl sonra mənə söylədi: «Bir dur!  
Gəl, olma, – dedi, – gizli çalan, pərdəni yırtan, 
Vurma üzümə olsa da eybim, sən ey insan! 
Rəğbət elə tənburə, müğənni, gəl ürəkdən,  
Rəğbət açarilə ona da bir qapı aç sən.  
 


 
284 
 
Aç bir qapı ki, izhar olub nəşələr ondan,  
Qəlblər gülərək daim olar gül kimi xəndan (42, 150). 
 
 Orta əsr miniatür sənəti əsərlərində bir sıra musiqi alətləri ilə 
yanaşı  tənburun  da  geniş  təsviri  verilmişdir.  1530-cu  ildə  ustad 
Soltan  Məhəmmədin  çəkdiyi  «Zöhhakın  edamı»  rəsmində  yerdə 
oturub iki telli, qısa qollu Şirvan tənburu çalan musiqiçinin təsviri 
verilmişdir.  
Orta  əsrlərdə  Azərbaycanda  geniş  yayılmış  musiqi  alətlərin-
dən biri də cəngdir.  Quruluş etibarilə üçbucağa oxşayan bu mu-
siqi aləti qol və düz dayanacaq, eləcə də onlara keçirilən tellərdən 
ibarətdir.  Cəngin  daha  çox  qadınlar  tərəfindən  çalındığı  məlum-
dur (9, 230).  Əbdülqadir Marağayi özünün “Came-əl-əlhan” əsə-
rində cəngin onun dövründə təkmilləşdirildiyini qeyd edir. O, ya-
zır ki, cəng alətinə 24 sim qoşulmuş, həmin simlər qoşa bağlan-
dığına görə onda 12 müxtəlif səs əldə etmək mümkün olmuşdur. 
 
            
 
 
 
 
 
 
 
 
 
 
                
                                      
Cəng 
 
Orta əsr Azərbaycan şairlərinin əsərlərində də cəngə dair çox-
lu məlumatlar vardır. Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində 
cəng musiqi aləti barədə yazır: 


 
285 
 
Uca sərv, söyüd, ağcaqayın altında, 
Cəngin səsi altında şərab içirdi (18, 352). 
 
Şair başqa bir şeirində cəngi vəsf edərək yazır: 
 
Müğənni gəl, cəngini köklə, 
Demək üçün səsini xoş avaz  et. 
Mənə öz cəngini çalmaqla 
Öz ahənginlə nəvaziş et (18, 485).  
 
Xaqani Şirvani isə  cəngi belə təsvir edir: 
 
Göybaş kimi, o cəngə bax ! 
Zülfünədki ahəngə bax ! 
Dimdikdə zərrin rəngə bax ! 
Vurmuş ayağından çidar (16, 104). 
 
Qazi Bürhanəddin öz əsərlərində çəngin də adını çəkmişdir: 
 
Sübhdəmdür al ələ çəngi, bəgüm, 
Gedərəlüm arada cəngi, bəgüm (16, 236). 
 
Orta  əsr  müəlliflərindən  Mücirəddin  Beyləqani  rud,  mizrab, 
cəng,  rübab  haqqında  yazmışdır  (43,  318,  324,  321).  Bununla 
yanaşı  o  ney,  dəf  və  mütrübdən  də  söz  açmışdır  (43,  347,  353). 
Məhsəti  Gəncəvi  mütrib,  cəng  kəlmələrindən  istifadə  etmişdir 
(43,  364,  365).  Qivami  Mütərrizi  isə  təbil,  cəng,  rübab  kimi 
musiqi alətlərinin adlarını çəkmişlər (43, 396, 400).  
 Yaxın  və Orta Şərqdə  geniş  yayılmış və qədim tarixə malik 
musiqi  alətlərindən  biri  də  uddur.  Orta  əsrlərdə  udun  birsimli 
musiqi  aləti  kimi  çox  populyar  olduğu  müxtəlif  mənbələr 
əsasında  təsdiqlənir.  Bu  alətə  ərəblər  “əlud”,  farslar  isə  “rud” 
demişlər.  Onun  dörd  simini  orta  əsr  müəllifləri  həyat  mənbəyi 
dörd ünsürlə - od, su, hava, torpaqla bağlamışlar (9, 232). 
Udun  təkmilləşdirilməsində,  onun  yeni  səs  düzümünün 
yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və 
həm də o özü də udda məharətlə çalmışdır. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə