Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə88/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   84   85   86   87   88   89   90   91   ...   113

 
275 
 
Eyni zamanda, islamda  musiqinin lehinə də  dinşünas alimlər  
tərəfindən  maraqlı  fikirlər  irəli  sürülmüşdür.  İbn  Ravəndi,  əl-
Fərabi,  əl-Kindi,  əl-Qəzali,  Ömər  Sührəverdi,  Makdisi,  əl-
Münbici,  Cəlaləddin  Rumi,  Şəms  Təbrizi,  İbn  Sina  və  digər  də-
yərli din alimləri öz əsərlərində musiqinin islama zidd olmadığını 
və insanlar üçün vacib əməllərdən hesab etmişlər.  
Məhəmməd  əl-Münbici  əl-Hənbəlinin  “Risalə  fis-Sema  ver-
Raks” adlı əsərində İbn Teymiyə və başqalarının musiqi əleyhinə 
irəli  sürdükləri  arqumentləri  inkar  edərək  musiqinin    vacibliyini  
sübut  edən  mülahizələr  irəli  sürür.  Bunlardan  bəzilər  aşağıdakı 
kimidir: 
1. Musiqi, şirin və xoşdur. Onunla ruhlar, zövq alar və təskin 
olar.  Onun  şirin  səsiylə  körpələr,  ninni  söyləyərək  yatırdılar. 
Musiqi  dəvələri  bir  səfərin  çətinliyinə  dözümlü  və  yüklərin 
ağırlığına dayanıqlı edər.  
2.  Gözəl  səs,  Allahın  təqdir  etdiyi  və  məxluqatına  hədiyyə 
etdiyi  çox  gözəl  bir  xüsusiyyətdir.  Allah,  Quran-ı  Kərimdə  belə 
buyurar:  "...Allah  məxluqatda  istədiyini  artırar...”  (29,  220). 
“...Səsini qaldırma. Çünki ən çirkin səs uzunqulağın səsidir.„ (29, 
411)  ayətində  Allah,  eşşəklərin  anqırmasından  xoşlanmadığını 
ifadə edər. 
3.  Allah  cənnətdəki  insanlar  haqqında  belə  buyurar:  "İman 
gətirib  yaxşı  işlər  görənlər  cənnət  bağçalarının  birində    sevinc 
içində qalacaqlar” (29, 404). Bundan ötəri musiqi, axirətdə halal 
olarkən bu dünyada necə haram ola bilər? 
4. Hz. Peyğəmbər, "Quranı gözəl səsinizlə bəzəyin." "Quranı 
gözəl səslə oxumayan bizdən deyildir” buyurdu. 
5.Səma,  ağılın  və  düşüncənin  sevgiliyə  doğru  istiqamətlən-
dirilmə  səbəbidir.  Əgər  bu  sevimli  haram  biridirsə  səma,  haram 
olaraq  ifadə  edilər.  Lakin  sevgilinin  Allah  olması  vəziyyətində 
Ona  yaxınlaşmaq  mənasında  səma,  "qurbət"  olaraq,  Allaha 
yaxınlaşma  səbəbi  olaraq  qiymətləndirilməlidir.  Yenə  gözəl  bir 
səsdən  qulağın  aldığı  ləzzət,  gözəl  bir  mənzərə  ilə  gözün,  gözəl 
bir  qoxu  ilə  burnun,  gözəl  bir  dadla  dilin  aldığı  ləzzət  kimidir. 
İndi  əgər  qulağın  bir  ləzzət  qaynağı  olan  səma,  haram  olaraq 


 
276 
 
qiymətləndirilsə, o zaman yuxarıdakı bütün ləzzətlərin də haram 
olaraq qəbul edilməsi məcburiliyi ortaya çıxacaq (30, 383-385).
 
Böyük  islam  alimi  Gazali  (ö.  505/1111)  də  öz  növbəsində 
musiqi və rəqsin müəyyən sərhədlər çərçivəsində olmasını təşviq 
edərək, Quran və sünnədən dəlillər gətirərək onların qanuniliyini 
isbat  edirdi.  O,  bu  münasibətlə  yazırdı:
 
“Musiqi-səma  mütləq 
olaraq  halaldır.  Amma  bəzi  hallarda  caiz  olmaya  bilər.  Xoş, 
ölçülü  və  aydın  olan  bir  səs  olması  etibarilə  musiqi
 
mübahlar 
(icazə  verilənlər  –  Ə.Ə.)
 
kateqoriyasına  daxildir”  (28).  Məhəm-
məd  Qəzzali  «Kimyayi-səadət»  əsərində  simaya  dini-irfani  don 
geyindirərək  yazırdı:  «Bil  ki,  insanın  daxilində  Allah-taalanın 
sirri  vardır.  Atəş  dəmirin  içində  gizli  olduğu  kimi,  bu  sirr  də 
qəlbdə  gizlidir. Dəmirə daş sürtündükdə atəşin sirri  aşkara çıxar 
və ətrafı yandırar. Eləcə də, simanın xoş avazı insanlıq gövhərini 
hərəkətə  gətirər  və  insanın  özündən  ixtiyarsız  olaraq  daxilin-
dəkiləri  üzə  çıxarar  (32).  İmam  Qəzzali  simanı  mütləq  mənada 
haram bilənləri zahir əhli və qafil adlandıraraq bu fikri irəli sürür 
ki, sima üç növdür və uyğun olaraq, hər növün öz hökmü vardır: 
1) Qəlbində bəyənilən sifətlər və şəriətə uyğun xüsusiyyətlər olan 
şəxsə  sima  müsbət  təsir  göstərir,  həmin  xüsusiyyətləri  daha  da 
gücləndirir. Bu cür simanın savabı vardır. 2) Hər kimin qəlbində 
batil  vardırsa,  sima  ilə  daha  güclənər  və  kök  salar.  Belə  sima 
haramdır.  3)  Hər  kimin  qəlbində  bu  iki  cəhət  yoxdur  və  ya 
bərabərdir, özü də simaya qulaq asıb, öz təbiətinə uyğun şəkildə 
ləzzət  alırsa,  onun  üçün  sima  mübahdır  (icazə  veriləndir). 
Həmçinin,  İmam  Qəzzali  5  halda  simanı  haram  hesab  edir:  1) 
Qadının dilindən eşidilərsə, yəni sima avazını qadın oxuyarsa. 2) 
Musiqi  alətlərində  (rübab,  çəng,  bərbət  və  s.)  ifa  edilərsə.  3) 
Simanın  sözlərində  söyüş,  həcv  və  din  əhlinə  təhqir  olarsa.  4) 
Simanı  eşidən  cavandırsa  və  şəhvət  ona  qalib  gəlib,  Allahın 
yolundan  döndərərsə.  5)  Avam  camaat  simanı  özünə  peşə  edib, 
əyləncə və eyş-işrət vasitəsinə çevirərsə (32). 
Gözəl  səsi  ruhun  qıdası  kimi  dəyərləndirən  Azərbaycan 
təsəvvüf  filosofu  Şihabəddin  Sührəvərdi  (vəfatı  -  1191  )  isə 
yazırdı:  “Onlar  bəzən  lətif  bir  nəğmədən,  xoş  rayihələrdən, 


 
277 
 
mütənasib  şeylərin  görünüşündən  istifadə  edirlər...  Nəticədə 
onlarda  ruhi  işıqlar  meydana  çıxır  və  bu,  bir  vərdişə  çevrilərək 
qərarlaşır” (33, 14).  
Səma məsələsində də dövrün ilahiyyatçıları və sufilərin özləri 
arasında  ciddi  fikir  ayrılıqları  olmuşdur.  Bu  barədə  Əbu  Həfs 
Sürhəvərdinin  fikirləri  maraqlıdır.  O  səmada  şişirtmələrin  və 
ifrata varmaların əleyhinə çıxaraq yazırdı: “Bu mövzuda olduqca 
çox söz söylənmiş və bir-birindən fərqli hal və yanaşmalar ortaya 
çıxmışdı. Bəziləri onu inkar edərək günah saymış, ifrat düşkünlər 
də bunun halal bir iş olduğunu irəli sürmüşlər. Hər iki tərəf ( bir-
birini inkar edən və ixtilafda olan) ifrat dərəcədə çəkişiblər” (34, 
221). O hesab edirdi ki, səmaya bir əyləncə kimi baxılmamalıdır, 
səmanın dərk edilməsi sufilik  yolunda  yetkinləşmiş arif adamlar 
üçün xeyirli ola bilər. “Deyilmişdir ki, səma ancaq (hal yolunda) 
təmkinli  arif  üçün  doğrudur,  mənəvi  yola  yeni  girən  müridlər 
üçün məqbul deyil” (34, 238).
 
Qeyd edək ki, islamda musiqini qəbul edənlərlə etməyənlərin 
hər  ikisi  öz  fikirlərinin  təsdiqi  kimi  Qurani-Kərimə,  sünnəyə  və 
hədislərə əsaslanaraq eyni mənbəni mənafelərinə uyğun müxtəlif 
cür təfsir edirdilər. Hədislərə münasibətdə isə fərqli yanaşma var 
idi. Hər iki tərəfin istinad etdiyi hədislər saxta, yalançı, sonradan 
yaranma  hədislər  hesab  edilərək  inkar  olunurdu.  Buna  misal 
olaraq  İbn Teymiyənin  Makdisi (ö. 507/1113) və Sührəverdi (ö. 
632/1234) tərəfindən musiqinin xeyrinə söylədikləri Peyğəmbərin 
bir bədəvinin şeir deməsindən təsirləndiyi ilə bağlı hədisi əsassız 
hesab  etməsini  göstərə  bilərik.  Hədisdə  deyilir  ki,  bir  gün  Hz. 
Peyğəmbərin hüzurunda bir bədəvi bir şeirdən iki misra oxuyur, 
bundan  son  dərəcə  xoşlanan  və  vəcdə  gələn  Hz.  Peyğəmbərin 
ridası çiyinlərindən düşür. Bunu görən Hz. Müaviyə, "əyləncəniz 
nə  qədər  gözəl!"  deyir.  Hz.  Peyğəmbər,  "Ya  Müaviyə  səma 
anında Sevgilini xatırlayıb da ürpərməyən kərim sayılmaz" deyə 
cavab verir (30, 376). 
İslamda  musiqiyə  mənfi  münasibətin  formalaşması  hesab 
edirik  ki,  aşağıdakı  mülahizələrlə  daha  çox  bağlıdır.  Bu  əvvəla, 
Quran-ı Kərimin səs quruluşunun pozulması qorxusu ilə  bağlıdır. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə