Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə96/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   92   93   94   95   96   97   98   99   ...   113

 
306 
 
vəziyyətini  yaxşılaşdırmaq  mümkün  deyil.  Onun  nəbzi  zəiflədi, 
tənəffüsü pozuldu, hərəkəti çətinləşdi (13, s 18). Çox təəssüf ki, 
burada  xəstəliyin  əlamətləri  sadalansa  da,  xəstəyə  hansı  diaqno-
zun qoyulduğu barədə məlumat verilmir. Müəllif bir maraqlı fikir 
də irəli sürərək göstərir ki, əgər bir orqan xəstəliyə düçar olubsa, 
görülən  tədbirlərə  baxmayaraq  xəstəlik  inkişaf  edirsə,  onda  bu 
orqan kəsilib atılmalıdır (13, s 40). Bu orta əsrlərdə cərrahi əmə-
liyyatların olduğunu deməyə əsas verir. 
Ruzbixan Xunci Yaqubun xəstələndiyini təsvir edərkən qeyd 
edir ki, bürkü, kədər, uyğun gəlməyən qida gecə titrətmə ilə nəti-
cələndi  və  səhəri  gün  həkimlər  «qanlı  qızdırmanı»  (hummayi-
dəmavi, vəbavi) müəyyən etdilər, bədəndən qan buraxmaq lazım 
olduğunu məsləhət bildilər. Qaraciyər xəstəliklərində (mərəzi səf-
rəvi) isə neştərin tətbiqi ölümcüldür. Bədəndə suyun çatışmaması 
və  bədənin  bütün  suyunun  getməsinin  çoxalması  qanın  daha  da 
şiddətlənməsinə gətirib çıxardı. Əgər həkimlər artan temperatura 
qarşı  diqqətcil  olsaydılar,  onlar  gərək  bədəni  möhkəmləndirici 
dərmanlar  yazaydılar,  lakin  bu  ziyan  idi.  Əgər  həkimlər  qara-
ciyəri  qüvvətləndirmək  istəsəydilər,  onda  sakitləşdirici  vermək 
lazım  idi.  Amma  aşağı  temperaturada  bədənin  çoxlu  suyu  istis-
kaya (yəni suyun bədənin içinə dolmasına) səbəb olacağı qorxusu 
var idi. Yaqubun halının daha da pisləşməsinə səbəb yaxın adam-
larının məsləhətləri oldu. Çünki sağlam vaxtı onu ölümlə o qədər 
qorxutmuşdular ki, ölümün qaçılmaz bir zərurət olduğu və yaxın 
olduğu barədə fikirlər təlqin etmişdilər. Burada xəstəyə psixoloji 
təsirin böyük olduğu vurğulanır (8, 122-123).  
Psixi  sağlamlığı  pozulmuş  divanələrin  zəncirə  bağlanması 
halları da mövcud idi. Bu barədə M. F. Şirvani isə yazır: 
 
Sanki divanəyəm bu zəncirdə, 
Əlləri bağlı, ixtiyarım yox (5, 389). 
 
Nizami yaradıcılığında qeyd olunur ki, xəstəliyin sirrini sidik 
və nəbzdə axtardılar. Doğrudan da  «bu şərt müasir təbabətdə də 
xəstəliyin  müəyyən  edilməsində  mühüm  rol  oynayır.  Çünki  bir 


 
307 
 
sıra  xəstəliklər  zamanı  xəstəliyin  əlamətləri  özünü  ilk  növbədə 
nəbzin  vurmasında  və  sidiyin  rəngində  büruzə  verir»  (14,  139). 
Yusif  Məddah  da  xəstəliyin  səbəbinin  nəbzi  yoxlamaqla  təyin 
olunmasından yazmışdır (7, 200). 
Nəsirəddin  Tusi  yazır:  «Bilmək  lazımdır  ki,  evdarlıq  (ailə 
saxlamaq)  sənətinin  ümumi  əsası  təbibin  insan  bədəni  tərkibləri 
arasındakı  müvazinəti  nəzarət  altında  saxlamasına  bənzəyir.  Bu 
müvazinət  bədənin  sağlamlığına,  fəaliyyət  bacarığının  kamilli-
yinə dəlalət edər. Bu müvazinət (etidal) mövcud olduqca sağlam-
lıq da davam edər, pozulduqda sağlamlıq  da aradan gedər. Üzv-
lərdən  biri  zərər  gördükdə  (təbib)  onu  müalicə  edərkən  bütün 
üzvlərin,  xüsusilə  ona  yaxın  olan  rəis  üzvün  mənafeyini  nəzərə 
alar, birinci növbədə rəis (baş ) üzvün, sonra isə o üzvün hayına 
qalar,  bütün  üzvlərin  mənafeyi  üçün  haman  üzvün  yarılması,  ya 
ona  dağ  basılması  lazımsa,  onu  da  edər,  fəsadın  başqa  üzvlərə 
keçməməsi  üçün hətta onu bədəndən ayırıb kənara  atmaqdan da 
çəkinməz» (15, 147). Bu bənzətmədə əsas diqqəti cəlb edən cəhət 
odur  ki,  müəllif  insan  bədənini  vahid  bir  orqanizm  kimi  qəbul 
edir,  bir  orqanda  baş  verən  pozulmanın  digərlərinə  də  təsir  edib 
müvazinətin pozulmasına, yəni maddələr mübadiləsinin dəyişmə-
sinə gətirib çıxaracağına işarə edir.  
Orta  əsr  müəlliflərinin  əsərlərində  əttar  sözü  tez-tez  rast  gə-
linən bir sözdür. Yaxın Şərq ölkələrində olduğu kimi,  Azərbay-
canda  da  ətriyyat,  dərman,  müxtəlif  bitki  yağları  və  s.  satmaqla 
məşğul  olan  şəxslərə  əttar  deyilirdi.  Əttarlar  təbii  ki,  dərman 
bitkilərinin yığılması, qurudulması və hazırlanması ilə də məşğul 
olurdular.  Bunlar  bir  növ  indiki  anlamda  aptekçilər  idilər.  Onlar 
dərmanların hazırlanması ilə məşğul olduqlarından müalicəvi bit-
kilərin  xassələrini  və  təsir  qüvvəsini  bilirdilər.  Azərbaycanda  bi-
tən  dərman  bitkilərindən  bəhs  edən  Əbdürrəşid  əl-Bakuvi    yazır 
ki, Gəncədə böyük bir dağın üstündə Şam tutuna bənzər xur adlı 
bir bitki vardır ki, həmin bitki insanları ciyər xəstəliyindən xilas 
edir və Gəncədən və Şirvandan başqa bu bitki heç yerdə yoxdur 
(9,  120).  Xoyda  isə  «tülkü  yumurtacıqları»  adlı  (geniş  yarpaqlı 
səhləb) əcaib bitki var. Şeyx ər rəis (İbn Sina) deyir ki, o həmin 


 
308 
 
bitkini orada görüb və o, iki yumurtacığa oxşayır: birisi solmuş, 
birisi də təzədir (9, 125). 
Beləliklə, müxtəlif mənbələrdə verilən məlumatlarda xalq tə-
babətinə dair biliklərə yer verərkən nəzərə alınmalıdır ki, «müasir 
tibb elmi indi də çox şeyi xalq təbabətindən əxz edir.» (16, 218) 
Şair  və  mütəfəkkirlərimizin  əsərləri  xalq  təbabətini  öyrənmək 
üçün əsas mənbələrdir. Bu əsərlərdə ayrı-ayrı xəstəliklər və onla-
rın müalicə üsulları, dərman və dərman bitkiləri haqqında müəy-
yən məlumatlara rast gəlinir. 
Ölçü  vahidləri 
Azərbaycan  xalqının  orta  əsrlərdəki  mənəvi  mədəniyyətinin 
müxtəlif sahələrini araşdırarkən xalq metrologiyası və onun  tət-
biqi  sahələrinin  öyrənilməsi  aktuallıq  baxımından  mühüm  əhə-
miyyət kəsb edir. Çünki metrologiya ölkənin tarixinin bir parçası 
olub, dövrün ticarəti, sənətkarlığı, məhsuldar qüvvələri və s. inki-
şafı  ilə  bağlı  məsələlərin  araşdırılmasında  əhəmiyyətli  rol  oy-
nayır. 
Ölçü  və  çəki  vasitələrindən  düzgün  istifadə  həm  də  bir  etik 
məsələ  olub,  insanlararası  münasibətlərdə  mühüm  əhəmiyyət 
kəsb  etmişdir.  Hətta  islam  dini  də  bu  sahədə  olan  əyintilərə  ya-
saqlar qoyurdu. Quranda bu barədə müsəlmanlara çoxlu çağırışlar 
vardır (19, 230);  Hud, 84:  «Mədyən əhlinə də qardaşları  Şüeybi 
peyğəmbər göndərdik. O dedi: «Ey qövmüm! Allaha ibadət edin. 
Sizin Ondan başqa heç bir tanrınız yoxdur! Ölçünü və çəkini əs-
kiltməyin.  Mən  sizi  xeyir-bərəkət  içində  (firavan  yaşamaqda) 
görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz 
təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qor-
xuram!» (19, 230); Hud, 85: «Ey qövmüm! Ölçüdə və çəkidə düz 
(ədalətli)  olun.  İnsanların  heç  bir  şeydə  haqqını  əskiltməyin 
(adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə 
isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!» (19, 
230);  Hud,  86:  «Əgər  möminsinizsə,  (bilin  ki,  ölçüdə  və  çəkidə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə