Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə95/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

 
303 
 
böyrək,  ürək,  dalaq,  öd,  bağırsaq,  göbək,  sümük,  diş,  sinir,  qan, 
bəlğəm,  səfra,  qulaq,  göz,  əl,  ilik  (6,  635-636).  Xaqani  səfranın 
adını çəkmişdir (2, 92). 
Orta  əsrlərdə  bir  sıra  əlamətlərinə  görə  artıq  müxtəlif xəstə-
liklər məlum idi. Xaqani o dövrdə mövcud olan taun, vəba, vərəm 
və istisqa – su azarı  kimi xəstəliklərin adlarını çəkir (2, 32; 58; 
231).  O  bununla  yanaşı,  öz  dövründə  mövcud  olan  xəstəliklərin 
müalicə çarələri barədə də məlumat vermişdir. Şair yazır: 
 
Çox baş ağrısı çəkdi gül kuzənin içində
Dönüb gülaba, oldu baş ağrısına dərman (2, 235). 
 
Burada gülabın baş ağrısına yaxşı təsir etdiyi göstərilir. Yusif 
Məddah da təxminən bu səpgidə məlumat verir: 
 
Saçdılar ol gül yüzə gül suyunu 
Əqli gəldi başına sordu anı (onu) (7, 192-193). 
 
Burada  müəllif  huşu  gedib  bayılmış  adamın  üzünə  gül  suyu 
çilənməsini  təsvir  etmişdir.  Nəsimi  şəkərin  şərbəti  –  şəfası 
deyərkən  şərbətin  bəzi  hallarda  adama  sağaldıcı  təsiridən  bəhs 
edir (5,  160). Başqa yerdə bunu daha dolğun təsvir edir: 
 
Ta səqahüm şərbətindən içdi bu xəstə könül
Seyri – ov ədnayi buldu, qaynadı xümxanəsi (6, 359). 
 
Balın  müalicəvi  xassəyə  malik  olması  uzun  əsrlərdir  ki, 
bəllidir. Xaqani bu barədə belə deyir: 
 
Göz önündə nə tor hörər, nə iş görər ancaq arı, 
Şan içində hazırlayar dərdə şəfa  dərmanları (2, 146).  
 
Sonra Xaqani «Qızdırmanı kəsməyə qarğı lazımsa əgər» - de-
yir,  lakin  bunun  məqsədini  açıqlamır  (2,  163).  O,  «Qızdırmanı 
kəsən  neyşəkər  kimi»  –  deməklə  qızdırmalı  xəstəyə  neyşəkər 


 
304 
 
verildiyindən söz açır (2, 87). Şair qarikon və türbəd adlı dərman 
məqsədilə işlədilən bitkilərin də adlarını çəkmişdir (2, 33). Amma 
təəssüf  ki,  bu  bitkilərin  hansı  xəstəlikdə  istifadəsi  haqqında  heç 
bir məlumat verməmişdir.  
Xaqani Şirvani «Çünki xəstə çox danışar gəlsə qızdırma, böh-
ran»  -  deyərkən  qızdırmalı  adamın  halını  təsvir  etmiş  və  xəstə 
adamların  oruc  tutmağının  qeyri  –  mümkünlüyünü  də  qeyd  et-
mişdir (2, 110, 122).  «Yandı hərarətdən içim»-deyən Nəsimi isə 
qızdırmalı xəstənin necə zəif düşdüyünü obrazlı şəkildə ifadə et-
mişdir  (6,  151).  Orta  əsrlərdə  infeksion  xəstəlik  olan  sarılıq  ba-
rədə də müəyyən təsəvvürlər mövcud olmuşdur. Məsələn, Xunci 
mərəzi sari adlı keçici xəstəliyin adını çəkmişdir (8, 121).  
Müasir  dövrdə  güllə  şəkərin  qatışığından  alınan  gülşəkər  və 
ya  gülqənd  adlanan  qarışıq  ürək  üçün  xeyirli  hesab  olunur.  Bu 
barədə Mücirəddin Beyləqani də yazmışdır: 
 
Gülqəndi ürək dərdinə bildi dərman (5, 357). 
 
Tutiyanın  orta  əsr  mənbələrində  gözə  xeyirli  olduğu  qeyd 
edilir.  Orta  əsrin  digər  müəlliflərinin  əsərlərində  olduğu  kimi, 
Nəsimi də «Ki, yekrəkdir anın tozu həkimin tutiyasından» dedik-
də gözə çəkilən tutiyaya işarə etmişdir (6, 159).  
Xalq  təbabətində  xəstəliyin  səbəbinin  aşkar  edilməsi  əsas 
məsələ sayılırdı. Bu xüsusda Əssar Təbrizi deyir :  
 
Gizli qalan xəstəliyə çünki olmaz bir əlac (7, 106). 
 
Xəstəliyin səbəbi bilindikdə ona çarə tapmaq mümkün olur.  
Maraqlıdır  ki,  isti  suların  müalicəvi  əhəmiyyəti  də  orta  əsr-
lərdə  bəlli  idi.  Əbdürrəşid  əl-Bakuvi  öz  əsərində  Uçan  şəhərin-
dəki xeyirli kükürd hamamlarına çoxlu xəstələrin gəldiyini qeyd 
edir (9, 87). Orta əsr müəllifi Zəkəriyyə Qəzvini Təbriz yaxınlı-
ğında  xəstə  və  zəiflərin  istifadə  etdikləri  müalicəvi  əhəmiyyətə 
malik olan çoxlu hamam olduğunu qeyd edir və Salmasda elə su 
olduğunu  deyir  ki,  bu  suda  çimən  adamın  cüzam  xəstəliyi  yox 


 
305 
 
olur. Murov dağında bitən əl-mavz adlı bitkinin qaraciyər xəstəli-
yinin  müalicəsində  istifadə  olunduğunu  da  göstərmişdir  (10,  49, 
53).  
Əbdürrəşid əl-Bakuvi Salmasda mövcud olan suda qoturu və 
ya cüzamı olan kimsə yüyünsə, o saat sağaldığını söyləyir (9, 96). 
O,  öz  əsərində  deyir  ki,  Marağadakı  Qiyamətabad  adlı  bağın 
yanında  çoxlu  isti  sular  vardır  ki,  buraya  da  çimməyə  şikəstlər 
gəlir  (9,  105).  O,  eyni  zamanda  yazır  ki,  Bəzzdə  yerin  altından 
böyük çay axır, əgər çoxdan qızdırması olan adam burada çimsə 
xəstəlik ondan əl çəkər (9, 118). Azərbaycanın Xoy dairəsindəki 
Vaşala kəndində elə bir bulaq vardır ki, onun suyunu içənin qarnı 
işləyir və mədəsində olan artıq şeylərdən azad olur (9, 132). 
Bütün dövrlərdə olduğu kimi, orta əsrlərdə də təbiblər hörmət 
sahibi olmuşlar. Marağalı Əhvədi həkimə yüksək qiymət verir (5, 
227-228).  Şərafəddin  Yezdi  yazır:  «Təbrizli  mövla  Fəzlullah 
bacarıqlı  və  hər  bir  təşəbbüsündə  müvəffəqiyyət  qazanan  mahir 
həkimlərdən  olub»  (11,  52).  Ruzbixan  Xunci  Məhəmməd  ibn 
Zəkəriyyə  ər  Razinin  uzun  müddətli  xəstəliklərin  səbəblərindən 
bəhs edilən «Kitab əl həvi» əsərinin adını da çəkmişdir  (8, 123). 
Xandəmir  qeyd  edir  ki,  «Hülakü  xan  hamamdan  çıxandan 
sonra  xəstələndi.  Həkimlərin  məsləhətilə  müshil  atdı,  dərman 
onun ürəyinin getməsinə səbəb olub, naxoşluğu səktəyə uğradı. O 
gecələrdə bir qorxunc kəkilli heyvan hər gecə görünməkdə idi. O 
heyvan qeyb olduqdan bir neçə gecə sonra, Hülakü xan da həyat 
bağçasına  vida  etdi»  (12,  87).  Müəllifin  başqa  bir  məlumatı  da 
maraq doğurur. O yazır ki, Cələl islama əziyyət verildiyindən «o 
tab gətirə bilməyib özünü bıçaqladı. Kari olmadığından cərrahlar 
onun yarasını tikdilər və müalicə edilib sağaldı» (12, 58). Tac əd-
Din əs-Salmani qeyd edir ki, xaqan (burada Əmir Teymur nəzər-
də  tutulur  –Ə.  Ə.)  qəfildən  xəstələndi,  hərarəti  artdı,  dəhşətli 
ağrıları  başladı  və  o  tamamilə  hövsələ  və  rahatlığını  itirdi.  Bir 
neçə gün ağrıdı. Bütün təbiblər toplaşdılar, Qanunu-İlmi (ola bil-
sin ki, burada İbn Sinanın əl Qanun fi-t-tibb əsəri nəzərdə tutulur) 
əsasında xəstənin qüvvədən düşməsinin səbəbini müəyyənləşdir-
dilər  və  xəstəliyin  diaqnozunu  qoydular,  gördülər  ki,  xəstənin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə