Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə93/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

 
296 
 
Rəqslər 
 Qədim  rəqslər  ibtidai  insanların  əmək  prosesi  gedişində,  bir 
sıra  əhəmiyyətli  mərasimlərlə  əlaqədar  keçirdiyi  daxili  hiss  və 
həyəcanlarını əks etdirən hərəkət kimi meydana gəlmişdir. Zaman 
keçidində inkişaf edən bu rəqslər təkmilləşərək müəyyən ənənəyə 
əsaslanmışdır.  Hərəkətin  harmoniyası,  musiqiyə  uyğun  şəkildə 
addımların cəld və asta ahənglə atılması və rəqqasın rəqsin məz-
mununa  müvafiq  olaraq  mimik  ifadələri  əsas  xüsusiyyətlərdir. 
Hər  bir  dövrün  mədəni  səviyyəsinə  uyğun  gələn  rəqsləri  olmuş-
dur. Qeyd etmək lazımdır ki, rəqslər teatr sənətinə də öz təsirini 
göstərmişdir. Müəyyən süjetə əsaslanan mərasim rəqslərində zən-
gin ifaçılıq texnikası nümayiş etdirilmişdir. 
Azərbaycanda  rəqslər  mahiyyət  etibarilə  müxtəlif  olmuşdur. 
Yəni, kütləvi, tək, cüt və sair olmaqla fərqlənmişdir. Kütləvi rəqs-
lərin ən qədimi yallı olduğu aydınlaşır. Azərbaycan xalqının hələ 
qədimlərdən  yaranan  yallı  rəqsi  kollektiv  şəkildə  ifa  edilmişdir. 
Qobustan qayaüstü təsvirləri buna misal ola bilər.  
Ayrı-ayrılıqda  qadın  və  kişi  rəqsləri  uzun  müddət  müxtəlif 
mərasimlərdə nümayiş etdirilmişdir. Qeyd edək ki, qadın rəqsləri 
kişi rəqslərinə nisbətən zərifliyi, həzinliyi və mülayimliyi ilə fərq-
lənmişdir. Kişi rəqslərində isə çeviklik, şuxluq, cəldlik kimi key-
fiyyətlər üstünlük təşkil etmişdir. 
Aydındır ki, rəqslər musiqinin müşayiəti ilə ifa olunmuşdur. 
Hər mərasimin də özünəməxsus rəqsi olmuşdur. Belə ki, toylarda, 
bayramlarda başqa, dini mərasimlərin isə fərqli mahiyyətdə rəqs-
lər ifa edilmişdir. Bu fərqlilik özünü müvafiq hərəkətlərdə göstər-
mişdir. Rəqs musiqisində xarakter, məişət, estetik zövq, dini dün-
yagörüşü və s. özünü büruzə verir.  
Xalq rəqslərində musiqi ilə bərabər hərəkətlər mühüm rol oy-
nayır. Hərəkətlərdə isə müxtəlif motivlər verilir. Məs., ov səhnə-
si, əmək, hərb və s. ifa tərzinə görə də fərqlənən rəqslər kütləvi, 
tək, cəld, ahəstə ola bilər. Rəqslərin mahiyyəti və oynama keyfiy-
yəti hər bir xalqın özünəməxsusluğunu təcəssüm etdirir.  


 
297 
 
Şairlərimizin  yaradıcılığında  rəqslərdən  geniş  bəhs  edilir. 
K.Həsənov Nizami yaradıcılığına müraciət edərək yazır: «Nizami 
öz  qiymətli  sətirlərində  oyunun  necə  rəqsə  keçdiyini  təsvir  edir. 
Deməli, hələ qədim zamanlardan bəridir ki, oyun və rəqs bir-biri-
nə  qovuşur,  vahid  bir  süjetdə  birləşir.  Azərbaycan  rəqslərindən 
bir çoxu bizim günlərdə belə oyun xarakteri daşıyır» (49, 7). Gör-
kəmli  şairin  yaradıcılığında  rəqslərdəki  temp  haqqında  da  məlu-
mata rast  gəlinir. Məsələn,  «Nizami Gəncəvi  bir rəqsdən danışa-
raq onu icra edən qadının ayaq hərəkətlərini cəngin simləri üzə-
rində tez-tez gəzişən mizraba bənzədir. Cəng tar kimi çalğı aləti-
dir və mizrab onun simləri üzərində cəld-cəld gəzişir. Azərbaycan 
qadın rəqsində də ayaqlar belə cəld hərəkət edir» (49, 7). Buradan 
belə  nəticəyə  gəlmək  olur  ki,  musiqi  və  rəqslər  haqqında  şairlə-
rimizin  verdiyi  məlumatlar  bu  irsi  ətraflı  öyrənməyə  xeyli 
köməkdir. 
Rəqslərə öz yaradıcılığında geniş yer verən Xaqani rəqqasəyə  
müraciətlə deyir: 
 
Ey nazlı gözəl, şur ilə meyxanədə rəqs et! 
Məst ol, çal, oxu, məclisi məstanədə rəqs et! 
Rəqqasə əgər məst ola, şövq iləedər rəqs, 
Ey badə, bir az sən də bu peymanədə rəqs et! 
Adabı atıb, arı burax, boş sözə baxma
Məhrəm də yaxındır bizə, biganə də, rəqs et! 
Batində fəqət aşiq ilə rəqs elə, zahir 
Aqil də sənə söyləsə, divanə də, rəqs et! 
Bir ov yarasından tökülən qan kimi qayna, 
Coşqun ürək ol, sineyi pərvanədə, rəqs et! 
Xaqani, gedib bağdakı bülbüllərə uyma
Bayquşların avazına viranədə, rəqs et (16, 327)! 
 
Musiqilə rəqs bir-birilə qırılmaz surətdə bağlıdır. Onları ayrı 
təsəvvür  etmək  belə  mümkün  deyildir.  Qeyd  edək  ki,  «mövzu 
əsasına görə Azərbaycan xalq rəqsləri və rəqs musiqisi altı böyük 
janra bölünür:  


 
298 
 
1. Ənənəvi rəqslər
2. Məişət rəqsləri; 
3. Zəhmət rəqsləri
4. Qəhrəmanlıq, hərbi və idman oyunları, rəqsləri 
5. Yallı (xorovod) oyun - rəqsləri 
6. Müxtəlif mövzulu xalq rəqsləri» (50, 69).  
 
Bununla  bərabər  kollektiv  rəqs  sayılan  halaylar  da  mövcud 
olmuşdur. Qeyd edək ki, ««halay» xorovod mahnılarının əksəriy-
yətinin poetik əsasını xalq arasında geniş yayılmış və son dərəcə 
ahəngdar şer forması olan bayatı təşkil edir» (51, 6). Azərbaycan-
da  bayatıların  təsərrüfat  və  məişətin  hər  sahəsi  üçün  qoşulduğu 
məlumdur.   
Meyxanalarda rəqqasələrin ayaqlarında xalxal olması və rəqs 
etməsi orta əsr şairlərinin əsərlərində yer almaqdadır. Dərvişlərin 
xüsusi  rəqs  etməsi  miniatür  sənəti  nümunəsində  də  təsvir  edil-
məkdədir. 
Orta əsrlərdə təsəvvüf musiqisində rəqs özünəməxsus yer tu-
tur. Müxtəlif təriqətlər bəzi ayinlərin icrasını musiqinin müşayiəti 
ilə  ritual  rəqsləri  icra  edərək  həyata  keçirirdilər.  Bu  rəqslərdən 
mövləvi təriqətinə aid səmavi rəqslər adı ilə məşhur olan və döv-
rümüzə qədər gəlib çatan rəqslər daha məşhurdur.  Təriqətin yara-
dıcısı Cəlaləddin Rumi bu təriqət haqda deyirdi: "Tanrıya aparan 
yollar çoxdur. Mən rəqs və musiqi yolunu seçdim" (52, 81). Möv-
ləvi səmasının yaranmasına dəyərli sufi intellektualı Şəms Təbri-
zinin  mühüm  təsiri  bir  çox  tədqiqatçılar  tərəfindən  qeyd  edilir. 
Mövlanənin  tərcümeyi-halın  qələmə  almış  müəlliflərdən  biri  bu 
barədə  yazırdı:  «Ustadımız  Cəlaləddin  Rumi  Şəmslə  görüşünə 
qədər  atasının həyat  tərzinə uyğun bir şəkildə  yaşayırdı. O, dərs 
dəyirdi,  zahid  həyatı  sürürdü,  günün  çox  hissəsini  ibadətdə  ke-
çirirdi.  Mərasim  musiqisini  -  dini  musiqini  görən  gözü  yox  idi. 
Ancaq  görüşəndən  sonra  Şəms  ona  dedi:  «Rəqs  etməyə  başla. 
Rəqsin bəxş etdiyi vəcddə adi həyatda tapmadığın duyğuları ara. 
Din  bunu  ona  görə  yasaq  sayır  ki,  insanın  daxilindəki  heyvani 
hisslər  rəqs  məqamında  oyana  bilər.  Bu  yasaq  kütlə  üçün 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə