Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə89/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

 
278 
 
Belə  ki,  Quran-ı  Kərimi  musiqinin  müşayiəti  ilə  uzadılaraq 
oxunması, lazım olan heca və səslərin qısaldılması və ya lazımsız 
yerə  uzadılması  istər  istəməz  musiqiyə  xas  cəhətlərin  önə 
çıxmasına  gətirib  çıxarırdı  ki,  bu  da  öz  növbəsində  Quran-ı 
Kərimdəki  təbii  və  xüsusi  səs  nizamının  pozulmasına  gətirib 
çıxarır,  eləcə  də,  Quranın  Ərəb  dil  qaydalarına  və  səs  nizamına 
görə  tələffüz  edilməsinə  maneələr  törədirdi.  İkincisi,  hesab 
olunurdu ki, musiqi insanı öz sehrinə saldığı üçün qəlbi Quranı və 
Allahı  zikr  etməkdən  yayındırır.  Üçüncüsü,  islamda  musiqini 
birbaşa  əyləncə  kateqoriyasına  aid  edilməsi  ilə  bağlıdır. 
Ümumiyyətlə, islamda əyləncə ilə ehtiyatlı davranmaq düşüncəsi 
hakim  idi,  çünki  hesab  edilirdi  ki,  əyləncələr  nəticə  etibarilə 
dindarın nəfsinə hakim ola bilməsinə və Allah yolundan azmasına 
gətirib  çıxarır.  Qeyd  etmək  lazımdır  ki,  islamda  hisslərlə, 
arzularla,  ehtiraslarla,  ruhun  affektləri  ilə  mübarizə  əbədi  olaraq 
aktual problem olmuşdur. Qəzaliyə  görə fəlsəfənin  (etikanın) və 
incəsənətin  vacib  vəzifələrindən  biri  «ruhun  müalicə  və  ehtiras-
lardan xilas olması üsullarını tapmaqdan ibarətdir”  (35, 478).   
Sonda belə bir nəticəyə gəlmək olar ki, orta əsrlərdə  islamın 
musiqiyə  gətirdiyi  yasaqlar  müsəlman  şərqində  musiqinin 
inkişafını ləngidə bilmədi, əksinə gətirdiyimiz faktlardan da aydın 
olur  ki,  XII-XV  əsrlərdə  musiqi  öz  janr  müxtəlifliyini  qoruyub 
saxlayaraq  daha  da  inkişaf  etmişdir.  Musiqi  bu  dövrlərdə  də 
insanların  mənəvi  tələbatlarının  ödənilməsinə  xidmət  etmiş  və 
ruha qida verən “xeyirlər”dən hesab edilmişdir. N. Tusi bu barədə 
yazırdı:  “...  Xeyirlər  ya  nəfsə  aiddir  ya  bədənə  ...,  ya  ağıl  ilə 
edilənlərdirlər,  ya  hiss  ilə  duyulanlar...  Kəmiyyətdə  müvazinət, 
ədədlərdə  -  tamlıq,  keyfiyyətdə  -  nəfsi  cismani  ləzzətlər, 
nisbətlərdə  -  rəyasət  və  sədaqət  və  bunun  kimi;  məkanda  yerin 
paklığı,  zamanda  –  vaxtın  münasibliyi,  quruluşda  –  tərkiblərin 
müvafiqliyi, geyimdə - paltarın yaraşıqlığı, təsirdə - təsirin nəticə 
verəni,  həssaslıqda  –  hissin  xoş  gələni,  məsələn,  məlahətli  səs, 
gözəl surət filosofların dedikləri xeyirlərdəndir” (36, 220).  


 
279 
 
Musiqi  alətləri 
 XII-XV  əsrlərdə  Azərbaycanda  musiqi  sənətinin  inkişafında 
musiqi  alətlərinin  özünəməxsus  yeri  vardır.  Bu  dövrdə  musiqiçi 
sənətkarlarımız  tərəfindən  yeni  musiqi  alətləri  icad  edilmiş, 
mövcud olanlardan bəziləri isə təkmilləşdirilmişdir. 
Orta əsrlərdə Azərbaycan musiqi alətlərini təsnif edən musiqi 
araşdırıcıları onları üç qola ayırırlar: simli musiqi alətləri,  nəfəsli 
musiqi alətləri və zərb musiqi alətləri. 
Simli musiqi alətləri. 
Araşdırdığımız dövrdə Azərbaycan-
da  istifadə  olunan  simli  musiqi  alətləri  əsasən  aşağıdakılardan 
ibarətdir:  qopuz,  rübab,  tənbur,  bərbət,  setar,  çahartar,  şeştar, 
cəng, pandur, santur və s.  
Azərbaycandakı  simli  musiqi  alətləri  içərisində  yaranma 
tarixinə  görə  ən  qədimlərindən  biri  sözsüz  ki,  indiki  saz  musiqi 
alətinin  əcdadı  hesab  edilən  qopuzdur.  Hələ  3  min  il  bundan 
əvvəl Azərbaycan ərazisində yaşayan tayfa birləşmələrinin qopu-
za  oxşar  musiqi  alətinin  olduğu  haqda  araşdırıcılar  tərəfindən 
mülahizələr  irəli  sürülür  (9,  226).  E.ə.  VIII  əsr  mannalılara  aid 
edilən  piyalənin  üzərindəki  təsvir  olunan  musiqi  alətinin  də 
qopuza  oxşaması  bu  alətin  qədimliyindən  xəbər  verir.  Qopuz 
haqqında  zamanımıza  gəlib  çatan  ən  dəyərli  mənbələrdən  biri 
“Kitabi-Dədə  Qorqud”  dastanıdır.  Dastanın  müxtəlif  boylarında 
ozan  aşıqla  bərabər  qopuzun  adına  da  rast  gəlirik:  “...  Ozan 
qopuzu Beyrəyə verdi. Beyrək qopuzu aldı, atasının düşərgəsinə 
yaxınlaşdı”  (26,  158);  “Dirsə  xan  dedi:  ...  Mənim  əllərimi  açın, 
qolça qopuzumu verin, o igidi geri döndərim” (26, 138); “Dədəm 
Qorqud gəlib qopuz çaldı, oxudu” (26, 176) və s.  
Qazi Bürhannədin qəzəllərində də qopuzun adını çəkir: 
 
Ney kibidür uş vücudum yanaram bu neyiçün 
Düşürəm odına udam yana derəm qopuzi (20, 173). 
 
Qopuz xüsusi ağac növündən hazırlanaraq, münasib biçimdə 
olmuşdur. Sadə quruluşlu qopuzun kiçik çanağı, çanağın üzərində 


 
280 
 
ipək tellərin bərkidilməsi, üçün sümük və ya ağacdan düzəldilmiş 
bənd  və  baş  tərəfində  köklənmək,  telin  digər  ucunu  bərkitmək 
üçün  ağac  aşıqlar  olur  Qopuzun  dilə  gətirilməsi  heç  bir  alətlə 
deyil, əllərin vasitəsi ilə icra edilir (9, 227). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                            
                           
 
Qopuz 
 
 
Qopuzun saza çevrilməsi prosesi tədricən baş vermişdir. Qo-
puzun  xələfi  olan  sazın  tarixi  mənbələrdə  adı  XII  yüzillikdən 
etibarən    çəkilməyə  başlayır.  XIII  yüzillikdə  naməlum  müəllif 
tərəfindən  fars  dilində  qələmə  alınmış  “Əcaib-ət  -dünya”  adlı 
əsərdə Ərdəbildə zərif sazların hazırlanması haqqında məlumatlar 
verilir (9, 227). 
 Sazın  müxtəlif  növləri  olduğu,  onun  tarixən  müxtəlif  adlara 
adlanması  ilə  bağlı  orta  əsr  müəlliflərinin  əsərlərində  müxtəlif 
fikirlərə  rast  gəlmək  mümkündür.  Aşıq  sənətinin  araşdırıcıları 
əsasən üç cür sazın olduğunu  irəli sürülər. Onlardan qopuza daha 
yaxın  olan  4-5  simli  -  telli  saz  “cürə”  adlanır.  Cürəyə  bəzən 
qoltuq sazı da deyilir. 8-9 simli orta saz “tavar saz” adlanır. 10-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə