Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə87/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

 
272 
 
Onları da yer gizlədi, əcəl aldı. 
Fani dünya yenə qaldı... (26, 139)  
 
Yaxud,  
 
Dədəm  Qorqud  gəldi,  qopuz  çaldı.  İgid  döyüşçülərin  başına 
nə gəldiyini söylədi: 
 
Hanı o tərifli bəy ərənlər
Dünya mənimdir deyənlər? 
Əcəl gəldi, yer gizləndi,  
Fani dünya kimə qaldı (26, 220).  
 
“Kitabi-Dədə Qorqud” dastanı ən azı Oğuz türklərində ilk or-
ta əsrlərdən aşıq sənətinin populyar və hörmətli olduğunu ortaya 
qoyan çox əhəmiyyətli mənbələrdən biridir. Ə. Eldarova göstərir 
ki,  Gəncədə  indiyədək  də  qalan  Ozan  məhəlləsi  vardır  və  bu  da 
həmin  ərazidə  ozanların  yaşadığını  iddia  etməyə  haqq  verir. 
Müəllif hətta onu da fikrinə əlavə edir ki, aşıqlar təbliğ etdikləri 
ideyalara görə feodal və dini dairələr tərəfindən təqib olunmuşlar 
(25, 33-34).  
Nizami  Gəncəvi  “Xosrov  və  Şirin”  əsərində  aşıq  poeziya 
janrına aid dastanın və üçtelli sazın adını çəkir: 
 
Barbəd üçtelli ilə dastan çalırdı, 
Ayıq ikən hər kəsi sərxoş edirdi (18, 276). 
İslamda  musiqi 
Orta əsr Azərbaycanının musiqi dünyasının bir özəlliyi də di-
ni xarakterli musiqi janrının inkişaf etməsi ilə bağlıdır. Bu musiqi 
özlüyündə cami-məscid və təriqət musiqisi kimi formalara ayrılır-
dı. Cami-məscid formasına - əzan, zikr, təkbir, mərsiyə, minacat 
və s. aid idi. Təriqət musiqisinə isə - ilahilər, qasidə, nəfəs (Bək-


 
273 
 
taşilərdə),  mərsiyə,  ayin  (Mövləvi  musiqisində),  saz  səmaları  və 
s. aid idi.    
XII-XV  əsrlər  islam  aləmində  musiqinin  haram  olub  olma-
ması  ilə  bağlı  islam  ilahiyyatçıları  və  alimləri  arasında  diskus-
siyaların getdiyi bir vaxtdır. 
Ümumiyyətlə, orta əsrlərdə islamda musiqiyə münasibət bir-
mənalı olmamışdır, xüsusilə də fiqh alimləri və müftilər musiqiyə 
mənfi  münasibət  bəsləmiş,  bəzi  istisnalarla  onun  hər  növünü 
günah hesab etmişlər. Bu münasibətdəndir ki, musiqi islam dinidə 
daha çox bu isimlərlə tanınmışdır – əl-Ləhv (əyləncə, vaxtı boşa 
keçrimək),  əl-Ləğv  (boş  söz),  əl-Batil  (boş,  dəyərsiz),  əz-Zur 
(yalan),  əs-Sumud  (boş  şeylə  əylənmək),  əl-Muka  (fit  çalmaq), 
ət-Tasdiyə (əl-çalmaq), Ruqyətuz Zina (zinanın dəvətçisi), Sautuş 
şeytan  (şeytanın  səsi),  Məzmuruş  şeytan  (şeytanın  qavalı)  və  s 
(27). Türk araşdırıcısı Süleyman Uludağ qeyd edir ki, fiqh kitab-
larında, musiqinin dindəki əhəmiyyətinə işarə edən hər hansı bir 
müsbət ifadə tapmaq mümkün deyil. Bundan ötəri fiqh kitabların-
dan  yola  çıxaraq  musiqinin  islami  hökmünü  təsbit  etmək  müm-
kün deyil (28). Fiqhçilərin  bu mövqeyi  hədis  kitablarına  yazılan 
şərhlərdə də öz əksini tapmışdır. Məsələn, Hənəfi fiqh kitabı Hi-
dayədə  bu  barədə  yazılır:  Toyda  oyun  oynamaq  və  çalğı  çalmaq 
(Lub,  gına,  melahi)  bidətdir.  Sıravi  bir  müsəlman  dəvət  edildiyi 
bir toya getsə, burada oyun oynandığını və çalğı çalındığını görsə 
orada  otura  bilməz,  dönüb  geri  gedər.  Çünki  getməsi  dinə  bir 
ləkə,  eyni  zamanda  müsəlmanlara  günahın  qapısını  açma  olar. 
Çünki  uca  Allah:  "Əgər  Şeytan  sənə  unutdurursa,  xatırlayandan 
sonra o zalim tayfa ilə oturma" (29, 134) buyurur. Bu da göstərər 
ki,  hər  növ  çalğı  haramdır,  hətta  çubuğu  vuraraq  (temp  tutaraq) 
tərənnüm də belədir (28).  
İbnul-Cevizi  (ö.597/1200),  İbn  Teymiyə    (ö.728/1238)  kimi 
ilahiyyatçı-alimlər  də  təxminən  bu  mövqedə  dayanmış,  İbn  Ra-
vəndi, əl-Fərabi,  Ömər Sührəverdi,  İbn Sina və başqalarını  mu-
siqini qəbul etdikləri üçün bidətçilikdə günahlandırmışlar. İbnul- 
Cevizi  və  İbn Teymiyə  hesab edirdilər ki,  musiqi  insanların  tər-
biyəsinə  pis  təsir  edir,  onları  haqq  yolundan  azdıraraq  əxlaqsız 


 
274 
 
meyllərə düçar edir. İbn Teymiyə bu barədə yazırdı: "Hər nə za-
man bir oğlan musiqi ilə məşğul olsa, musiqi onu pozar; bir qadın 
onu etməyə başlasa zina etmiş olar; hər nə zaman gənc və ya yaşlı 
bir adam onu icra etsə özlərini çox pis bir hərəkətin içinə soxmuş 
olarlar” (30, 382). İbnul-Cevzi isə bildirirdi ki, musiqinin birinin 
ürəyini  ilahi  düşüncələrdən  uzaqlaşdıraraq  doğru  yoldan  sapdır-
maq, digərini dünyəvi zövqlərə meyl göstərən bir insan etmək ki-
mi təsirləri vardır (30, 382). İbn Teymiyə musiqinin lehinə Ayişə 
ilə bağlı bir hədisi şərh edərkən bildirir ki, “Mahnı dinləmək, Hz. 
Peyğəmbər və əshabələrinin vərdişi deyildi (30, 378). 
Müasir dövrün islam ilahiyyatçılarından Ayətullah Seyid Əli 
Hüseyni Xameneinin (Təbrizi) musiqiyə dini mövqedən münasi-
bəti də maraqlıdır. O, halal musiqini haram musiqidən ayırmağın 
meyarı  nədir?  Klassik  musiqi  halaldırmı?  suallarına  belə  cavab 
verir:  “Camaatın  nəzərində  ləhv  (puç,  faydasız,  oynadıcı,  batil), 
eyş-işrət  və  kef  məclisləri  ilə  münasib  olan  hər  bir  musiqi  ha-
ramdır,  istər  klassik  olsun,  istərsə  də  qeyrisi.  Mövzunun  ayırd 
edilməsi mükəlləfin ürfi nəzərinə həvalə edilir. Əgər musiqi belə 
olmazsa,  öz-özlüyündə  haram  dеyil”  (31).  “Musiqinin  haram 
olmasında  meyar,  təkcə  onun  mütrüb  və  ləhv  olmasıdır,  yoxsa 
onun  şəhvət  hissini  hansı  miqdarda  təhrik  etməsi  də  nəzərə 
təsirlidir?  Əgər  musiqi  ona  qulaq  asanı  qəmgin  etsə,  yaxud  ağ-
latsa, onun hökmü nədir? Segah (sе zərb) şəklində və musiqi ilə 
yanaşı oxunan qəzəlləri dinləməyin hökmü nədir?” sualına isə o, 
belə cavab verir: “Bunun meyarı, musiqinin bütün xüsusiyyətləri 
ilə  birlikdə  çalınma  keyfiyyətini  mülahizə  etmək,  həmçinin  bu 
musiqinin mütrüb, ləhv, günah məclisləri ilə münasib olan musiqi 
növündən olub-olmamasını nəzərə almaq lazımdır. Öz təbiətinin 
tələbi  ilə  ləhv  musiqi  növündən  olan  hər  bir  musiqi  haramdır, 
istər şəhvət hisslərini təhrik еtsin, istərsə də təhrik etməsin, istər 
qulaq  asanda  qəmginlik  və  sair  halətlər  yaratsın,  istərsə  də 
yaratmasın.  Əgər  musiqi  ilə  yanaşı  oxunan  qəzəllər  ğina  (ğina 
insanın ləhv və günah məclislərinə məxsus  olan tərb və tərci  ilə 
yanaşı  olan səsidir) və günah məclislərində çalınan ləhv çalğılar 
şəklində olsa, onu oxumaq və dinləmək haramdır” (31). 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə