Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə86/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   82   83   84   85   86   87   88   89   ...   113

 
268 
 
rast  ladı,  “Şur”  muğamı  –  şur  ladı  və  s  (9,  89).  Bu  gün  7  əsas 
muğamımızın - “Rast”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı-
Şiraz”, “Humayun”  əsasında Azərbaycan musiqisinin 7 əsas ladı 
formalaşmışdır (9, 181). 
Xalq  mahnıları 
Azərbaycan  xalq  mahnıları  Azərbaycanın  musiqi  mədəniy-
yətində  estetik  təsir  gücünə  və  asan  qavranılmasına  görə  ən  çox 
yayğın olan musiqi janrlarından biridir.  
İnsanlar  qədimdən  bəri  həm  təsərrüfat  həyatını,  həm  ailə 
məişətini  və  həm  də  dini  təfəkkürlərlə  bağlı  müxtəlif  mərasim-
lərini  məhz  musiqinin  müşayiəti  ilə  keçirmişlər.  Bu  xüsusiyyət 
orta əsrlər üçün də xarakterikdir. İnsanlar təsərrüfat işləri zamanı 
vaxtlarını  daha  xoş  keçirmək  məqsədilə  bayatı  şəklində  şerlər 
deyir  və  mahnı  oxuyurdular.  Heyvandarlar  sürünü  dağlara  ötü-
rərkən tütək çalmaqla məşğul olurdular. Maraqlıdır ki, dini məra-
simlərin  icrası  zamanı  ayinlərin  özünəməxsus  tərzdə  keçirilməsi 
müəyyən  musiqi  sədaları  altında  olurdu.  Göründüyü  kimi, 
təsərrüfat-mədəni  və məişət həyatının izləri xalq musiqisində bu 
və  ya  digər  formada  öz  əksini  tapmışdır.  Eyni  zamanda  bu 
xüsusiyyət  ictimai  motivlərinə,  məzmun  və  xarakterinə  görə 
müxtəlif  xalq  mahnıları  janrlarının  meydana  gəlməsinə  səbəb 
olmuşdur.  Azərbaycan  xalq  mahnılarının  araşdırıcılarından  biri 
olan  R.  İsmayılzadə  Azərbaycan  xalq  mahnılarını  janrlara  görə 
aşağıdakı kimi təsnif edir: 
 
 1) əmək mahnıları; 
 2) mərasim mahnıları; 
 3) məişət mahnıları; 
 4) tarixi mahnılar (12, 52).    
 
Xalq mahnı yaradıcılığının zaman etibarilə ən qədimi sözsüz 
ki, əmək mahnıları ilə bağlıdır. Əmək mahnıları xalqın təsərrüfat 


 
269 
 
həyatı ilə birbaşa ilişgəlidir. Məsələn, maldarlar arasında yayılmış 
mahnılar yaylaq, qışlaq, qırxım, sağım, çobanların həyat tərzi və 
s. ilə bağlı idi: 
 
Nənəm a, şişək qoyun
Yunu bir döşək qoyun. 
Bulamanı bol elə, 
Gözləyir uşaq, qoyun (12, 53). 
  
Yaxud,  
 
Qızıl inək yiyən mənəm, 
Sənə qızıl deyən mənəm. 
Tütü nənəm, nənəm, nənəm, 
Səni sağan mənəm, mənəm (12, 53). 
 
Qədim  mahnılardan  biri  də  əkinçiliklə  bağlıdır.  Bu  mahnılar 
holavar  adlanır.  “Holavar  cüt  sürülən  zaman  hodaqçı  (yedəkçi, 
şum  edərkən  qoşqu  heyvanlarına  istiqamət  verən  və  onları  işlə-
dən)  tərəfindən oxunan mahnıdır (12, 53). Bunlara misal olaraq 
“Şum  nəğməsi”,  “Çək  şumla  yeri”  və  s.  kimi  nəğmələri  göstərə 
bilərik.    
Ümumiyyətlə,  əmək  mahnıları  xalq  yaradıcılığı  ənənələrin-
dən qaynaqlanmaqla, əməklə bağlı təsərrüfat-məişət həyatının de-
mək olar ki, bütün sahələri ilə bağlı olub, əməkçilərin dünyagörü-
şünü, əməyə münasibətini, əməklə bağlı hiss və həyəcanlarını və 
s. əks etdirir. 
Mərasim mahnıları  da musiqi  folkloristikasının qədim tarixə 
malik  formalarından  biridir.  Mərasim  mahnıları  insanların  təsər-
rüfat  və  ailə    məişət  həyatlarındakı  mərasimlərlə  bağlı  idi.  Bu 
mahnıların  xarakterik  cəhətlərindən  biri  kollektiv  şəkildə  oxun-
ması  idi.  Ailə-məişət,  mövsüm,  təsərrüfat  həyatı  ilə  bağlı  Azər-
baycanda  geniş  yayılmış  “Səməni”,  “Xıdır  İlyas”,  “Kos-kosa”, 
“Vəsfi-hal” və s. mahnılarla müşayiət olunan mərasimlərdəndir. 


 
270 
 
Mərasim mahnılarının mühüm bir hissəsini yas mərasimlərin-
də ifa olunan mahnılar təşkil edir. Belə mahnı nümunələrinə yas 
mərasimlərində  çağırılan  ağılar,  bayatılar,  oxşama  və  s.  ədəbi-
musiqi formaları daxildir (12, 57). Ağılar, oxşamalar və bayatılar 
yas  mərasimlərində  səsi  və  söz  ehtiyatı  olan  qadınlar  tərəfindən 
deyilirdi.  Yas  məclisində  çox  vaxt  peşəkar  ağıçılar  olurdu. 
“Ağılar,  şikəstə  kimi,  “Segah”  muğamı  pərdələrində  improvizə 
olunduğu  halda,  bayatılar  “Qatar”  muğamı  üstə,  rast  ladında 
improvizə olunur. Ağı və bayatıların şerləri heca vəznində olur” 
(12, 58). Q.Qasımov Nizamiyə əsaslanaraq  yazır ki,  «vəfat edən 
şəxsləri dəf, sinclə və qəmgin nəğmələrlə dəfn edərmişlər» (23). 
Bayramlarımız  və  toy  mərasimi  ilə  bağlı  da  çoxlu  mərasim 
mahnıları vardır. 
Məişət  və  tarixi  mahnılar  da  Azərbaycan  xalq  mahnılarının 
əhəmiyyətli bir hissəsini təşkil edir. Bu mahnılar öz xarakterinə, 
bədii  formasına,  məzmununa  görə  çox  rəngarəng  olub  uşaq 
mahnıları,  lirik  mahnılar,  yumorlu  mahnılar,  satiralı  mahnılar, 
qəhrəmanlıq mahnıları və s. kimi qruplara bölünür. Bu mahnılara 
misal olaraq “Qarı və buz”, “Qış”, “Xoruz”, “Məstan pişik”, “Tap 
görüm”,  “Bənövşə”,  “Qoy  gülüm  gəlsin  ay  nənə”,  “Gül  oğlan”, 
“Ahu  kimi”,  “Qaragilə”,  “Ay  qadası”,  “Küçələrə  su  səpmişəm”, 
“Ay laçın”, “Apardı sellər Saranı”, “Kəklik”, “Qara tellər”, “Ay 
qara  qız”,  “Sürməli  qız”,  “Gül  başmaq”,  “Getmə  bulaq  başına”, 
“Aman nənə” və bir çox başqalarını göstərə bilərik. 
Nizami  Gəncəvi  “Xosrov  və  Şirin”  əsərində  o  dövrlərdə 
məşhur olan 30-a qədər mahnının adını çəkir. Şair yazırdı: 
 
Su kimi,  bir bərbət tutaraq əlində
Barbət sərxoş bülbül kimi gəldi. 
O, sazında çaldığı yüz havadan  
Xoş avazlı otuz nəğmə seçdi. 
O, bal kimi olan otuz xoş nəğmə ilə
Gah ürək verirdi, gah huş alırdı (18, 162). 
 


 
271 
 
Sonra  şair    bu  mahnıları  bir-bir  sadalayaraq  vəsf  edir  (18, 
162-164). Qeyd etmək lazımdır ki, Nizami Gəncəvinin yaradıcılı-
ğında  musiqinin  müxtəlif  janrları,  musiqi  alətləri  və  rəqslərlə 
bağlı  kifayət  qədər  məlumatlara  rast  gəlmək  mümkündür.  Bu 
mənada musiqi  araşdırıcılarından C.Səfərov haqlı olaraq Nizami 
Gəncəvinin  poemalarına  əsaslanaraq  xalqımızın  zəngin  musiqi 
irsinə malik olduğunu söyləyir (24, 4).  
Aşıq  musiqisi 
Ozan-aşıq yaradıcılığı ədəbiyyatla musiqinin sintezindən iba-
rət bir sənət növü olub, lap qədim zamanlardan Azərbaycan xalqı-
nın mədəni həyatında özünəməxsus yer tutmuşdur. T. Bünyadov 
Azərbaycanda aşıq sənətinin ilk sinifli cəmiyyətdə tam formalaş-
dığını  qeyd  edir.  (9,  198).  Aşıqları  ilk  musiqi  sənətkarları  kimi 
dəyərləndirən  Üzeyir  Hacıbəyov  yazır  ki,  “Xalq  musiqisinin  ən 
yaxşı ifaçıları aşıqlardır. Onlar doğru olaraq ilk musiqi sənətkar-
ları hesab olunurlar” (14, 365). Ə. Eldarova isə aşıq yaradıcılığını 
xalqımızın  musiqi  həyatındakı  rolunu  dəyərləndirərək  bildirir: 
“Aşıq  poeziyası  və  musiqisi  şifahi  formada  inkişaf  edib  əsrlər 
boyu nəsildən-nəslə keçərək, daim dəyişmələrlə və pardaqlanma-
ya uğrayaraq bizim günümüzədək gəlib çatmışdır. Aşıq havaları-
nın belə bir yolla cilalanması, təkmilləşməsi xalqın öz doğma ya-
radıcılıq irsinə qayğı və məhəbbətin parlaq təzahürüdür” (25, 31).  
Qədim  və  orta  əsrlərdə  aşıqlar  həm  də  varsaq,  dədə,  ozan 
yanşaq  və  s.  adlar  ilə  tanınmışlar.  Oğuz  türklərinin  ana  abidəsi 
sayılan  “Kitabi-Dədə  Qorqud”da  aşıq  ozan  kimi  təqdim  olunur. 
Ustad ozan kimi tanınan Dədə Qorqud dastanda xalqın çox böyük 
hörmət  bəslədiyi,  sözlərini,  nəsihətlərini  eşitmək  istədiyi  bir 
obrazdır. Dastanda deyilir:  
 
Dədəm  Qorqud  boy  boyladı,  soy  soyladı,  bu  oğuznaməni 
düzdü-qoşdu, belə dedi: 
Onlar da bu dünyadan gəldi, keçdi. 
Karvan kimi qondu, köçdü. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə