Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə85/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

 
264 
 
dirmişdir. Xüsusən, orta əsrlərdə poeziyanın bilavasitə musiqi ilə 
üzvi  surətdə  əlaqəsi  güclü  olmuşdur»  (15,  79).  Bu  xüsusiyyət 
şairlərimizin  yaradıcılığında  da  hiss  olunur.  Məsələn,  Xaqani 
deyir: 
 
Dərd bülbülü istəsən əgər könül bağında, 
Xaqaninin şerindən zil ilə bəm tələb et! (16, 179). 
 
 XII-XV əsrlərdə yaşayan şairlərimizin yaradıcılığında muğa-
ma dair bir çox məlumatlar öz əksini tapmışdır. Muğam sənətinin 
öyrənilməsi,  o  cümlədən  onun  tarixinin  araşdırılması  baxımdan 
bu məlumatların əhəmiyyəti çox böyükdür. Nizaminin əsərlərində 
müxtəlif  muğamlar  barədə  məlumat  verilir.  Şair  öz  əsərlərində 
klassik muğamlardan 8-nin adını çəkir: «bunlar «Rast», «Üşşaq», 
«Hesari»,  «İraqi»,  «Novruzi»,  «İsfahan»,  «Rahəvi»,  və 
«Zərəfkənd»dir» (17, 106-108).  
Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində Xosrovun qurdu-
ğu məclisdə xanəndələr - Nəkisa və Barbətin oxuduğu muğamdan 
bəhs edərək yazır: 
 
Nəkisa o sənəmin istədiyi tərzdə 
Bu qəzəli rast pərdəsində oxusu (18, 278). 
 
Nəkisa cəngdə bu havanı uçuran kimi, 
Barbətin setarı hava götürdü. 
Üzürxahlar kimi, həzin avazla 
Bu qəzəli İsfahan (havasında) oxudu (18, 287).  
 
 
Xaqani  muğamın  musiqi  məclislərinin  yaraşığı  olduğunu 
söyləyərək yazır: 
 
Onun gözəl musiqisi, qəlbə yatan muğamı var, 
O mübarək şəclisinə cənnət deyir toplananlar  
(16, 147) 
 


 
265 
 
XII  əsrin  müəllifi  bilinməyən  «Dastani  -  Əhməd  Hərami» 
adlı dastanında bir çox muğam  və musiqi alətlərinin adı çəkilir: 
 
«İraqü» «İsfahan», «Novruzü» «Şahnaz» 
Edərdi bir-birinə iki şah naz. 
«Nühüftivü» «Hüseynivü» «Hicazi» 
Dilə gəlib çalardı sazi. 
Həm on iki məqamı seyr edərlər 
Dəvazdəvü şeşüni deyr edərlər. 
Nühüft eyləyibən cəngi dizildi, 
Qopuzu şeştə avazı düzildi. 
«Dühəng»avazının vəzni bəlirdi, 
İnilti ilə nay nəfrin qılırdı. 
Şu kimsələr çalırdı udi,təmbur  
Gözəl məhbubələr hər birisi hur (19, 137). 
 
Qazi Bürhanəddin öz yaradıcılığında muğamla bağlı elə mə-
qamlara toxunmuşdur ki, bu gün də musiqi ilə bağlı araşdırmalar 
üçün  həm  etnoqrafik  baxımdan,  həm  də  sənətşünaslıq  cəhətdən 
olduqca böyük marağa səbəb olur. Onun «Divan»ında verilən bir 
sıra məlumatlara başqa müəlliflərin əsərlərində rast gəlmək müm-
kün  deyildir.  Burada  hətta  haqqında  bəhs  olunan  musiqi  alətlə-
rinin  və  klassik  muğam  və  onun  şöbələrinin  adlarının  çəkilməsi 
onların  qədim  tarixi  ilə  bağlı  müəyyən  fikir  söyləmək  üçün  də 
olduqca əhəmiyyətlidir. Şairin aşağıdakı fikri maraq doğurur:  
 
Bu rast qəddüni çəngi görürsə dutma əcəb, 
Əgər müxalif edüp sazını mühəyyər ola. 
Nigara udu saçun qıldı yenilə qanun, 
Kanun xəyaliylə dil həmişə micmər ola (20, 19). 
 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  müxalif  çahargah  dəstgahında 
hisar ilə mübərqə arasındakı şöbə deməkdir (1, 53).  
Maraq  doğuran  məsələlərdən  biri  də  şairin  nəva  və  hicaz 
haqqında məlumat verməsidir.  


 
266 
 
Çal bu nəva pərdəsində nəğmeyi-tənbur
İrər isən bu hicaza səy ola məşkur (20, 43). 
 
Nəva 12 əsas muğamdan ikincisidir və eyni zamanda bir sıra 
şöbə  və  guşələrdən  ibarət  dəstgahdır.  Şair  mayədən  də  bəhs 
etmişdir: 
 
Eşq nəvasi ilə nühüftə könülüm, 
Mayə ola olmaz, olur isə hicazi (20, 49). 
 
Məlumdur  ki,  «Mayə  -  1)  məqamın  əsas  sabit  pərdəsi;  2) 
dəstgahların birinci şöbəsi. Muğamat ifaçılığında bir qayda olaraq 
bəm registrdən zilə doğru, şöbədən şöbəyə keçərək dəstgahın in-
kişafı prosesi hər nə qədər davam etdirilirsə, etdirilsin,  -  muğa-
mın  mayəsi  öz  cazibə  qüvvəsinin  əvvəl-axır  üstün  gələcəyini 
göstərəcək,  -  dəstgah nəticədə  yenə də mayəyə qayıdıb  yenidən, 
məhz mayədə, mayə pərdəsində tamamlanacaqdır; 3) Yaxın Şərq 
xalqları  musiqisinin  əsasını  təşkil  edən  altı  avazatdan  biri»  (1, 
47).  Bundan  əlavə  şairin  aşağıdakı  məlumatları  da  maraq 
doğurur:  
 
Şəha, üşşaqdan qıldum nühüftə 
Ki, şəhnaz ilə qılursın mühəyyər (20, 29).  
 
Və ya 
 
Hicaza gər varur isəm təvafdan sonra (20, 125). 
 
Bilindiyi  kimi,  hicaz  və  üşşaq  klassik  12  muğamlardandır. 
Şahnaz  haqqında  müəllifin  məlumat  verməsi  də  böyük  marağa 
səbəb olur. Belə ki, «Şur-şahnaz - Şur məqamında şahnaz, dilkəş, 
şəddi-şahnaz  tərkib  şöbələrindən  ibarət  muğam»dır  (1,  82).  Bu 
deyilənlər  onu  göstərir  ki,  Qazi  Bürhanəddin  musiqini  gözəl 
bilmişdir.  


 
267 
 
Nəsimi  yaradıcılığında  da  klassik  muğamlarımıza  geniş  yer 
verilmişdir. O özünün “Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz” 
başlıqlı qəzəlində 17 muğam və guşənin adını çəkir: 
 
Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz
Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz. 
 
“Üşşaq” meyindən qıla ol işarəti-“Novruz”, 
Ta “Rast” gələ “Cəng”i-“Hüseyni”də sərəfraz. 
 
Bər “Cargəhi” lütf qıla hüsnü “Büzürgi”, 
“Kuçik” dəhnindən bizə, ey dilbəri-“Şəhnaz”! 
 
“Zəngulə” sifət nalə qılam zari-“Segahə”, 
Çün əzmi-“Hicaz” eyləyə məhbubi-xoşavaz. 
 
Ahəngi-“Sifahan” qılur ol nayi-“Əraqi”, 
“Pəhavi” yolunda yenə canım qıla pərvaz. 
 
Könlümü “Hisar” eylədi bir ruyi-“Mübərqə”, 
Gəl, olma müxalif bizə, ey dilbəri-pürnaz. 
 
Şurə gəlibən eşq özünü söylə Nəsimi,  
Şövqündən anın cuşə gələ Sədiyi-Şiraz (21, 113). 
 
 Nəsiminin adını çəkdiyi bu muğam və guşələrin demək olar 
ki,  hamısı  günümüzə  qədər  gəlib  çatıb  və  xanəndələrimiz 
tərəfindən oxunmaqdadır.   
Hazırda  Azərbaycanda  mövcud  olan  muğamları  təhlil  edər-
kən  belə  güman  etmək  olar  ki,  bu  janrın  kökləri  intonasiya 
məzmununun  qabarıqlığı  və  funksional  istiqaməti  ilə  səciyyə-
lənən kiçik lad törəmələri ilə bağlıdır. Melodik səslənmə, oxuma-
ların  münasib  birləşməsi  bədii  cəhətdən  bitkin  əsərlərin  yaran-
masına gətirib çıxarmışdır. Təəccüblü deyildir ki, əsas muğamlar 
səsləndikləri ladın adı ilə adlandırılır. Məsələn, “Rast” muğamı – 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə