Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə99/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

 
315 
 
Orta əsrlərdə geniş yayılmış ölçü vahidlərindən biri də arşın-
dır. XI yüzillikdə yaşamış məşhur Azərbaycan mütəfəkkiri Baba 
Kuhi “Həllacın həyatı və ölümü” adlı yazısında arşının adını çə-
kir: “Hüseyn ibn Mənsur kürsünün üstündə oturmuşdu, kürsünün 
qurtaracağında isə kiçik bir dəsmal vardı. Kürsünün uzunluğu azı 
on beş arşın olardı. O, əlini dəsmala doğru uzadıb onu götürdü” 
(39).  Arşın  uzunluq  ölçüsü  daha  çox  türklərlə  bağlı  olub 
istifadəsinə görə müxtəlif ölçülərdə idi. Məsələn: 1. Çarşı arşını: 
daha çox bazarda və çarşıda işlənirdi. Metrə hesabıyla çarşı arşını 
68 cm.- dir. 2. Bina və memar arşını: 75,8 cm - dir. 3. Sahə arşını: 
uzunluğu 57417 m²= 4 ayaq idi (40). Orta əsrlərdə arşının 62 və 
ya  64 sm   və bir dirsəyə bərabər tutulduğu da məlumdur. Azər-
baycanda həm də xan arşını işlədilirdi. Bakı qəzasında XIX əsrdə 
və XX əsrin əvvəllərində bir xan arşını 16 girehə (6,5 sm.) bəra-
bər tutulurdu (41, 174). Farslarda bu ölçü vahidi “arşi” adlanırdı. 
Bu  uzunluq  ölçü  vahidi  XVI  əsrdən  etibarən  Rusiyada  da  işlən-
məyə başlamış və 70,9 sm.-ə bərabər tutulmuşdur (42, 6). Mah-
mud  Kaşğari  “əgin”  adlı  eni  qarış  yarım,  uzunu  dörd  arşın  olan 
bez parçadan bəhs edir və bildirir ki, bununla suvar oymağı alver 
edir (43, 145). 
Kaşğari  hər  cismin  uzunluğunu  bildirən  “türk”  adlı  ölçünün 
də adını çəkir. Məsələn: bir  süngü türkü = bir süngü uzunu qədər 
(43, 357). 
Orta əsrlərdə Azərbaycanda və İranda tətbiq edilən kiçik ölçü 
vahidlərindən buhr (3,2 sm-ə bərabər) idi. Gireh buhrdan iki dəfə 
böyük olub 6,5 sm idi. Qabda adlanan ölçü vahidi isə yumruğun 
eninin ölçüsü olub 4 asbaya və ya dirsəyin 1\6 hissəsinə bərabər 
tutulurdu. Buna müvafiq olaraq qanuniləşdirilmiş dirsəyə əsaslan-
dıqda  qabda  8,31  sm  –  ə,  “qara”  dirsək  əsas  götürüldükdə  isə  9 
sm-ə bərabər olurdu (41, 173). Bu dövrlərdə dörd qanuniləşdiril-
miş dirsəyə bərabər yəni 199,5 sm olan  ba  adlı uzunluq ölçü va-
hidinin mövcudluğu da bəlli olur (41, 174). Bu uzunluq vahidləri 
ilə yanaşı, 24 – 32 km-ə bərabər olan bərid haqqında da mənbələr 
məlumat verir (41, 176).  


 
316 
 
Azərbaycanda  orta  əsrlərdəki  ölçü  vahidləri  içərisində  çana-
ğın da öz yeri olmuşdur. Çanağın bir ölçü vahidi kimi adına orta 
əsrlərdən  başlayaraq  XX  əsrin  əvvəllərinə  qədər  olan  məlumat-
larda  rast  gəlmək  mümkündür.  Çanaq  həcm  ölçüsü  dedikdə,  əs-
lində  müəyyən  hündürlüyə  malik  məişət  əşyası  nəzərdə  tutulur. 
Bu cür çanaqlar yuvarlaq şəkildə idi və müəyyən diametri olurdu. 
Onun içərisinə göndən hazırlanmış qurşaq salınır və əldə tutmaq 
üçün  xüsusi  halqa  keçirilirdi.  Əsasən  buğda,  düyü  və  s.  çəkmək 
üçün idi. Bir çanaq və yarım çanaq kimi ölçüyə malik olmuşdur. 
Adətən  ağac  materialından  hazırlanan  çanağın  orta  əsrlərdə 
saxsıdan olması barədə Xaqaninin məlumatı maraq doğurur: 
 
Mən cəvahirçi müğəm, saxsı küp isə mücrüm  
Ölçülür saxsı çanaqla gövhərim, mərcanım. 
Üç yüz altmış damarım canə gələr, dolsa əgər 
Üç yüz altmış dirəm o gövhər ilə mizanım (2, 81). 
 
Burada  saxsı  çanağın  həcminin  başqa  ölçü  vahidlərinə  nis-
bətən böyüklüyünə işarə edilir. 
Xalvar  çəki  vahidi  orta  əsrlərdə  nəinki  təkcə  Azərbaycanda 
məlum  olmuşdur,  o,  eyni  zamanda  Yaxın  Şərq  və  Orta  Asiyada 
da  geniş  yayılmışdır.  Müxtəlif  dövrlərdə  onun  müxtəlif  həcmə 
malik  olduğu  məlumdur.  Hətta  XIX  əsrdə  onun  həcmi  bölgələr 
üzrə fərqli olmuş və onun miqdarı 15 – 26 pud arasında dəyişirdi. 
Mücirəddin Beyləqani xalvar (təxminən 300 kq-ya bərabər olan) 
haqqında bəhs etmişdir (5, 349). Qətran Təbrizi də  «Divan»ında 
xalvarın adını çəkmişdir (44, 295).  
Orta  əsr  müəllifi  Nizaməddin  Şami  gəz  (62-  68  sm-ə  bəra-
bər), misqal (4,722 qram) və zira şəri kimi (49, 875 sm) ölçü və 
çəki vahidləri haqqında bəhs etmişdir (31, 36-37).  
Nizami isə yazır: 
 
O dözülməz səbrə o ovçu qatlaşdı 
Və səbrin hər arpası (misqalı) bir dirhəm xeyir verdi  
(35, 111). 


 
317 
 
Məlum olur ki, «arpa – ən kiçik çəki vahidi kimi altı dəngəyə 
bərabərdi»  (35,  218).  Denk  (dəng)  kəlməsi  müasir  türk  dilində 
indi  də  işlənir  və  uyğunluq,  tarazlıq,  bərabər  çəkililik  mənası 
bildirir.  
Arpa ölçüsü haqqında rast gəldiyimiz xatırlatmalar onun daha 
qədim  dövrlərdən  istifadə  olunduğunu  düşünməyə  əsas  verir. 
Belə  ki,  Şumer  və  Akkad  tayfalarında  ağırlıq  ölçülərinin  arpa 
dənəsi  (şe)  əsasında  qəbul  edildiyini  görürük.  1  Şe  =  1  arpa 
dənəsi = 0,0467 gr. (30, 1) 
Yaqut  əl-Həməvi  Bağdad  manı  və  habba  haqqında  söhbət 
açır:  «Əl  mausili  adlanan  dadlı  əriyi  Təbrizdən  başqa  mən  heç 
yerdə görməmişəm. 610 (1213)-cu ildə mən burada bu ərikdən 8 
Bağdad  manı  alıb  qızıl  ilə  yarım  habba  verdim»  (45,  168).  Bir 
Bağdad  manı  812,5  qrama  bərabərdir.  Habba  (hərfən:  buğda 
dənəsi)-  çəki  vahidi,  təxminən  0,071  qramdır.  Habbaya  X  əsrdə 
yaşamış ərəb coğrafiyaşünas səyyahı Əbu Duləfin  əsərlərində də 
rast  gəlinir  (45,  117).  Qətran  Təbrizi  yaradıcılığında  tağə  kimi 
adlanan ölçü vahidi də maraq doğurur (44, 262).  
Deməli, yuxarıda göstərilən ölçülər hələ XII əsrdən əvvəl də 
istifadədə olmuşdur.   
Kaşğari “bart“ adlı şərab və ona bənzər maye nəsnələrin ölçü 
vahidinin adını çəkir (43, 351) 
Çəki  bu  və  ya  digər  əşyanın  miqdarını  və  ağırlıq  qüvvəsini 
ölçmə üsuludur. Orta əsrlərdə istifadədə olmuş çəki vahidlərindən 
biri  də  tağardır.  Tağar  Elxanilər  dövründə  geniş  yayılmış  çəki 
vahididir. Azərbaycanla yanaşı, bir sıra Yaxın Şərq ölkələrində də 
yayılmışdı. Ölçü vahidi kimi  1 tağar 100 Təbriz məninə (295 kq) 
bərabər idi (46, 119). Hətta sonralar xanlıqlar dövründə də ondan 
bir ölçü kimi istifadə olunmuşdur. Fəqət bu zaman o, 240 – 600 
kq  arasında  dəyişərək  ayrı-ayrı  bölgələr  üzrə  fərqlənmişdir.  Bu 
ölçü  vahidindən  əsasən  taxıl  məhsulları,  düyü  və  s.-nin 
çəkilməsində istifadə edilmişdir.  
Ə.Əlizadə orta əsrlərə aid məlumatlara əsaslanaraq qeyd edir 
ki, tağar monqol xanları zamanında ikili məna kəsb edirdi: ərzaq 
məhsulu  və  Təbriz  çəkisilə  100  mana  bərabər  olan  ölçü  vahidi. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə