____________________Milli Kitabxana______________________
Əql ayin əsinə daĢ vurdum,
Məcnun yerinə baĢ vurdum.
Çəkdim gecələr bəsi fəğani.
Oldu adım Əndəlibi-sani.
Bir gün dolanıb Ģikar edirdim,
Fikri-qəmi-ruzigar edirdim.
Tikdim gözümü səvadi-rahə,
Söylərdim o badi-sübhgahə:
- Key badi-səba, apar pəyamim,
Dildarə yetir mənim səlamim.
Dərgahinə Əndəlibi-Ģeyda,
Söylə, neçə beyt etdi inĢa.
134
____________________Milli Kitabxana______________________
MİRZƏ MEHDİ NACİ
Mirzə Mehdi Naci 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət'in
fəal üzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən
həkimi həm də mahir həkkak- xəttatı olmuşdur. Onun hazırladığı gözəl
ornamentli qəbir daşları indi d ə Gəncə qəbiristanlığ ında qalmaqdadır. Naci
Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez
onlarla məktublaş mışdır. O, 1882-ci ildə Gəncəd ə vəfat etmiş, şəhərin
İmamzadə qəbiristanlığında, hələ sağlığında özü üçün hazırladığı məqbərədə
dəfn edilmişdir.
Bəzi cünglərdə şeirləri qalmışdır. Burada verilən nümunələr Firidun bəy
Köçərlinin "Azərbaycan ədabiyyati"(IIcild, 1981) və "Yazıçı"'nəşriyyatının çap
etdiyi "Poetik məclislər" (1987) kitabından götürülmüşdür.
QƏZƏLLƏR
Yandı canım hicrdən, ruhi-rəvanım gəlmədi,
Çıxdı əflakə fəğan, ol əl-amanım gəlmədi.
Keçdi-ömrüm, natəvan oldu tənim də, vay kim,
Bu təni-rəncurimə bir dəxi canım gəlmədi.
Keçdi əyyami-baharım, gözlərim gözlər yolu,
Noldu, yarəb, bülbüli-Ģirinzəbanım gəlmədi?
Gəlmədi, aya, səbəb noldu, vücudim səhhəti?
Deməyə bir kimsə yox sirri-nihanım gəlmədi?
Dinü imanım nə müddətdir gedib məndən uzaq,
Çünki yarım gəlmədi, dinü imanım gəlmədi.
Seyli-qəm peyvəstə qıldı, münhədim dil mülkünü,
Mülki-dil təmirinə ol mehribanım gəlmədi.
Getdi tab ilə təvanım cümlə əldən, Naciya,
Bu təni-zarə neçün tabü təvanım gəlmədi!
135
____________________Milli Kitabxana______________________
* * *
Könül mürği səri-kuyindən özgə bir məkan tutmaz,
Bu sirri xəlqdən kim, eĢq asari nihan tutmaz.
Nigəhbanlar kimi xalisiyəhlər tutdu damanim,
Deyil adət qulami-xanəzadı pasiban tutmaz.
Tüyurin bəççəsi öz aĢiyanində bulur rahət,
Onunçun mürği-dil zülfundən özgə aĢiyan tutmaz.
Könül Ģəhbazi meyli-kəbkü türacü təzərv eylər,
Əzizim, meyl edib hərgiz o, mürği-makiyan tutmaz.
Verən can n əqdini bazari-eĢqi-dilrübalə rdə
Əyandır hiç tacir böylə sövdadən ziyan tutmaz.
Olub viranə dil mülkü, çıx ondan, yığ büsat, ey dil,
Xərab olmuĢ məkanda hiç aqil xaniman tutmaz.
Qulamın olmasa mövlasına ixlası kamiltər,
Bu rövĢəndir, onu mövlası bir dəm kamran tutmaz.
Əgər tökdünsə qanım qəhr ilə, bir cürə nuĢ eylə -
Ki, derlər böylə olsa qanlını, əlbəttə, qan tutmaz.
Mənə derlər ki, tərki-eĢqi-yar et, özgə yarı tut,
ġikari-rubəhi haĢa, gedib Ģiri-jəyan tutmaz.
Deyir xəlqə h əmiĢə zahidi-zahirp ərəst iman,
Özü fail olan feli, əzizim, rahban tutmaz.
Təriqi-eĢqdə, Naci, ayağın kəsmə qəflətdən,
Xilafi-rahi-eĢqi, bigüman, bir nüktədan tutmaz.
136
____________________Milli Kitabxana______________________
* * *
Dila, hər bir cəfa kim, yardəndir, eyni-rahətdir,
Gədayə hər nə gəlsə Ģahdan, eyni-inayətdir.
Cigər qanı gözümdən gəldiyiçün dəmbədəm artar,
Əgər olsaydı dərya,qurtarardi, bu nə hikmətdir?!
Hədisi-Qeysü Fərhadü Züleyxa, Vamiqü Əzra
Mənim hali-pəriĢanım yanında bir hekayətdir.
Qoyanda - yaxĢı saxla - dedilər - təndə dilü canı –
Ki, təndə nəqdi-canın bir pərinindir, əmanətdir.
SoruĢdum: Ey büti-Ģirinləbü Ģəkkərdəhən, aya
Bu istiğnalı olmaq xubrulərdə nə adətdir?
Dedi: - AĢiq olan lazımdı tab etsin qəmi-yarə -
Ki, məĢuq aĢiqə hər nə rəva görsə, inayətdir.
Dedim: - Dilbər, müəmmayi-dəhanın aĢikar eylə!
Dedi: - Ġma əgər əbrudən etsəm çox kifayətdir.
Dedim: - Məqsudin, ey, can isə minnətdir dilü canə,
Dedi: - MəhvəĢlərin sevdası əvvəldən xəsarətdir.
Dedim: - Pərvanə tək, cana, sərasər cismimi narə
Əgər yaxsan, məni-dilxəstəyə lütfü səadətdir.
Züleyxa baĢinə gör kim, nə iĢlər gəldi Yusifdən,
Əgər peyğəmbəri-həqq isə, həqqa, bidəyanətdir.
Qərəz kim, məqsədi-məqsudə yetmək istəsən,
Naci, Fəna sərmənzilin istə ki, ol, möhkəm imarətdir.
137
Dostları ilə paylaş: |