Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə41/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   37   38   39   40   41   42   43   44   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Əql ayin əsinə daĢ vurdum, 

Məcnun yerinə baĢ vurdum.

 

 

Çəkdim gecələr bəsi fəğani. 



Oldu adım Əndəlibi-sani.

 

 



Bir gün dolanıb Ģikar edirdim,

 

 



Fikri-qəmi-ruzigar edirdim.

 

 



Tikdim gözümü səvadi-rahə,

 

 



Söylərdim o badi-sübhgahə:

 

 



- Key badi-səba, apar pəyamim, 

Dildarə yetir mənim səlamim.

 

 

Dərgahinə Əndəlibi-Ģeyda,



 

 

Söylə, neçə beyt etdi inĢa.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

134



 


____________________Milli Kitabxana______________________

 

 



MİRZƏ MEHDİ NACİ

 

 



Mirzə  Mehdi  Naci  1805-ci  ildə  Gəncədə  doğulmuşdur.  "Divani-hikmət'in 

fəal üzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən 

həkimi  həm  də  mahir  həkkak-  xəttatı  olmuşdur.  Onun  hazırladığı  gözəl 

ornamentli qəbir daşları indi d ə Gəncə qəbiristanlığ ında qalmaqdadır. Naci 

Qarabağ,  Şəki,  Qazax,  Şamaxı  şairləri  ilə  yaxından  əlaqə  saxlamış,  tez-tez 

onlarla  məktublaş  mışdır.  O,  1882-ci  ildə  Gəncəd  ə  vəfat  etmiş,  şəhərin 

İmamzadə qəbiristanlığında, hələ sağlığında özü üçün hazırladığı məqbərədə 

dəfn edilmişdir.

 

 



Bəzi  cünglərdə  şeirləri  qalmışdır.  Burada  verilən  nümunələr  Firidun  bəy 

Köçərlinin "Azərbaycan ədabiyyati"(IIcild, 1981) və "Yazıçı"'nəşriyyatının çap 

etdiyi "Poetik məclislər" (1987) kitabından götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Yandı canım hicrdən, ruhi-rəvanım gəlmədi, 

Çıxdı əflakə fəğan, ol əl-amanım gəlmədi.

 

 

Keçdi-ömrüm, natəvan oldu tənim də, vay kim,



 

 

Bu təni-rəncurimə bir dəxi canım gəlmədi.



 

 

Keçdi əyyami-baharım, gözlərim gözlər yolu,



 

 

Noldu, yarəb, bülbüli-Ģirinzəbanım gəlmədi?



 

 

Gəlmədi, aya, səbəb noldu, vücudim səhhəti?



 

 

Deməyə bir kimsə yox sirri-nihanım gəlmədi?



 

 

Dinü imanım nə müddətdir gedib məndən uzaq



Çünki yarım gəlmədi, dinü imanım gəlmədi.

 

 



Seyli-qəm peyvəstə qıldı, münhədim dil mülkünü,

 

 



Mülki-dil təmirinə ol mehribanım gəlmədi.

 

 



Getdi tab ilə təvanım cümlə əldən, Naciya,

 

 



Bu təni-zarə neçün tabü təvanım gəlmədi!

 

 



 

 

 



 

 

135



 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Könül mürği səri-kuyindən özgə bir məkan tutmaz

Bu sirri xəlqdən kim, eĢq asari nihan tutmaz.

 

 

Nigəhbanlar kimi xalisiyəhlər tutdu damanim,



 

 

Deyil adət qulami-xanəzadı pasiban tutmaz.



 

 

Tüyurin bəççəsi öz aĢiyanində bulur rahət,



 

 

Onunçun mürği-dil zülfundən özgə aĢiyan tutmaz.



 

 

Könül Ģəhbazi meyli-kəbkü türacü təzərv eylər, 



Əzizim, meyl edib hərgiz o, mürği-makiyan tutmaz.

 

 



Verən can n əqdini bazari-eĢqi-dilrübalə rdə 

Əyandır hiç tacir böylə sövdadən ziyan tutmaz.

 

 

Olub viranə dil mülkü, çıx ondan, yığ büsat, ey dil,



 

 

Xərab olmuĢ məkanda hiç aqil xaniman tutmaz.



 

 

Qulamın olmasa mövlasına ixlası kamiltər,



 

 

Bu rövĢəndir, onu mövlası bir dəm kamran tutmaz.



 

 

Əgər tökdünsə qanım qəhr ilə, bir cürə nuĢ eylə - 



Ki, derlər böylə olsa qanlını, əlbəttə, qan tutmaz.

 

 



Mənə derlər ki, tərki-eĢqi-yar et, özgə yarı tut, 

ġikari-rubəhi haĢa, gedib Ģiri-jəyan tutmaz.

 

 

Deyir xəlqə h əmiĢə zahidi-zahirp ərəst iman



Özü fail olan feli, əzizim, rahban tutmaz.

 

 



Təriqi-eĢqdə, Naci, ayağın kəsmə qəflətdən,

 

 



Xilafi-rahi-eĢqi, bigüman, bir nüktədan tutmaz.

 

 



 

 

 



 

 

 



 

 

136



 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Dila, hər bir cəfa kim, yardəndir, eyni-rahətdir, 

Gədayə hər nə gəlsə Ģahdan, eyni-inayətdir.

 

 

Cigər qanı gözümdən gəldiyiçün dəmbədəm artar, 



Əgər olsaydı dərya,qurtarardi, bu nə hikmətdir?!

 

 



Hədisi-Qeysü Fərhadü Züleyxa, Vamiqü Əzra

 

 



Mənim hali-pəriĢanım yanında bir hekayətdir.

 

 



Qoyanda - yaxĢı saxla - dedilər - təndə dilü canı –

 

 



Ki, təndə nəqdi-canın bir pərinindir, əmanətdir.

 

 



SoruĢdum:  Ey büti-Ģirinləbü Ģəkkərdəhən, aya

 

 



Bu istiğnalı olmaq xubrulərdə nə adətdir?

 

 



Dedi: - AĢiq olan lazımdı tab etsin qəmi-yarə -

 

 



Ki, məĢuq aĢiqə hər nə rəva görsə, inayətdir.

 

 



Dedim: - Dilbər, müəmmayi-dəhanın aĢikar eylə!

 

 



Dedi: - Ġma əgər əbrudən etsəm çox kifayətdir.

 

 



Dedim: - Məqsudin, ey, can isə minnətdir dilü canə,

 

 



Dedi: - MəhvəĢlərin sevdası əvvəldən xəsarətdir.

 

 



Dedim: - Pərvanə tək, cana, sərasər cismimi narə 

Əgər yaxsan, məni-dilxəstəyə lütfü səadətdir.

 

 

Züleyxa baĢinə gör kim, nə iĢlər gəldi Yusifdən, 



Əgər peyğəmbəri-həqq isə, həqqa, bidəyanətdir.

 

 



Qərəz kim, məqsədi-məqsudə yetmək istəsən,

 

 



Naci, Fəna sərmənzilin istə ki, ol, möhkəm imarətdir.

 

 



 

 

 



 

 

 



 

 

137



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə