Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə42/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   38   39   40   41   42   43   44   45   ...   124

____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



ġanə hər dəmdə ki, ol zülfi-pəriĢanə dəyər, 

Tari-mulər dağılıb hər biri bir yanə dəyər.

 

 

ġövkətü Ģan ilə cahın sənin, ey Ģah ənĢah, 



Rüfəti-dəbdəbeyi-cahi-Süleymanə dəyər.

 

 



Atma qəmzən oxunu, xövf elə zülm etməkdən –

 

 



Ki, atan dəmdə gəlib hər biri bir canə dəyər.

 

 



Könlümə vurdu cəfa oxlarını müjganın,

 

 



Afəti-dəhr dəxi bir gün o müjganə dəyər.

 

 



Zahida, olma məlul əldəki peymanəmdən, 

Əqdəmi-sidqin ilə səndəki peymanə dəyər.

 

 

Dili-zarımda bəsi sancılıdır peykanın,



 

 

Atasan yüz kərə peykanını peykanə dəyər.



 

 

Daneyi-xali-ruxi-yarə nəzər qıl, zahid,



 

 

Billah ol sübheyi-səddanənə bir danə dəyər.



 

 

Naciya, salma nəzər mahliqalər yüzünə,



 

 

AtəĢi-məsiyətin pənbeyi-imanə dəyər.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



138

 



____________________Milli Kitabxana______________________

 

 



AŞIQ PƏRİ

 

 



Aşıq Pəri Azərbaycan aşıq şerinin görkəmli nümayəndələrindən biridir. O, 

təxminən 1810-1811-ci illərdə Qarabağda Maralyan kəndində anadan olmuş, 

çox gənc yaşlarında vəfat etmişdir.

 

Gözəl,  rəvan  təbli,  ağıllı  və  hazırcavab  qız  olan  Aşıq  Pəri  müasirləri 



arasında dərin hörmət qazanmışdır. Onun Mirzəcan bəy  Mədətov, Cəfərqulu 

xan  Nəva,  Məhəmməd  bəy  Aşiq  və  başqaları  ilə  deyişmələri  ədəbiyyat 

aləminə  məlumdur.  Əsərlərinin  yalnız  az  bir  hissəsi  bizə  gəlib  çatmışdır. 

Verilən  nümun  ələr  "Azərbaycan  Klassik  Ədəbiyyatı  Kitabxanası"nın  VIII 

cildindən (1988) götürülmüşdür.

 

 



QOŞMALAR

 

 



MürĢidi-kamildən dərsimi aldım,

 

 



Can götürüb bu meydana gəlmiĢəm.

 

 



Mürği-Səməndərin aĢinasıyam,

 

Od tutuban yana-yana gəlmiĢəm.



 

 

Müxtəsər, nə deyim, naĢısan naĢı!



 

 

Tutubdur yaxanı eĢqin ataĢı,



 

Bu təriflər zənənə nə yaraĢı?

 

 

Həqq bilir ki, mən mərdanə gəlmiĢəm.



 

 

Pünhanda bir azanım var mənim,



 

 

Gözlər yolda, intizarım var mənim,



 

O kəlməndən xəridarım var mənim,

 

Sən sərrafsan, mən də kana gəlmiĢəm.



 

 

Zənbur olar Ģanda belə məkanda



Çox ariflər məndə gənci-pünhanda, 

Bülbül - abadanda, bayqu - viranda, 

Əndəlibəm, gülüstana gəlmiĢəm.

 

 



 

 

 



 

 

 



 

 

139



 


____________________Milli Kitabxana______________________

 

 



Pərizadə əl götürməz canından,

 

 



Dərsin alıb sahibkamal yanından,

 

 



Külli-iĢin, mərifətin kanından,

 

Bəzm içində mən fəğana gəlmiĢəm.



 

 

* * *



 

 

EĢitmiĢdik, qulluğuna yetiĢdik,



 

 

Gördük ki, düĢmüsən dildən-dilə sən.



 

Unutmayıb müsəlmanlıq Ģərtini,

 

Matəm tutub bir insafa gələsən.



 

 

Bu iĢdə Qədirin varıdır rayı,



 

 

Yetən kəslər ona deyir sevdayı



 

Aralığa düĢüb məhərrəm ayı,

 

Layiq deyil onda deyib-güləsən.



 

 

YaxĢı yetər imamı fəryadına,



 

 

Belə iĢin ləzzəti nə, dadı nə?



 

 

Adam bildik biz də gəldik adına,



 

Adamlığı qanmayıbsan hələ sən.

 

 

Ey Pəri, təcil et sualında sən, 



Nöqsan yetiribsən kəmalında sən, 

Ġmdi zurna çalmaq xəyalındasan, 

Onu gərək axirətdə çalasan.

 

 



* * *

 

 



Katiblərin Ģahı dəftər içində

 

 



Qələm ilə nazik əllər oynaĢır.

 

 



Fitnəli, fellisən, nazü qəmzəli,

 

Dəhanında Ģirin dillər oynaĢır.



 

 

EĢqinin əlindən gedərəm bada, 



Dərdim olur gündən-günə ziyada, 

ġiveyi-rəftarın düĢəndə yada 

Bağrımın baĢında millər oynaĢır.

 

 



 

 

 



140

 



____________________Milli Kitabxana______________________

 

 



Dad elərəm, haray naĢı əlindən, 

Yandı cigər eĢq ataĢı əlind ən, Mən 

nə deyim gözüm yaĢı əlindən, 

ÜzüĢür sonalar, göllər oynaĢır.

 

 

Adam var dolanır məkrin içində, 



Adam var dolanır zikrin içində, 

Sənin kamalında, fikrin içində 

Əcaib-qəraib hallar oynaĢır.

 

 



Pəriyəm, xəlq ara olmuĢam bacı,

 

 



Kimsənin kimsəyə yox ehtiyacı,

 

Bəlxü Buxaranın, Hindin xəracı



 

 

Zənəxdanda siyəh xallar oynaĢır.



 

 

* * *



 

 

Nə yatıbsan ləhaf bəstər içində,



 

 

Bimarmısan, nədir bəs halın sənin?



 

 

EĢqin mərəzinin mən təbibiyəm



 

Bəyan eylə mənə əhvalın sənin.

 

 

Ġsmi-Ģə rifıniz dada yetiĢsin, 



Mətləb alıb h ər murada yetiĢsin. 

Xaliq özü bir imdadə yetiĢsin. 

Hifzində saxlasın zavalın sənin.

 

 



Bar ilahım gülzarına qıymasın, 

Xəstə olan bimarına qıymasın, 

ġirin-Ģirin  göftarına  qıymasın, 

BağıĢlasın qaĢi-hilalın sənin.

 

 

Bir məsəldir: Bağban olan bar 



çəkər, Əndəlibin hər meyli gülzar 

çəkər, Allahına bəndə ahü zar çəkər,

 

 

Qəm çəkmə, kamildir kamalın sənin.



 

 

 



 

 

 



 

141


 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə