Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə40/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   36   37   38   39   40   41   42   43   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Sənin kimi alagözlü nigari

Tanrı nəsib eyləməsin əğyarə. 

Əzizim əğyarilən,

 

 



Bayqular əğyarilən, 

Görüm baĢa getməsin, 

Səninki əğyarilən, 

Necə görsün gözlərim 

Gəzəsən əğyarilən?

 

 



Necə rəva gördün, ey mələkzadə, 

Döndün aĢinadan, dil verdin yadə. 

Dərdə tabım yoxdur bundan 

ziyadə, BaĢ götürüb gedim hansı 

diyarə? Əzizim bu diyarə,

 

 



Yol düĢdü bu diyarə, 

Gəlsə loğman sağalmaz, 

Sinəmdəki bu yarə. 

Yetəsən məzarimə, 

Deyəsən budu yarə!

 

 



Vəsfində çoxların açılıb dili, 

Əndəliblər sevər sən qızılgüli, 

Nədən tərk edərsən Ģeyda bülbüli? 

Qızügül tək həmdəm olursan 

xarə. Əzizim xarə bağlar,

 

 



Atlası xara bağlar, 

Məgər bülbül ölübdür, 

Gül meylin xarə bağlar? 

Mən ölləm, yar ağlasın, 

Özgələr xarab ağlar.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



130

 



____________________Milli Kitabxana______________________

 

 



LEYLİ VƏ MƏCNUN

 

 



məsnəvi

 

 



DĠBAÇƏ

 

 



...Gənclik  günlərində  on  dörd  yaşında  ikən  Qaracadağ  mahalının  Əhər 

qəsəb  əsində  Leyli  kimi  bir  gözəl  sənəmə  düçar  olub,  ona  eşq  yetirdim. 

Rəhmsiz  eşq  o  dərəcədə  tüğyan  elədi  ki,  onu  təs  əvvür  etmək  qeyri-

mümkündür. Mənim kamil ustadım eşq oldu. Allah taalanın qüdrətindən mənə 

söz söyləmək (şeir demək) nitqi verildi və mən aləmdə bülbül kimi tərənnümə 

g  əldim.  Əndəlib  adı  ilə  məşhur  oldum.  İşin  əvvəlində  məzəli  türkülər 

(seirlər) yazdım. Mənimlə məşuqənin arasında ittifaq düşən şeydən "Leyli və 

Məcnun  "  səyağında  inşa  eləmişəm  ki,  yadigar  olaraq  qalsın  və  oxuyanlar 

məni bir dua ilə yad və şad eləsinlər.

 

 



MəĢĢateyi-feyzi-süni-bari

 

 



Zinətlədi Ģahidi-bahari.

 

 



Dilbər kimi geydi rəxti-əhmər,

 

 



Saldı baĢa məcəri-muĢəccər.

 

 



GülĢən geyinib libasi-diba,

 

 



Hürani-behiĢt tək sərapa.

 

 



Sərvi-çəmən oldu miri-məhfil,

 

 



Geydi qədinə qəbayi-yaĢil.

 

 



Qumruyü təzərv olub həmavaz,

 

 



Ahəngi-müxalif etdilər saz.

 

 



GülĢəndə niqab açanda çün gül,

 

 



Bu Ģeri müdam oxurdu bülbül.

 

 



MÜXTƏSƏR SAQĠNAMƏ

 

 



Ey saqiyi-gülüzar, bəsdir,

 

 



Naz etmə, keçir bahar, bəsdir.

 

 



Ver badeyi-xoĢgüvar, içirmə

 

 



Zəhri-qəmi-nagüvar, bəsdir.

 

 



131

 



____________________Milli Kitabxana______________________

 

 



Tökdü meyi-ərğəvan üçün qan

 

 



Bu dideyi-əĢkbar, bəsdir.

 

 



Ver badəni, rəfi dərdsər qıl, 

Öldürdü məni xumar, bəsdir.

 

 

Ey saqiyi-səngdil, kərəm qıl,



 

 

Azari-dili-fikar, bəsdir.



 

 

Qurbanın olum, sən etmə barı,



 

 

Qıldı mənə zulm yar, bəsdır,



 

 

Hüsnün çəmənində Əndəlibəm,



 

 

Ey gül, məni etmə xar, bəsdir.



 

 

MƏġUQƏ HAQQINDA MÜXƏMMƏS



 

 

Gördüm Əhərdə bir güli-rəna, əcəb-əcəb,



 

 

Cəlladü cansitanü dilara, əcəb-əcəb,



 

 

OlmuĢ niĢani-hüsn hüveyda, əcəb-əcəb,



 

SalmıĢ cahanə ĢuriĢü qovğa əcəb-əcəb,

 

Vəh-vəh, nə xoĢmuĢ büti-ziba, əcəb-əcəb!



 

 

Ol bivəfa qılar nə qiyamət qiyaməti,



 

 

Hər baxıĢ ilə məhv edər əhli-səlaməti,



 

Billah, bu zinətin yenə var çox əlaməti,

 

Hər dilĢikəstə kim, görüb ol sərvqaməti,



 

Fəryad çəkdi, söylədi vah-va, əcəb-əcəb!

 

 

Qıldın düçar dərdə, fələk, bivəfaləri,



 

 

Gətdin bəlalı baĢıma yüz min bəlaləri.



 

 

Ey bivəfa, yolunda nə çəkdim çəfaləri,



 

Tərk eylədim rəfiqləri, aĢinaləri,

 

 

Oldum qəribü bikəsü tənha, əcəb-əcəb!



 

 

Pəjmürdə qıldı sərsəri-qəm novbaharimi



Əyyami-hicr əlimdən alıb ixtiyarimi,

 

 



 

 

 



 

132


 


____________________Milli Kitabxana______________________

 

 



Kəsdi fəraq riĢteyi-səbrü qərarimi,

 

 



Bidərdlər eĢitdi mənim ahü zarimi,

 

 



Tən ilə qıldılar nə tamaĢa, əcəb-əcəb!

 

 



Ey Əndəlib, gülĢəni-hicranü dərdü qəm,

 

 



Cövri-bəlakəĢideyi-dövranü bəxti kəm,

 

Göz yaĢını gülab kimi tökmə dəmbədəm,



 

MüĢkülguĢa Əmiri-ərəb, Xosrovi-əcəm,

 

 

Həll eyləsin bu müĢgülü mövla, əcəb-əcəb!



 

 

Mənzilgəhi-hurdan qayıtdım, 



Öz mənzilimdə qərar tutdum.

 

 



Gər dəĢt mənimçün oldu zindan,

 

 



Məhbusu müqəyyədü pəriĢan.

 

 



Hər kimsəyə dərd qıldım izhar,

 

 



Gördüm ki, əlac yoxdu, zinhar!

 

 



Birisi deyir: Cünun olubdur,

 

 



Dindirmə ki, qeyrgun olubdur.

 

 



Birisi qılar bu növ tədbir: 

"Divanələrə gərəkdi zəncir".

 

 

Az qaldı məni-Ģikəstəvü zar,



 

 

Zəncirə düĢüb olam giriftar.



 

 

Qalmadı nə atəvü, nə anə,



 

 

Vurdum qamusin imtəhanə.



 

 

Biri mənə olmadı mədədkar.



 

 

Hicran günü qəmlərimə qəmxar.



 

 

Bica yerə cümlə döndü məndən,



 

 

Ayırdı fələk məni vətəndən.



 

 

DüĢdüm yola bərkənar getdim,



 

 

VəhĢilər ilə qərar tutdum.



 

 

 



 

133


 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə