____________________Milli Kitabxana______________________
* * *
Sərməst yıxıldım genə meyxanələr içrə,
Oldum genə rüsva neçə fərzanələr içrə.
Yaxdım oda səccadəvü dəstarü ridanı,
Bir ad elədim mən dəxi pərvanələr içrə.
Ey Ģuxi-pəritələtü, ey sərvi-güləndam,
Gəzmə, səni tari, belə biganələr içrə.
Ol nərgisi-məstin nə füsungərdi, xudaya,
Saldı məni Məcnun kimi divanələr içrə.
Gəl ver mənə bir cam də, ey saqiyi-gülfam,
Ta məst yazım bu sözü əfsanələr içrə.
Billah, bu büti-lalərüxün yoxdu nəziri,
Baxdım neçə min surətə bütxanələr içrə.
Ol gənci-xəfidən bir əsər bilmədim axir
Canım çürüdü heç yerə viranələr içrə.
Ey kövsər üçün ah çəkən zahidi-əbləh,
Meyxanədə gəl gör onu peymanələr içrə.
Qəvvas kimi qutə vurub bəhrə Nəbati,
Ol gövhəri istər tapa dürdanələr içrə.
* * *
EĢq camından içən kimsə huĢyar olmaz,
Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Qorxu bilməz, eləməz Ģahü gədadən pərva,
Məsti-məstanə gəzər, kağəzü tumar olmaz.
Buteyi-hicrdə bülbül kimi əfğanə gələr,
Qeysi-biçarə kimi vəslə xəridar olmaz.
153
____________________Milli Kitabxana______________________
Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,
Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.
AlıĢı Ģəm kimi, odlaĢı pərvanə kimi,
Can verər yarə Nəbati kimi, biar olmaz.
RÜBAİLƏR
Ey badi-səba, güzar qıl Təbrizə,
Aləmdə qalıb ümidimiz bir sizə,
Ol sərvqədin kuyinə düĢsə güzərin,
Bu naməni ver o zülfi ənbərrizə.
* * *
Saqi, gətir ol cami-zərəfĢanı görək,
Sal gərdiĢə bir o rahi-reyhanı görək,
Ġsgəndərə söylə getməsin zülmatə,
Göstər ona bir o abi-heyvanı görək.
* * *
Divanə könül, bəsdi fəğan eylə mə çox,
Razi-dilimi xəlqə əyatı eylə mə çox.
XamuĢ otur, feyzi-əzəl tap, özünü
Əbnayi-zəmanə həmzəban eyləmə çox.
* * *
Saqi, genə əyyami-gülüstan oldu,
Gül təxtə çıxıb, çəməndə sultan oldu.
Hər rindü gəda deyir mənəm Ģahi-cahan,
Hər qübbərə bir bülbüli-xoĢxan oldu.
154
____________________Milli Kitabxana______________________
* * *
Saqi, mənə bir cam o meydən ver, ver,
Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,
Mütrüb, dur əyağə, rəqs qıl məstanə,
Dadi-dilimi nəvayi-neydən ver, ver.
QOŞMALAR
Susuyubdur genə kimin qanına,
Xumar-xumar baxar hara gözlərin?
Nola bir də dolanaydım baĢına,
Qurbanı olaydım qara gözlərin!
Müqəvvəs qaĢların etginən kaman,
Çəkginən müjgandan tiri-cansitan,
Bu x əstə canımı qılginən niĢan,
Qoy etsin köksümü para gözlərin.
Sənubər qamətin, ey sərv rəftar,
ġümĢadü ərəri etdi Ģərmsar,
Nə yalq ız etmisən məni xarü zar,
Çoxları gətirib zara gözlərin.
Arizin dövründə zülfi-müĢginab,
Qoymaz Ģəfəq salsın türsi-afitab,
Hökm qıl götürsün sayəsin səhab,
Bu dərdə eyləsin çara gözlərin.
Üzün ĢəĢəəsi ey Ģəmi-Çəkil,
XurĢidi- xav əri etdi münfəil, Belə
ki, eĢq odu oldu müĢtəil, Çəkdirə
həqq məni dara gözlərin.
Xədəngi-xunrizin, ey Ģirin mənzər,
Xosrovu təxtindən etdi dərbədər,
Həlqə edib əldə zülfi-müənbər,
Nə sehr oxur genə mara gözlərin?
155
____________________Milli Kitabxana______________________
Təzə gültək açılıbsan səhərdən,
Müzəyyən olusan ləlü gühərdən,
YaxĢı sald ın Nəbatini nəzərdən,
Əcəb mail olmuĢ xara gözlərin!
* * *
Səba, məndən söylə o gülüzara,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düĢgünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?
Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, miĢkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?
Gözüm çox həsrətdir xumar gözünə,
GünəĢ camalına, Ģəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?
DolaĢdır boynuma ĢümĢ ad qolunu,
Qucaqlayıb qucum incə belini, Ləli-
ləbin əmim, sorum dilini, Ġstər ölü
canə gəlsin, gəlməsin?
Nəbati istəməz sənsiz dünyanı,
Ġzzəti, hörməti, Ģövkəti, Ģanı, Bir
zada qalmayıb daha gümanı,
Bu baĢ o meydanə gəlsin, gəlməsin?
TƏCNİSLƏR
BaĢına döndüyüm, bu necə haldır,
DinməmiĢ deyirsən: ay nədir, nədir?
BaĢım çıxmaz mənim sənin dilindən,
Buyurginən görüm ay nədir, nədir?
156
Dostları ilə paylaş: |