19
Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat
1.2.4.5. İnflyasiya gözləntiləri.
Beynəlxalq
maliyyə təşkilatlarının proqnozlarına görə
2012-ci ildə inflyasiyanın təkrəqəmli olacağı
gözlənilir. Beynəlxalq Valyuta Fondunun son
hesabatına əsasən, 2012-ci ildə Azərbaycanda
orta illik inflyasiyanın 3% təşkil edəcəyi
proqnozlaşdırılır ki, bu da MDB və İEOÖ-
lə müqayisədə müvafiq olaraq 3.8% və 3.1%
aşağıdır.
AMB tərəfindən müntəzəm aparılan
Real Sektorun Monitorinqinin nəticələrinə
əsasən iqtisadiyyatda qiymət gözləntilərində
əhəmiyyətli artımlar yoxdur. 2012-ci ilin
üç rübü ərzində sənaye sektorunda müsbət,
xidmət, tikinti və ticarət sektorunda isə qiymət
gözləntiləri indeksi neqativ zonadadır.
1.2.4.6. Məşğulluq.
Hesabat dövrünün
sonuna ölkədə iqtisadi fəal əhalinin sayı 4639
min nəfər olmuş, onların 4394.8 min nəfərini
iqtisadiyyatın və sosial bölmənin müxtəlif
sahələrində məşğul olan əhali təşkil etmişdir.
DSK-nın məlumatına görə yanvar-avqust ayları
ərzində muzdla çalışan işçilərin sayı 1376.9 min
nəfər təşkil etmişdir ki, onlardan 1339.8 min
nəfəri qeyri-neft sektorunda, 37.1 min nəfəri isə
neft sektorunda çalışmışdır. 2012-ci ilin 9 ayı
ərzində ölkədə 93.6 min yeni, o cümlədən 72.7
min daimi iş yeri açılmışdır.
AMB tərəfindən real sektorun monitorinqi
çərçivəsində 300-dək müəssisə üzrə aparılan
müşahidələr məşğulluğun ümumi artımını
qeydə almışdır. Monitorinq aparılan müəssisələr
arasında işçi sayının əhəmiyyətli artımı ticarət,
tikinti və sənaye sektorunda qeydə alınmışdır
və növbəti aylarda da artacağı gözlənilir. Belə
ki, məşğulluq gözləntiləri üzrə indeks sənaye,
ticarət və tikinti üzrə pozitiv, xidmət sektoru isə
üzrə mənfi zonadadır.
Mənbə: AMB
Mənbə: AMB
20
2012-ci ilin 9 ayında Mərkəzi Bank pul
siyasətinin bəyan olunmuş başlıca istiqamətlə-
rinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın
birrəqəmli səviyyədə saxlanılmasına, manatın
məzənnəsinin
volatilliyinin
qarşısının
alınmasına, bank-maliyyə sistemində sabitliyin
qorunmasına, iqtisadiyyatın pula olan
tələbatının ödənilməsinə yönəltmişdir.
2.1. Valyuta bazarı və manatın məzənnəsi
Cari ildə də Mərkəzi Bank özünün məzənnə
siyasətini dəhliz daxilində ABŞ dolları/
manat ikitərəfli məzənnəsinin hədəflənməsi
çərçivəsində həyata keçirmişdir.
Ölkənin tədiyə balansında böyük profisitin
mövcud olması şəraitində valyuta bazarında
təklif tələbi üstələmişdir. Lakin, məzənnənin
əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq
və bununla da qeyri-neft sektorunun rəqabət
qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq
üçün Mərkəzi Bank tərəfindən 9 ay ərzində 978
mln. $ həcmində valyuta sterilizasiyası həyata
keçirilmişdir.
Nəticədə dövr ərzində manatın ABŞ dollarına
qarşı məzənnəsi mülayim templə, cəmi
0.17% möhkəmlənmişdir. Milli valyutanın
məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi
Pul və məzənnə siyasəti
II. PUL VƏ MƏZƏNNƏ SİYASƏTİ
Cədvəl 1. 2012-ci ilin I yarımilində manatın ikitərəfli nominal və real məzənnə indeksləri, %-lə
2011-cu ilin dekabrına nəzərən
Nominal ikitərəfli məzənnə indeksi*
Real ikitərəfli məzənnə indeksi
ABŞ
100.1
95.7
Avrozona
102.7
98.1
Böyük Britaniya
97.0
93.0
Türkiyə
96.6
91.0
Rusiya
100.2
92.7
Ukrayna
101.5
99.2
Gürcüstan
99.9
98.5
İran
111.9
95.6
Qazaxıstan
101.4
94.9
Yaponiya
100.6
97.8
İsrail
104.7
99.9
Çin
99.7
95.6
Belarus
99.6
83.7
C. Koreya
98.0
93.7
*Manatın partnyor ölkənin valyutasına nəzərən məzənnələrin orta aylıq dəyişməsi nəzərdə tutulur.
Mənbə: AMB
Mənbə: AMB
21
mühitə və maliyyə sektorunun sabitliyinə
müsbət təsir göstərmişdir.
Manatın nominal ikitərəfli məzənnəsinin
dinamikası real ikitərəfli məzənnələrin
dəyişməsinə təsir göstərmişdir. Yanvar-sentyabr
aylarında manat heç bir milli vayutaya nəzərən
real olaraq möhkəmlənməmişdir. B. Britaniya,
Türkiyə, Gürcüstan, Çin, Belarus və C. Koreya
valyutalarına nəzərən həm real, həm də nominal
ucuzlaşma baş vermişdir. ABŞ, Avrozona,
Rusiya, Ukrayna, İran, Qazaxıstan, Yaponiya və
İsrail valyutalarına nəzərən isə manat nominal
olaraq bahalaşsa da real olaraq ucuzlaşmışdır.
Cari ilin 9 ayında qeyri-neft sektoru üzrə
nominal effektiv məzənnə (ümumi ticarət
dövriyyəsi üzrə) 0.7% bahalaşmışdır. Partnyor
ölkələrdəki inflyasiya ilə Azərbaycandakı
inflyasiya arasındakı fərq isə real effektiv
məzənnəyə 5.9 faiz bəndi azaldıcı təsir
göstərmişdir.
Nəticədə manatın qeyri-neft sektoru üzrə
real effektiv məzənnəsi 9 ay ərzində 5.2%
ucuzlaşmışdır.
Beləliklə, hesabat dövründə Mərkəzi Bank
manatın ikitərəfli məzənnəsinin sabitliyini təmin
etmişdir. Manatın real çoxtərəfli məzənnəsi isə
ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun
rəqabət qabiliyyətinin yaxşılaşması baxımından
müsbət haldır.
2.2. Pul siyasəti alətləri
2012-ci ilin 9 ayında inflyasiyaya təsir
göstərən amillərin nəzarətdə saxlanılması və
onların müəyyən edilmiş hədəf çərçivəsində
preventiv rejimdə tənzimlənməsi pul siyasətinin
əsas məqsədi olmuşdur. İqtisadi tsikl
indikatorlarından pul siyasətinin sərtləşməsi və
yumşaldılması lehinə olan göstəricilərin nisbəti
dövr ərzində sabit qalmışdır.
Son aylarda qlobal iqtisadi artım proqnozları-
nın optimistliyinin azalması, neft qiymətlərinin
nisbətən sabit qalması və ilin sonuna ərzaq
qiymətlərinin artım gözləntiləri fonunda dövr
ərzində faiz dəhlizi parametrlərində dəyişiklik
edilməmiş, uçot dərəcəsi 5.25% səviyyəsində
saxlanılmışdır.
Pul kütləsinin artım templərinin tənzimlən-
məsi, eləcə də bank sistemində ehtiyatlanma
səviyyəsinin yüksəldilməsi məqsədilə bankların
manatda və qiymətli metallarda olan daxili
və xarici öhdəlikləri üzrə məcburi ehtiyat
norması 2012-ci ilin əvvəlindən 2%-dən 3%-ə
qaldırılmışdır.
Pul və məzənnə siyasəti
Mənbə: AMB
Mənbə: AMB
Mənbə: AMB
22
Sterilizasiya əməliyyatları çərçivəsində
2012-ci ilin 9 ayı ərzində 1405 mln. manat
məbləğində not emissiya olunmuşdur. Bundan
728 mln. manatlıq not hərraca çıxarılaraq
yerləşdirilmişdir.
Son hərracda notlar üzrə orta gəlirlilik 2.20%
təşkil etmişdir. İlin əvvəlində isə bu göstərici
2.84% səviyyəsində olmuşdur. 01.10.2012-ci
il tarixinə dövriyyədə olan notların həcmi 11.8
mln. manat təşkil etmişdir. Aparılmış REPO
əməliyyatlarının həcmi ötən ilin 9 ayına nəzərən
9.3% azalaraq 6420 mln. manat təşkil etmişdir.
Ümumilikdə, Mərkəzi Bankın banklarla
apardığı əməliyyatlar üzrə likvidlik saldosu
3
421mln. manat artmışdır.
2.3. Pul təklifi
2012-ci ilin 9 ayı ərzində pul təklifinin artımı
iqtisadiyyatın tələbinə uyğun olmuş, manatla
geniş pul kütləsi 12.8% artmışdır.
Pul və məzənnə siyasəti
Qlobal maliyyə böhranının ardınca mərkəzi banklar
pul siyasətini əhəmiyyətli yumşaltmış, hətta qeyri-
ənənəvi alətlərdən geniş istifadə etməyə başlamışlar.
Qeyri-ənənəvi alətlərə misal kimi bəzi mərkəzi
bankların (məsələn, ECB) daha uzun müddətə (3 illik)
bankları yenidən maliyyələşdirməsini, aparıcı ölkələrin
mərkəzi banklarının aktivlərin alışı formasında bazara
böyük həcmdə inyeksiyalar etməsi, mərkəzi bankların
kommersiya bankları ilə kredit əməliyyatları zamanı
girov təminatı şərtlərini yumşaltması və s.-ni göstərmək
olar. İnkişaf etmiş ölkələrdə yenidən maliyyələşmə
dərəcəsinin sıfır səviyyəsinə (zero bound) yaxınlaşması
(real olaraq isə neqativ olması) yeni müzakirə və
axtarışların başlamasına səbəb olmuşdur. Hazırda
iqtisadçılar bu suala cavab axtarışındadırlar, “Necə
edək ki, böhran vaxtı pul siyasətinin reaksiyası üçün
daha geniş imkan və “space” olsun?”. Bununla
əlaqədar bir təklif (Blanchard, Dell Ariccia və Mauro,
2010) inflyasiya hədəfinin artırılmasından ibarətdir
(məsələn, 2%-dən 4%-ə). Bu halda Mərkəzi Bank
böhran vaxtı pulun dəyərini kəskin ucuzlaşdırmaqla
iqtisadiyyata əhəmiyyətli təsir etmə gücünü əldə
edə bilər. İstənilən halda resessiya zamanı yenidən
maliyyələşmə dərəcəsini 4%-dən sıfır səviyyəsinədək
endirən mərkəzi bank, 2%-dən sıfıra qədər endirənlə
müqayisədə iqtisadi aktivlik üzərində daha böyük
təsirə malik olacaqdır. Lakin, araşdırmalar göstərir
ki, bu halda əhalinin real gəlirləri ən azı 0.3% bəndi
azala bilər. Şühbəsiz, inflyasiyanın yüksək olması
iqtisadiyyata çox fərqli kanallar vasitəsilə təsir edir.
Bu mənada çoxfaktorlu real təsir qiymətləndiriləndən
daha yüksəkdir. Xüsusilə, belə olan halda iqtisadi
agentlərin davranışlarının hansı istiqamətdə və necə
dəyişəcəyi ciddi araşdırma tələb edir. Belə ki, bu
zaman iqtisadi agentin, yəni istehsalçının məhsul və
xidmətlərdə daha tez-tez qiymət artımına gedəcəyi,
istehlakçıların isə bunun nəticəsində əsasən yığım
meyilli olacağı istisna edilmir. Bu isə iqtisadi aktivlik
üzərində neqativ təsirlər formalaşdıra bilər. Ona
görə də ölkə təcrübələrinin sübut etdiyi və özünü
doğrultduğu qeyri-ənənəvi alətlərdən istifadə daha
doğru olardı.
Haşiyə 7. Qiymət sabitliyi və maddi rifah
Mənbə: IMF WP 12/189, “On price stability and welfare”, iyul 2012
3
Dövr ərzində Mərkəzi Bankın banklarla apardığı aktiv və passiv əməliyyatların saldosu
Mənbə: AMB
Mənbə: AMB
23
Dövr ərzində pul bazasının artımı 12.4%,
ötən ilin müvafiq dövrü ilə müqayisədə isə
30% təşkil etmişdir. Pul bazasınının həcmi daha
çox Mərkəzi Bankın ehtiyatlarından müdaxilə
hesabına dəyişmişdir.
01.10.2012 tarixinə geniş pul kütləsi (M3)
ötən ilin müvafiq dövrünə nəzərən 21.3%
artaraq 15343 mln. manata çatmış, manatla
geniş pul kütləsi (M2) isə 28.8% artaraq 12402
mln. manata yüksəlmişdir.
Geniş pul kütləsinin artımı həm nağd, həm də
qeyri-nağd pulun artımı hesabına baş vermişdir.
Dövr ərzində qeyri-nağd pul kütləsi 4.2%
artmışdır ki, bu da nağdsız ödənişlərin
stimullaşdırlması istiqamətində görülmüş
tədbirlərin nəticəsidir.
Hesabat dövründə manatın nominal effektiv
məzənnəsi nisbətən ucuzlaşsa da, pul təklifinin
artımı “Monetar Şərait İndeksi”
4
nin (MŞİ)
ümumən yumşaq qalmasına imkan vermişdir. .
2.4. Pul siyasətinin tədqiqat bazası
2012-ci ilin III rübündə Mərkəzi Bankda
makroiqtisadi idarəetmənin və pul siyasətinin
institusional bazasının inkişafı istiqamətində
məqsədyönlü fəaliyyət davam etdirilmişdir.
Azərbaycanda pul siyasətinin effektivliyinin
artırılması və makroprudensial idarəetmənin
formalaşdırılması istiqamətində beynəlxalq
platformada gedən müzakirələr izlənilmiş və
Pul və məzənnə siyasəti
Mənbə: AMB
Mənbə: AMB
4
MŞİ - pul kütləsinin və nominal effektiv məzənnənin xüsusi çəkiləri nəzərə alınmaqla orta dəyişimini xarakterizə edən bir göstəricidir.
Cədvəl 2. Pul aqreqatları, mln. manat
01.01.10
01.01.11
01.01.12
01.10.12
M0 (Nağd pul)
4147.8
5455.8
7158.2
8315.4
M1 (Nağd pul, tələb olunanadək
əmanət və depozitlər)
5239.8
6718.9
8824.8
10053.6
M2 (Nağd pul, tələb olunanadək,
müddətli əmanət və depozitlər,
manatla)
6169.2
8297.5
10997.2
12402.4
M3 (Nağd pul, tələb olunanadək,
müddətli əmanət və depozitlər,
manat və SDV)
8469.2
10527.5
13903.2
15343.3
Mənbə: AMB
Mənbə: AMB
24
Pul və məzənnə siyasəti
yerli xüsusiyyətlər nəzərə alınmaqla qabaqcıl
təcrübənin tətbiqi imkanları araşdırılmışdır.
Dövr ərzində Mərkəzi Bankın Pul Siyasəti
və Maliyyə Sabitliyi Komitəsinin fəaliyyəti
(PSMSK) davam etdirilmişdir. Komitə
tərəfindən makroiqtisadi situasiya operativ
izlənmiş, xarici və daxili amillərin təhlili
aparılmış, qarşıdakı dövr üçün monetar siyasət
çərçivəsi və makroiqtisadi proqnozlar nəzərdən
keçirilmiş, zəruri pul və maliyyə sabitliyi
siyasəti qərarları qəbul edilmişdir.
Pul və maliyyə sabitliyi siyasətinin
formalaşması istiqamətində pul siyasəti
və makroprudensial tənzimləmə rejiminin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata
keçirilmişdir. Pul və maliyyə sabitliyi siyasətinin
realizasiyasının monitorinqi aparılmış və
hesabatlılıq təmin edilmişdir.
2011-2014-cü illər üçün strateji plana
uyğun olaraq Mərkəzi Bankda makroiqtisadi
diaqnostika və tədqiqat potensialının artırılması
işləri bir neçə istiqamətdə aparılmışdır.
Maliyyə sabitliyinin
qiymətləndirilməsi
potensialının artırılması məqsədilə bank sekto-
runda sistem risklərinin identifikasiyası prioritet
məsələlərdən biri olmuşdur. Stress-testlər və
maliyyə sabitliyi indikatorları vasitəsilə bank
sektorunun davamlılığı və həssaslığı mütəmadi
qiymətləndirilmişdir.
Eyni zamanda bank sektorunda likvidlik
effektinin qiymətləndirməsi metodologiyasının
hazırlanması, pul siyasətinin transmissiya
effektinin assimmetrikliyinin qiymətləndirilmə-
si, effektiv məzənnə səbətindəki dəyişikliklərin
NEM və REM-ə texniki təsirinin hesablanması,
kapitalın mobilliyinin qiymətləndirilməsi üçün
tədqiqat işləri yekunlaşdırılmışdır.
Ekonometrik tədqiqatlar
çərçivəsində
inflyasiya, iqtisadi artım və makroiqtisadi
tarazlıqla bağlı bir sıra tədqiqat işləri aparılmışdır.
Bu tədqiqatların nəticələri pul siyasəti sahəsində
taktiki və strateji qərarların qəbul edilməsində
istifadə olunmuşdur.
Makroiqtisadi
idarəetmə
sahəsində
intellektual resursların inkişafını
nəzərdə tutan
xüsusi proqramların da həyata keçirilməsinə
başlanmışdır. Əhalinin və iqtisadi subyektlərin
iqtisadi və maliyyə savadının artırılması
sahəsində geniş maarifləndirmə tədbirləri
görülmüşdür.
Statistikanın qabaqcıl standartlara uygunluğu-
nu təmin etməklə bank-maliyyə sistemi
üçün metodoloji dəstəyin həyata keçirilməsi
çərçivəsində Bank-maliyyə statistikası üzrə
təlimatların yenilənməsi, hesabat formalarının
tərtibi və dizaynı, pul - maliyyə statistikasının
BVF-nun standartlarına uyğunlaşdırılması
istiqamətində işlər davam etdirilmişdir.
AMB-də vahid elektron statistik məlumatlar
platformasının və analitik hesabatlılıq sisteminin
yaradılması (ESAS) çərçivəsində Statistik
və prudensial hesabatların vahid statistik
platformada yerləşdirilməsi prosesi davam
etdirilmiş, hesabatların analitik funksionallığı
hissəsinin hazırlanmasına başlanmış, ESAS
sistemində məlumatlar üzrə naviqasiya sistemi
qurulmuş, respondent bankların işçi heyəti üçün
təlimlər keçirilmişdir.
25
26
İstifadə olunmuş qrafik və cədvəllər
İstifadə olunmuş qrafik və cədvəllər
Qrafiklər
Qrafik 1 Dünya iqtisadiyyatında artım
5
Qrafik 2 ABŞ-da inam indeksləri
6
Qrafik 3 Əmtəə qiymətləri indeksi
7
Qrafik 4 Brent markalı neftin orta qiyməti
8
Qrafik 5 İşsizliyin dinamikası
8
Qrafik 6 Dünya iqtisadiyyatında resessiya ehtimalı
8
Qrafik 7 2012-ci ilin artım proqnozlarında son düzəlişlər
8
Qrafik 8 Yanvar-sentyabr aylarında ticarət balansı
9
Qrafik 9 Əsas ixrac mallarının miqdar və məbləğ dəyişimi
9
Qrafik 10 Əsas idxal mallarının miqdar və məbləğ dəyişimi
9
Qrafik 11 Yanvar-sentyabr aylarında pul baratları üzrə daxilolmalar
10
Qrafik 12 Strateji valyuta ehtiyatlarının kifayətliyi
10
Qrafik 13 Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti
10
Qrafik 14 Əhalinin pul gəlirləri
11
Qrafik 15 Orta aylıq əmək və əhalinin son istehlakının dəyişimi
11
Qrafik 16 Qeyri-ərzaq pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu
xidmətlərin dəyişimi
11
Qrafik 17 İnvestisiya qoyuluşlarının dəyişimi
11
Qrafik 18 Yanvar-sentyabr aylarında iqtisadi artım
13
Qrafik 19 Qeyri-neft sahələri üzrə artım
13
Qrafik 20 Gözləntilər
14
Qrafik 21 Məcmu buraxılış kəsiri
14
Qrafik 22 Azərbaycan və Dünya ərzaq İQİ
14
Qrafik 23 Orta illik İQİ
15
Qrafik 24 İnflyasiya və Diffuziya indeksi
15
Qrafik 25 İstehlak qiymətləri indeksi
15
Qrafik 26 KİQİ və q/n SİQİ
15
27
İstifadə olunmuş qrafik və cədvəllər
Qrafik 27 Mənzil bazarında qiymət dəyişimi
18
Qrafik 28 Qiymət gözləntiləri indeksi
19
Qrafik 29 Məşğulluq gözləntiləri indeksi
19
Qrafik 30 9 ayda AMB-nin valyuta müdaxiləsi
20
Qrafik 31 REM-in strukturu
21
Qrafik 32 Tsikl göstəriciləri
21
Qrafik 33 Faiz dəhlizinin parametrləri
21
Qrafik 34 AMB-nin notları
22
Qrafik 35 Pul kütləsinin dəyişimi
22
Qrafik 36 Pul bazasının dəyişim faktorları
23
Qrafik 37 M3 pul aqreqatının dinamikası
23
Qrafik 38 Monetar Şərait İndeksi
23
Cədvəllər
Cədvəl 1 İkitərəfli nominal və real məzənnə indeksləri
20
Cədvəl 2 Pul aqreqatları
23
Аzərbаycаn Rеspubliкаsının Mərkəzi Bankı
Azərbaycan, Bakı, AZ1014, R. Behbudov küç., 32
Telefon (994 12) 493 11 22
Faks (994 12) 493 55 41
www.cbar.az
Dostları ilə paylaş: |