Ələddin Məlikov. Epistemologiyada ağıl və iman
münasibətlərinin təhlili,
s. 23-53
hər inanc idrak deyildir, lakin hər idrak inancdır. Əsaslandırılmış inanclar idrak sa-
yıla bilərlər. Amma qəbul edilməsi üçün heç bir əsas və izahı olmayan inanclar id-
rak sayılmırlar.
İslam mütəfəkkürləri və müasir epistemologiyada ağıl və iman nəzəriyyələri-
ni ayrı-ayrılıqda araşdırmaq lazımdır ki, bu iki terminin tarixi əlaqəsi daha yaxşı
aydın olsun:
İslam dünyasında “ağıl və iman” mövzusunda üç ənənəvi nəzəriyyə
İslam təlimlərinin, xüsusilə Qurani-Kərim və din öncüllərinin rəvayətlərinin
üzərində düşünməklə ağlın əhəmiyyət və yeri aydınlaşır. İslam dinində “düşüncə”
imanın əsasını təşkil edir. Quran həmişə insanı təfəkkür və düşüncəyə dəvət edir və
kor-koranə təqliddən çəkinməyə çağırır. Çirkinliyi təfəkkür əhli olmayanlarda gö-
rür. Ağıl rəvayətlərdə Allahın ən sevimli məxluqu, insanın mükafat və cəzalandırıl-
ma meyarı və höcəti, “daxili peyğəmbər” hesab edilir. Amma İslam mədəniyyəti
çərçivəsində ağıl və iman məsələsi düşündürücü, eyni zamanda valehedici tarixi
eniş-yoxuşa malikdir. İslam mütəfəkkirlərindən bəzi qruplar, yəni filosof, mütəkəl-
lim, arif, fəqih, hədis alimləri, əxbarilər və... həmçinin onların müxtəlif qolları, mə-
sələn, peripatetizm, işraqilik və hikmətül-mütəaliyə, mötəzilə, əşairə və şiə mütə-
kəllimləri bu sahədə müxtəlif fikirlər, nəzəriyyələr irəli sürmüş və müxtəlif elmi
cərəyanlar yaratmışlar.
İmanın tərifində müsəlman və xristian filosof, mütəkəllim və ilahiyyatçıları
arasında ciddi fikir ayrılıqları vardır. Bu fərqliliklərin başında imanın tərifinə üç
predmetin daxil edilməsi durur: elm, iradə, əməl. Bir çox şiə filosof və mütəkəllim-
ləri imanı həmin (yəqin və sabit) elm hesab edirlər. Bəzi şiə və bir çox əşərilər və
mürciələr
1
imanın əsasını iradi və ixtiyari əməl, yəni təsdiq hesab edirlər və hətta
mürciədən bəziləri onun əsasını dillə etirafla kafi hesab edirlər. Xaricilər
2
əməli
1
Mürciələr «ﺔﺌﺟﺮﻤﻟا». İslamın ilk dönəmlərində ortaya çıxıb mülayim və uzlaşan fikirləri
ilə tanınan etiqadı və siyasi cərəyan.
VIII əsrin I yarısında mürciə inancının əsası qoyuldu. Onun əsasını məşhur ilahiyyatçı
Qaylan əl- Diməşqi (təx. 742- ci ildə edam olunub), Cəhm ibn Səfvan (745- ci ildə Mərvdə
edam edilib) və Müqatil ibn Süleyman (vəf. 767) qoymuşlar.
2
İslam dinində cərəyan; Xəlifəyə valinin tabe olmaması nəticəsində, Hz Əli ibn Əbu
Talib ilə Şam (Suriya) valisi Müaviyə ibn Əbu Süfyan arasında gedən mübarizə prosesində
VII əsrdə yaranmışdır. Suffeyn kəndi yaxınlığında Hz Əli (ə) və Müaviyə qoşunları arasın-
da döyüş zamanı hərbi üstünlüyə malik olan xəlifə Hz Əli (ə) döyüşçülərin bir çoxunun
35
Metafizika – Cild 1, Say 2, 2018
imanın tərkib hissəsi hesab edirlər və məhz bu səbəbdən fasiqin
1
imanı olmadığını
vurğulayırlar.
Ağıl və imanın qarşılıqlı münasibətlərinə dair üç nərziyyə olub:
1. Dini həqiqətlər ağıl tərəfindən təsdiqlənir,
2. Dini həqiqətlər ağıl tərəfindən rədd edilir,
3. Dini həqiqətlər ağıl tərəfindən nə təsdiq, nə də rədd edilir.
Ağıl və iman münasibətləri müsəlman dünyasında üç müxtəlif müstəvidə
cərəyan edib.
“Bunlar aşağıdakılardır:
a) Dini əqidə və ayinlər ağıl tərəfindən qəbul edilir. Yəni bu məfhumlar ağıl
və təfəkkürə təqdim olunan zaman ağıl onları təsdiqləyir.
b) Əql dini- ilahi dəyərlər və həqiqətləri təkzib edir. Yəni bu həqiqətlər əql
və təfəkkürlə tam ziddiyyətdə olur.
c) Dini əqidə və dəyərlər əql tərəfindən nə təsdiq, nə də təkzib olunur.
Başqa sözlə, bu qanunlar əqlə zidd deyil, əqlin fövqündə dayanır və əql onlar
barədə mühakimə yürütmək iqtidarında deyil.”
2
Belə görünür ki, iman elmdən daha üstündür. Xarici əməlin ona heç bir
aidiyyatı yoxdur. İman insanın ixtiyar və iradəsi, elm və inancının ardınca yaranan
qəlbi təsdiq və təsbitidir. Əməl (istər xarici olsun, istərsə də batini) imanın mahiy-
yətindən deyil, nəticələrindəndir.
təkidi ilə gözlənilmədən döyüşü saxlamış, məcburi şəkildə qələbənin və hakimiyyətin mü-
qəddəratının münsiflər (tretey) məhkəməsi tərəfindən həll edilməsinə razılıq vermiş və bir
çox avam döyüşçülərin bəsirətsizliyi nəticəsində məğlubiyyətə uğramışdır. 12 min bəsirət-
siz döyüşçü Xəlifə Hz Əli (ə)-nın bu hərəkətindən hiddətlənib düşərgəni tərk edərək hərurə
kəndinə çəkilmişlər. Xəlifə və zamanın imamını döyüş meydanında tək qoyub meydandan
xaric olduqları üçün onlar “xaricilər” adlandırılmışlar.
Xaricilər uzun müddət hər iki tərəfə (Hz Əli (ə) və müaviyəyə) qarşı silahlı mübarizə
aparmış, onların casusları Hz Əli (ə)-ı şəhid etmiş, Müaviyəni isə yaralamışlar. Təriqət-
çiliyə aludə olan xaricilər öz rəhbərlərinin adını daşıyan, bir-birilə rəqabət aparan dini-
siyasi qruplara bölünmüşlər. İbadilik, Əzraqilik, Sufrilik və s. Xaricilər özlərini İslamın saf-
lığı uğrunda fəal mübarizlər hesab edirdilər. Dini ehkamlara ciddi əməl edilməsini müsəl-
manların ən zəruri işi sayırdılar. Onlar həmçinin bütpərəstləri, xüsusilə politeizm tərəf-
darlarını, İslama qarşı çıxanları amansızcasına cəzalandırmağı tələb edirdilər.
1
“Fasiq” (ﻖﺳﺎﻓ) Ərəb dilindən tərcümədə kök şəklində “fsq” (ﻖﺴﻓ) "çıxmaq, sıçramaq"
deməkdir. Dini termin olaraq, fasiq - böyük günah sayılan əməlləri yerinə yetirən və ya ki-
çik günahları ardıcıl təkrar edən şəxsə deyilir. Çünki bu halda insan Allaha itaətdən çıxmış
olur. Fasiq anlayışı çox genişdir, günahın bütün növlərini və dərəcələrini edən şəxsə deyilir.
2
- Mail İsmayıloğlu, Dinin fəlsəfəsi, Tehran, birinci çap, 2015, səh 51
36