Ələddin Məlikov. Epistemologiyada ağıl və iman
münasibətlərinin təhlili,
s. 23-53
Dildə təsdiq etmək imanın mahiyyətindən irəli gəlmir. Bu da əməl kimi,
imanın nəticələrindən biridir.
Epistemologiyada ağıl və iman məsələsi
Orta əsr filosofları ağıl və iman münasibətlərində bir həqiqətin iki üzü inan-
cına sahib idilər. Onlara görə, din ağıldan iman tələb edir və vəhy hər an ağıla mü-
raciət edir. Ağıl və onun əsası bütünlüklə Allahın məxluqudur. Buna görə də, ağıl
və vəhy arasında ziddiyyət yarana bilməz. Bununla yanaşı, orta əsrlərdə iman və
ağlın uyğunluğu barədə heç bir mənfi fikir yox idi və yalnız ağlın gücünün dərəcəsi,
bunların bir-birinə nisbətdə üstünlükləri və ağlın imanla uyğunluğunun dərəcəsi ba-
rədə fikir ayrılığı mövcud idi.
Etyen Jilson
1
öz kitabında orta əsrlərdə mövcud olan din və ağlın əlaqəsi
haqqında müxtəlif cərəyanları qeyd etmişdir: Xristianlıqda bəzi qruplar vəhyi bü-
tün bəşəri, təcrübi, əxlaqi və metafizik maarifin varisi hesab edirdi. Onlara görə, xi-
las olmaq və nicat tapmaq üçün lazım olan hər şey müqəddəs kitabda qeyd edilmiş-
dir. Deməli, təkcə şəriətin öyrənilməsi kifayətdir, digər elmlərə, o cümlədən fəlsə-
fəyə ehtiyac yoxdur. Çünki müqəddəs kitabda Allah bizimlə söhbət etmişdir və bu
səbəbə bizə düşünmək lazım deyil. Bu cərəyan inanır ki, Allahın kəlamı və dinə aid
olan məsələlərə imanla təbii ağıldan istifadə etmək arasında məntiqi ziddiyyət
mövcuddur.
Digər qrup, o cümlədən Avqustin
2
müqəddəs Avreli inanırdı ki, həqiqətə çat-
maq yolu ağıldan qeyrisi ilə başlayır və iman yəqin edilən ağılla məhdudlaşmır, ək-
sinə, o yol imanla başlayır və vəhydən ağıla yol tapır. Avqustin deyirdi:
“Ağıl imanın töhfəsidir. Buna görə anlayıb iman gətirənlərdən olma, iman
gətir ki, anlayasan”.
3
Anselm Kenterberili
1
isə belə deyirdi: “Mən onlardan deyiləm ki, ilk başa
düşüb sonra iman gətirim, mən əvvəl iman gətirib sonra başa düşənlərdənəm və
ona görə iman gətirirəm ki, iman gətirməyib, anlamayanlardan olmayım”.
1
Etienne Gilson (1884- 1978). Fransız filosof və tarixçisi. Neotomizm fəlsəfi cərəyanın
ardıcıllarından olmuşdur.
2
Saint Augustine of Hippo (354- 430). Xristianlığın ən böyük ilahiyyatçılarından və
filosoflarından biri. Xristian kilsəsinin müqəddəs atası. 395-ci ildən Hippon şəhərinin
yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının
əsasını təşkil etmişdir.
3
Etyen, Jilson, Ruhe fəlsəfeye qurune vusta, mütərcim: Əlimurad Davudi, səh 9- 13.
37
Metafizika – Cild 1, Say 2, 2018
E.Jilson “İbn Rüşdilər”
2
adlı digər cərəyanı da vurğulayır ki, onlar da fəlsə-
fənin nailiyyətləri ilə birlikdə ağıl və iman arasında hər növ ziddiyyəti, yaxud din
və fəlsəfə arasında təzadı bitmiş hesab edirdilər. Onlar ağıl və vəhyin təlimlərininin
bir-birinə zidd olduğu halda, mötəbər hesab edirlər. Onlar insanın ilk vəzifəsini Al-
lahın verdiyi ağlı işə salmaq inancında idilər.
Platondan təsirlənən orta əsr mütəfəkkirləri iki növ ağlı: cüzi və hesablayıcı
və ümumi və külli ağlı qəbul edirdilər. Lakin müasir dövrdə yalnız birinci məna
kəsb edən ağıldan, yəni hesablayıcı ağıldan istifadə edilir. Məhz buna görə, dünya-
nı riyazi görən Q.Qaliley
3
, İ.Nyuton
4
və R.Dekart kimi alimlər qələbə çaldılar.
5
Cüzi və hesablayıcı ağıl o həddə çatdı ki, Allah və ardınca din onun müza-
kirə predmeti belə olmadı. Özünü müstəqil hesab
etdi və maarifçilik dövrü
6
adlan-
dırılan dövrdə ağıl qeyd-şərtsiz hakimiyyət əldə etdi. O dövrdə hətta vəhydən qay-
naqlanan dinə nifrət kəskin şəkildə artdı və təbii din sayılan deizm, səmavi, İlahi
din və teizmin alternativi oldu.
7
Maarifçilik dövründə, ümumiyyətlə, üç baxış əsas rol oynamışdır:
Birinci baxış: Bir sıra ziyalılar təbii (natural) və İlahi dini qəbul edirdilər.
Vəhy və təbii qanunlarla Allaha inanmağın mümkün olduğunu hesab edirdilər.
İkinci baxış: Onlar imanı məzəmmət edən təbii dinin tərəfdarları idilər.
Üçüncü baxış: Bu baxışda olanlar, ümumiyyətlə, müxtəlif növ təbii və İlahi
dinləri məzəmmət edirdilər. Elm, din və insan həyatının bütün sahələrində sırf ağ-
lın gücünü qəbul edirdilər. Qeyd etmək lazımdır ki, maarifçilik cərəyanı kilsə tərə-
findən olan reaksiyanı, ədəbiyyatda olan romantizmi, zahid dindarları və bəzi fəlsə-
fi cərəyanları öz qarşısına alırdı.
8
XVIII əsrin ingilis filosofu “Devid Yum” səbəb və nəticənin zəruriliyini in-
kar edirdi. O, həmçinin xristianlığın rasional cəhətdən müdafiəsini səmərəsiz hesab
1
Anselm of Canterbury (1033- 1109). Orta əsr dövrünün teoloq və filosoflarından və
erkən sxolastikanın nümayəndəsi sayılır.
2
İbn Rüşdün Latın ardıcılları.
3
Galileo Galilei (1564- 1642).
4
Sir Isaac Newton (1643- 1727).
5
Babək Əhmədi, Modernite və əndişeye entiqadi, səh 62 və 64.
6
XVII- XVIII əsrlərdə Avropa elm və mədəniyyət tarixində mənəvi durumu əhatə edən
dövrə deyilir.
7
Ayan Barbur (Ian Graeme Barbour 1923- 2013), Elm və din, Bəhaəddin
Xorrəmşahinin tərcüməsi, səh 71- 80.
8
Ernest Kasiriyer (Ernst Cassirer), Fəlsəfeye roşəngəri, Yədullah Muqininin tərcüməsi,
səh 251.
38