___________Milli Kitabxana_____________
15
şeiri, naturadan çəkdiyi təsvirlər və müasirlərinin lirik
parçaları toplanmışdır. Şairlərdən M.R.Fana, M.Məmai,
H.Yüzbaşıyev albomdakı tikmə və şəkillərə mənzumələr həsr
etmiş və Xurşidbanunun sənətkarlığını Şərqin məşhur
rəssamları, nəqqaşları ilə müqayisədə qiymətləndirmişlər.
Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də
sənətdə ağır və böhranlı keçmişdir. Yaşı altmışı haqlayan
xəstə şairin ixtiyarındakı kənd və yaylaqların xeyli hissəsi
alınıb Xasay xanın uşaqları arasında bölüşdürülmüşdür.
1891-ci ildə Seyid Hüseyn həyatdan köçmüş, Natəvanın
ondan olan üç oğlu, iki qızı vərəsəlikdən məhrum edilmişdir.
Şairin evindən qiymətli əşyalar yoxa çıxdığından borca
düsmüş, Mil düzündən çəkdirdiyi su arxı yarımçıq qalmışdır.
Borcları ödəmək üçün onun qadın zinətləri, əkin və xırman
yerləri satışa qoyulmuşdur. Ruh düşkünlüyü, naxoşluq şairi
ədəbiyyat meydanından çəkilməyə vadar etmişdir. Rəhbərsiz
qalan "Məclisi-üns" davam gətirməyib dağılmışdır. Nəvvaba
yazdığı son cavab məktubunda Natəvan öz əhvalını belə şərh
etmişdir:
Qəmü-əyyamidən çox natəvanəm,
Əliləm, naxoşam, əfsüıdəcanəm.
Bir təlildən özüm də bədgümanam
Məgər kııhi-qəma Fərhad oldum.
Xəstəlik günbəgün
şiddətlənərək Xurşidbanunun
vəziyyətini ağırlaşdırmış vo o, 1897-ci il oktyabr ayının 1-də
Şuşada vəfat etmişdir. Şairin ölümü təkcə Azər-
___________Milli Kitabxana_____________
16
baycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər
adamlarını kədərləndirmişdir. Bu münasibətlə "Qafqaz",
"Tərcüman" və başqa qəzetələrdə nekroloqlar və Natəvanın
hayat fəaliyyəti haqqında yazılar dərc edilmişdir.
Xurşidbanunun vəfatı şairlər tərəfindən "ədəbiyyat aləminə
üz vermiş fəlakət", "şeir məclisində günəşin batması" kimi
obrazlı ifadələrlə qələmə alınmışdır.
XX əsirin ilk yarısıda Xurşidbanunun şeirlər məcmuəsi
bir neçə dəfə çapdan çıxmışdır. Respublikamızın paytaxtı
Bakıda iki yerdə şairə əzəmətli heykəl qoyulmuş, vətəni
Şuşada tunc büstü ucalmışdır. Natəvanın Ağdamda "İmarət"
deyilən ailəvi qəbiristanlıqdakı məzarı üzərinə obelisk
vurulmuşdur. Onun bədii irsi 1937-ci ildən etibarən rus dilinə
tərcümə olunaraq Moskvada, Leninqradda və Bakıda çıxan
ədəbi jurnallarda, antologiyalarda işıqlandırılmışdır.
Əvvəlki nəşrlərdən fərqli olaraq, bu dəfə oxuculara
təqdim edilən kitabda şairənin əlyazmalarına əsasən üslub və
ifadə qüsurlarından təmizlənmiş, vəzn pozuntuları, beyt
çatişmazlıqları nisbətən aradan qaldırılmışdır. Kitaba
Natəvanın sonradan tapılan mənzumələri də daxil edilmişdir.
Bəylər Məmmədov
___________Milli Kitabxana_____________
17
QƏZƏLLƏR
___________Milli Kitabxana_____________
18
Şuri-eşqin başıma axırı sövda gətirir,
Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Tari-zülfündü məni böylə giriftar eləyib,
Nə gələ başıma, ol zülfi-mütərra gətirir.
Gül üzün görmək əgər mümkün olaydı bir dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.
Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,
Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.
Könlümü qarət edir eylə ki, tari-zülfün,
Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.
Naqənin varmı şüuru bula aşıq guyin,
Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.
Yusifin sanma, dübarə görə Yəqub üzün,
Mehr bazarına gör getsə, Züleyxa gətirir.
Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,
Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.
Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,
Natəvan, mücdə bu gün, qətlinə fərman gətirir
___________Milli Kitabxana_____________
19
Hicran ilə kim, daməni-qəm dəstrəsimdir,
Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Gül ayrısı bir bülbuli-bimarü qəminəm,
Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.
Cismimdəki biman könül haləsi, guya,
Bir qəmzədə məhmildən asılmış cərəsimdir.
Görmək üzünü qayəti-hər fikrü xəyalım,
Öpmək ayağın maeyi-şövqü həvəsimdir.
Xurşidə yetər başım əgər, çakərin olsam,
Bu rütbə ilə aləm əra fəxr bəsimdir.
___________Milli Kitabxana_____________
20
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,
Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Əhdlərdən keçmədim, peymanlər sındırmadım,
Lacərəm bimehrlə tək, olmuşam əfsanə mən.
Tərki-gülzar etmişəm, bülbül kimi mən, ey rəqib,
Aqibət bir guşə içrə gəlmişəm əfqanə mən.
Eşq rüxsarında bir dəm vəslilə şad olmadım,
Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.
Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,
Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.
Duş gördüm kim, gəlibsən gülbeyi-ehzanıma,
Ol zaman nəzr eylədim canü dilim qurbanə mən.
Görməyim düşvardır, vallah, səni, bil, ey rəqib,
Zülfə bağlı qoy gedim, axır düşüm zindanə mən.
Dövrü dönmüş dövr dövran etmədi kamımca ah!
Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən.
Varü yoxumdan qalan ancaq mənim bir can idi,
Natəvan, daxi dedim: sərf eyləyim mehmanə mən.
Dostları ilə paylaş: |