Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə12/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

____________Milli Kitabxana____________ 
 
47
       Hadisələr inkişaf etdikcə proletar ədəbiyyatına 
münasibətdə mövqelər dəyişir. Plexanovun nəzəri fikirləri 
proletar  ədəbiyyatına qarşı durur. Onun estetikasının təftişi 
Azərbaycanda da əks-sədasını tapır. 1932-ci ildə M.Quliyev 
yazırdı ki, Plexanovun yanlış fikirləri qəti tənqid atəşinə 
tutulmalı, idealist kantçı, mexanist səhvləri açılıb 
göstərilməlidir (Bax: 36, 225).  
         Ictimai-siyasi,  iqtisadi,  mədəni və digər sahələrdə gedən 
mahiyyətcə sinfi xarakterli mübarizə  ədəbiyyat cəbhəsində  də 
özünü göstərirdi. Kommunist olmayan bir çox yazıçılar proletar 
ədəbiyyatı yaradıcıları cərgəsinə qoşulmaq istəsələr belə, onlar 
“burjua-qolçomaq ünsürləri”, “sağ ziyalılar” və s. adlarla 
damğalanırdılar. Iyirminci illərin sonu, otuzuncu illərin 
əvvəllərində yazıçıların bir qismi Azərbaycanda xüsusilə 
voronskiçilik, pereverzevçilik, pilnyakçılıqda ittiham edilirdi. 
           “Krasnaya  nov”  jurnalının baş redaktoru A.K.Voronski 
rus  ədəbiyyatının görkəmli nümayəndələrindən,  ədəbi siyasəti 
müəyyənləşdirən  şəxsiyyətlərdən biri kimi tanınırdı.  Əvvəllər 
Azərbaycanda onun fikirləri təbliğ olunurdu. Sonra 
voronskiçilik sağ opportunizmin başqa  şəkli hesab olundu. 
M.Quliyev 1931-ci ildə Voronskinin “idealist və qolçomaq” 
konsepsiyasına qarşı  çıxaraq yazdı ki, “biz voronskiçiliyi ifşa 


____________Milli Kitabxana____________ 
 
48
edərək onu türk ədəbiyyatından qovmalı  və idealizmə  qəti 
elani–hərb etməliyik” (21, 8). Voronskinin türk (Azərbaycan) 
ədəbiyyatına təsirinin qarşısının alınması ilə bağlı  tədbirlər 
görülməyə başladı. 
        A.K.Voronskinin  ədəbi-estetik baxışlarının mahiyyəti 
nədən ibarət idi? O, ədəbi prosesdə  ədəbi qanunlarla işləməyi 
üstün tutur, ədəbiyyatın idarə edilməsi,  ədəbiyyat üzərində 
rəhbərlik və  ədəbiyyata təsirin qəti olaraq əleyhinə  çıxırdı. 
Voronski burjua mədəniyyətini və burjua sənətini proletar 
mədəniyyətinə  və proletar sənətinə qarşı qoymağın kökündən 
doğru olmadığını deyirdi. Bolşeviklərin iddia etdikləri kimi, 
ədəbiyyatda xırda burjua təmayüllərinin mövcudluğunu da 
inkar edirdi.  
         Iyirminci  illərin mövcud rejimində  nə  qədər ki, müxtəlif 
cərəyanlar, metod və metodologiyalar, siyasi fikir müxtəlifliyi 
hələ var idi, A.K.Voronski bütün gücü ilə  ədəbi qanunlara
ədəbiyyatın öz təbii axarı ilə inkişaf meylinə müdaxilə edə 
bilirdi. Ölkədə hələ siyasi müxalifətin mövcudluğu da buna əsas 
verirdi. A.K.Voronski də Trotskinin mövqeyini müdafiə edərək 
kommunistlərin ədəbiyyatla məşğul olmasının əleyhinə çıxırdı. 
Qeyd edək ki, Trotski yeni dövrdə ədəbiyyatın öz gücü-təbiiliyi 
ilə inkişaf etməsi siyasətini yürüdürdü. “Kommunistlər tənqid 


____________Milli Kitabxana____________ 
 
49
cəbhəsində” formulunun müəllifi kimi A.K.Voronskinin 
fikrincə kommunistlərin işi ancaq tənqid etməkdir. O, yeni 
sənət yaratmaq zərurətini inkar edir, klassikləri tənqidsiz 
öyrənməyin tərəfdarı kimi çıxış edirdi. Dövrünün cığırdaşlarını 
klassiklərlə proletar ədəbiyyatını  əlaqələndirən bir halqa kimi 
qəbul edirdi. 
           A.K.Voronskinin  ən nəhayət proletar mədəniyyəti və 
proletar  ədəbiyyatını tamamilə inkar etməsi proletar 
nəzəriyyəçilərini qıcıqlandırdı. Lakin Azərbaycanda 
voronskiçilik axtarmaq cəhdləri lazımi nəticə vermədi. 
M.Quliyev yuxarıda qeyd etdiyimiz məqaləsində voronskiçi bir 
ədəbiyyatçının adını belə çəkə bilmir.  
          Iyirminci illərdə görkəmli marksist ədəbiyyatşünas hesab 
edilən professor V.F.Pereverzevin konsepsiyası da sonralar 
proletar tənqidçiləri tərəfindən ciddi hücumlara məruz qalır. 
Onun konsepsiyasının getdikcə marksist ədəbi tənqidinin 
inqilabi və sinfi məzmununu təhrif edəcəyindən qorxan proletar 
tənqidçıləri buna “mürtəce” cərəyan damğası vuraraq, 
marksizmdən ayırdılar. V.F.Pereverzev deyirdi ki, hər bir 
tənqidçi və ədəbiyyatşünasın vəzifəsi bədii əsəri araşdıraraq, o 
əsərin konstrasiyasını müəyyən edən obyektiv mövcudiyyəti 
müəyyən etmək və onu açmaqdır. O, açıq şəkildə bəyan edirdi 


____________Milli Kitabxana____________ 
 
50
ki, siyasi həyat  ədəbiyyatın obrazlılığında heç bir iz buraxa 
bilməz. Bu formul menşevizmin “pərdələnmiş” təzahürü kimi 
qiymətləndirilirdi.  
       Həmin dövrdə Azərbaycan  ədəbiyyatşünası H.Əfəndiyev 
V.F.Pereverzevin nəzəri görüşlərini tənqid edir, M.Hüseyn və 
A.Musaxanlının timsalında Azərbaycanda pereverzevçiliklə 
paralellər axtarırdı. Onun mövqeyi 1932-ci ildə çap olunmuş 
“Pereverzev və onun ədəbiyyat sistemi haqqında” məqaləsində 
ifadə olunmuşdur (Bax: 36, 230). 
        Beləliklə  də, sırf elmi, nəzəri mübahisə metodoloji yön, 
istiqamət alır və  ədəbiyyat cəbhəsinin bir çox nümayəndələri 
siyasi sahədə “vurulan”, “tənqid edilən” və ölkədən çıxarılan 
Trotskinin tərəfdarları kimi qələmə verilirdi. 
         Belə metodoloji istiqamət ayrı-ayrı Azərbaycan 
yazıçılarının əsərlərində həmin cərəyanlarla bağlılıq axtarılması 
meyllərində  də özünü göstərirdi. Məsələn,  Əhməd Cavadın 
yaradıcılığı pilnyakçılığa  ən gözəl nümunə kimi hədəfə 
götürülmüşdü.  
         B.Pilnyak 
kommunistlərlə Rusiyanın taleyini 
eyniləşdirməyin  əleyhinə  çıxırdı. O yazırdı: “Mən kommunist 
deyiləm və buna görə  də kommunistcəsinə yaşamaq da 
istəmirəm... Kommunistlər nə qədər Rusiyalı olsalar, mən də o 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə