Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə9/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

____________Milli Kitabxana____________ 
 
34
ehkam, qrafoman-robot fanatizminin, “predmet-kütlə-sinif” 
mövhumatının yalnız ideyada, yalnız təlimdə yox, həm də 
xronologiyada, təsnifdə, rəqəmdə ifadəsi və  əlaməti idi” (59. 
479). 
        Müstəqillik dövrünün ədəbi-elmi düşüncəsində 
ədəbiyyatımızın bütün dövrlərinə milli dəyərlər işiğında 
yanaşılması  zərurətinin araya gəlməsi təbiidir. Bununla belə 
sovet dövrü ədəbi nümunələrinin və istedadlı qələm sahiblərinin 
qorunması, onların  ədəbiyyat tariximizdə dayanıqlı yer 
tutmasının obyektiv, elmi-analitik əsaslandırılması meylləri də 
güclüdür. Ötən  əsrdə yaşayıb-yaradan yazıçılarımızı    tarixi 
ədəbi prosesin ümumi inkişaf kontekstindən ayirib təftiş etmək 
üsulu doğru hesab edilmir. Hər bir ədəbi mərhələyə xas olan 
cizgiləri, xüsusiyyətləri aşkarlamaq, layiqli qiymətini vermək 
üçün dövrün ədəbi-bədii nümunələrinə birmənalı deyil, 
differansial və konkret şəkildə yanaşılması vacibdir. Heç bir 
əsəri,  ədəbi  şəxsiyyəti, həmçinin  ədəbiyyat tarixini real tarixi 
gerçəklikdən ayırmaq olmaz. Ədəbiyyat tarixinin mərhələləri də 
həmin dövrün real tarixi gerçəkliklərindən təcrid oluna bilməz. 
Ədəbiyyatşünas alimlərimizin məsələyə  əsasən bu prizmadan 
yanaşmaları diqqəti cəlb edir. 


____________Milli Kitabxana____________ 
 
35
         Şamil Salmanov sovet dövrü Azərbaycan ədəbiyyatını üç 
mərhələdə  təsnif etməyi düzgün sayır: 1920-1934-cü illər, 
1934-1956-cı illər və 1956-1991-ci illər. Müəllif birinci 
mərhələnin sırf proletar ədəbiyyatı kimi təsnif edilməsini 
düzgün saymır. Ona görə ki, həmin dövrdə müxalif ruhlu 
ədəbiyyatın (“burjua ədəbiyyatı”, “Cavid-Cavad ədəbiyyatı” və 
s. istilahlar da işlənirdi) yaranması da bir faktdır.  İkinci 
mərhələdə (1934-1956) – sosialist realizminin “qəti normativlər 
dövrü”ndə  də özünəməxsus yaradıcılıq metodları mövcud 
olmuşdur. Üçüncü mərhələnin (1956-1991) ısə əsas göstəricisi 
sosialist realizminin ideya-estetik prinsiplərinə qarşı müxalif 
mövqenin yaranmasıdır.            
          Mərhələ  təsnifatına Nizami Cəfərovun yanaşmasında 
fərqli mülahizələr də vardır. O, XX əsr Azərbaycan ədəbiyyatı 
tarixini dörd mərhələyə bölür: 1. XIX əsrin sonu XX əsrin 
əvvəllərindən XX əsrin 30-cu illərinın ortalarına qədər; 2. 30-cu 
illərin ortalarından 50-ci illərin sonu 60-ci illərin  əvvəllərinə 
qədər; 3. 50-ci illərin sonu 60-cı illərin  əvvəllərindən 80-ci 
illərin sonu 90-cı illərin əvvəllərinə qədər; 4. 80-ci illərin sonu 
90-cı illərin  əvvəllərindən sonra. Bu bölgüdə sonrakı üç 
mərhələ  təsnifatı kifayət qədər  əsaslıdır və  həmin dövrlərin 
siyasi-ideoloji və  ədəbi-estetik kontekstində mövcud ədəbi 


____________Milli Kitabxana____________ 
 
36
prosesin mövqeyini, həmçinin dövrün qüsur və  səhvlərini, 
ədəbiyyata neqativ təsirini də ehtiva edir. N.Cəfərovun 
təqdimatında təsnifatın birinci mərhələsi isə yəqin ki, polemika 
mövzusu ola bilər. 
       “XX  əsr  ədəbiyyatını  mərhələlərə ayırmaq istərkən, 
əvvəlcə onu bütöv bir tam kimi götürmək, sonra daxili 
vahidlərini müəyyənləşdirmək doğru olar” – deyən Zaman 
Əskərli (37. 249) hesab edir ki, yanaşmanın belə üsulu milli 
təfəkkürün inkişafında varislik əlaqələrini, XX əsr 
ədəbiyyatınıın ayrı-ayrı mərhələlərini bir-biri ilə əlaqələndirən, 
onu bütövləşdirən bağları da görüb-götürməyə imkan yaradır. 
Z.Əskərlinin təklif etdiyi bölgü belədir: birinci mərhələ - 1905-
ci ildən 1930-cu ilədək. Bu mərhələ XX əsr  ədəbiyyatının 
coşqun çağlayış illəridir. Yaşlı, orta və  gənc nəslin, realist və 
romantik yazıçıların eyni bir zamanda fəaliyyət göstərdiyi 
dövrdür.  İkinci mərhələ  - 1930-cu illərin ortalarından başlanır 
və 50-ci illərin sonlarına qədər davam edir. Bu, cəmiyyətin 
siyasi və ictimai-mədəniyyət qatında  şəxsiyyətə  pərəstişin 
formalaşdığı  mərhələdir.  Üçüncü mərhələ 50-ci illərin sonları 
60-cı illərin əvvəllərində ədəbiyyata gələn gənc nəslin fəaliyyəti 
ilə bağlanır. 


____________Milli Kitabxana____________ 
 
37
        Z.Əskərli bu qənaətdədir ki, bir əsrlik ədəbiyyatın ayrı-ayrı 
mərhələləri və yaradıcıları arasında varislik əlaqələri kəsilmir; 
həmin mərhələləri və yaradıcıları br-birinə bağlayan tellərin 
səciyyəsi, münasibətlərin məzmunu dəyişir. 
       Tehran Əlişanoğlu da XX əsr ədəbi prosesini vahid bir tam 
hesab edir və onu bir tam kimi öyrənməyi lazım bilir. T. 
Əlişanoğlu sovet dövrü ədəbiyyatının söykəndiyi sosialist 
realizmi metodunun və  cərəyanının dörd mərhələdə ehtiva 
olunduğu qənaətindədir: ilkin mərhələ, qəti normativlər dövrü, 
“potensial imkanlar” mərhələsi, apologiya. Müəllifin fikrincə, 
bu bölgü “sosializm realizminin ümumən təşəkkülü, işləməsi və 
bir dəyər kimi sona varması tarixinə tam müvafiqdir” (32. 160). 
İlkin mərhələ emprik təcrübələr dövrü hesab edilir və Oktyabr 
inqilabının dalğalarında gələn bu mərhələnin 30-cu illərin 
ortalarına qədər davam tapdığı göstərilir.  Qəti normativlər 
dövründə sosializm realizmi bədii cərəyan kimi nəinki qəti 
olaraq formalaşmış, nəzəri-estetik dərkə nail olmuş, habelə artıq 
müəyyən qədər sxemləşmişdir. Estetik hərəkət normalara doğru 
deyil, normalardan istiqamətlənir. 1950-ci illərdən başlanan 
potensial imkanlar dövrü”ndə  ədəbiyyat stixiyasına – xalq 
həyatına, varlığa, insanın gün-güzəranına qayıdır, estetik 
hərəkat artıq sosializm cərəyanının hüdudlarını döyəcləməyə, 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə