Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə10/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

____________Milli Kitabxana____________ 
 
38
onu tükətməyə doğrulur. Sosializm realizmi tədricən ədəbiyyatı 
təmin etməməyə başlamışdır. Sosializm realizminin apologiyası 
mərhələsi isə 1960-1980-ci illəri  əhatə edir. Sosializm 
realizminin nümunələri bu dövrdə  də yaranır, ideolojiyə 
güvənərək hətta eninə doğru irəliləyir də. ”Lakin sosializm 
realizminin burada payı cüzidir, olsa-olsa, “anti” məqamında, 
əks-təsir oyatmasındadır” (32. 163). 
       Sovet dövrü Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi ilə 
bağlı ayrı-ayrı  ədəbiyyatşünaslarımızın mülahizələrini sərf-
nəzər edərkən, görürük ki. 1930-cu ildən sonrakı  mərhələlər 
barədə fikirlər  əsasən bir-biri ilə  səsləşir, 30-cu ilə  qədərki 
dövrün müəyyənləşdirilməsində isə fərqli baxış bucaqları özünü 
göstərir. 
       Ədəbi prosesin formalaşması  və inkişaf mərhələlərinə 
sosial amilin təsiri inkar oluna bilməz. Lakin ədəbiyyatın tarixi 
mərhələlərini qiymətləndirərkən  ədəbi prosesin özünəməxsus 
xüsusiyyətləri, daxili qanunauyğunluqları da nəzərə alınır. 
Çağdaş 
ədəbiyyatşünaslığımız öz nəzəri-metodoloji 
meyarlarını, dəyərlərini və prinsiplərini müəyyən edərkən 
subyektiv və obyektiv amillər ortaya qoyulmuşdur. XX əsr 
ədəbiyyatını obyektiv dəyərləndirməkdə  əsas maneələr  
təfəkkürdə formalaşmış yanlış  təsəvvürlərdir. Bu təsəvvürlər 


____________Milli Kitabxana____________ 
 
39
isə, yuxarıda qeyd etdiyimiz kimi, bir çox hallarda XX əsr 
ədiblərini sosial-siyasi və  ədəbi prosesin kontekstindən ayırıb 
təftiş etmək üsulu ilə bağlıdır. 
        XX  əsr  ədəbiyyatının dövrləşdirilməsi haqqında istər 
fərqli, istərsə də üst-üstə düşən mülahizələrin hər birinin elmi-
nəzəri müddəalara söykəndiyini dəyərləndirməklə yanaşı, 
fikrimizcə, akademik B.Nəbiyev və  Ş.Salmanovun “Əsrin 
ədəbiyyatı” məqaləsində  təsbit edilən müddəalar məsələyə 
nəzəri-metodoloji aspektdən yanaşma üçün əhəmiyyətlidir. 
Onlar XX əsr  ədəbiyyat tarixini üç əsas mərhələdə  təsnif 
edirlər. “Əsrin əvvəli, 20-ci illərdən sonrakı sovet dövrü, 90-cı 
illər – milli müstəqillik mərhələləri.  Ədəbi  əsrin belə  mərhələ 
tipologoyası onun bütün tarixinə  əsaslanır; bu təsnifat  ədəbi 
əsrin tarixinin ideya-nəzəri və metodoloji prinsipi hesab edilə 
bilər”. Müəlliflər XX əsrin  ədəbi mərhələləri öyrənilərkən iki 
mərhələnin müasirlik nöqteyi-nəzərindən xüsusilə ciddi 
əhəmiyyət kəsb etdiyini vurğulayırlar. “Bunlardan biri əsrin 
başlanğıc mərhələsidir, ikincisi 20-ci illərdən sonra təşəkkül və 
inkişaf edən sovet ədəbiyyatı  mərhələsidir; bu ikinci mərhələ 
tarixi zaman etibarilə böyük və mürəkkəb bir ədəbi-tarixi 
mərhələdir.  Ədəbi  əsrin bu iki mərhələsi bütün gedişi boyu 
ədəbi-nəzəri fikrin, tənqidin aktual problemi və predmeti 


____________Milli Kitabxana____________ 
 
40
olmuşdur;  ədəbiyyatşünaslığın,  ədəbiyyat tariximizin bu 
mərhələlərin tarixini yaratmaq istiqamətində müəyyən 
təcrübəsi, tədqiqat nəticələri vardır” (77, 11). Məqalə 
müəllifləri diqqəti “Sovet ədəbiyyatı” anlayışının indi yeni 
elmi-nəzəri baxış tələb etdiyinə yönəldirlər. 
        Şübhəsiz, çağdaş  ədəbi-tarixi prosesdə bu məsələnin 
diqqətdə saxlanılması, ötən  ədəbi  əsrin mərhələləri, həmin 
mərhələlərin ictimai-sosial və  bədii-estetik səciyyəsinin 
müəyyənləşdirilməsi  ıstiqamətində aparılan araşdırmalar,  ırəli 
sürülən elmi-nəzəri mülahizələr XX əsr, xüsusilə sovet dövrü 
Azərbaycan  ədəbiyyatının konseptual baximdan yenidən 
qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir.  
          Beləliklə, XX əsr Azərbaycan  ədəbiyyatı tarixinin 
dövrləşdirilməsində üç mərhələni (1900-1920, 1920-1980 və 
90-cı illər) elmi-sosioloji baxımdan daha əsaslı hesab edərək və 
sovet dövrünü əhatə edən yetmiş illik dövrün də iki “bitkin, 
qərarlaşmış  mərhələ”dən ibarət olduğu (Y.Qarayev) fikrini 
təsdiq edərək, 30-cu illərdən başlayan yeni roman fakturası 
əsasında tədqiqatımızın araşdırmalarında həmin təsnifat (sovet 
dövrünün 20-50-ci illəri) prinsipinə söykənirik. Bununla belə, 
20-50-ci illər mərhələsini ümumi tarixi-sosioloji və  bədii-
estetik motivlər  şərtləndirsə  də, onun daxilində  də ayrı-ayrı 


____________Milli Kitabxana____________ 
 
41
zaman kəsiklərinin istər siyasi-tarixi çalarlarında, istərsə 
ideoloji təsir istiqamətlərində, istərsə  də  ədəbi-bədii 
meyarlarında müəyyən fərqlərin olduğu görünür. Bu fərqləri 
xüsusilə 20-ci illər və 30-cu illər dövrünün, yaxud 30-cu illərlə 
45-55-ci illərin müqayisəsində görmək çətin deyil. 
       Əlbəttə, ədəbi prosesin formalaşması və inkişaf mərhələləri 
sosial amildən kənar ola bilməz. Tarixi dövrləşdirmənin siyasi 
təsisatlarla bağlılığı, siyasi təsisatların və ideoloji amillərin 
bədii  ədəbiyyatda müəyyən izlər qoyduğunu da inkar edə 
bilmərik. Lakin ədəbi prosesin immanent qanunauyğunluqlarını 
nəzərə almadan onun tarixi mərhələlərini də  dəqiq 
qiymətləndirmək mümkün deyil.  
         Ədəbiyyat tarixinin, ədəbi-bədii fikrin inkişaf tarixinin 
müxtəlif mərhələ  və dövrləri təkcə tarixin ictimai-siyasi 
formasiyası, iqtisadi inkişaf istiqamətləri ilə  şərtlənmir, eyni 
zamanda yeni ədəbi məfkurələr, cərəyanlar, axınlarla bu və ya 
digər şəkildə əlaqəli olur. 
                    
                   
               


____________Milli Kitabxana____________ 
 
42
1.3. Marksist  metodologiya  axtarışları 
         
       1920-1930-cu  illərdə materialist, marksist dialektikanın 
ədəbiyyata mexaniki tətbiqi yolunda konkret addımlar atılır, 
ədəbiyyatın,  ədəbi prosesin inkişafını  tənzimləmək məqsədilə 
müxtəlif qərar və qətnamələr verilirdi. Xüsusilə “Ədəbiyyat işi 
ümumproletar işinin  şüurlu avanqardı  tərəfindən hərəkətə 
gətirilən vahid, böyük sosial-demokrat mexanizminin “təkərciyi 
və vintciyi” olmalıdır,  ədəbiyyat işi mütəşəkkil, müntəzəm, 
birləşmiş sosial-demokrat partiya işinin tərkib hissəsi olmalıdır” 
tezisinin proletar ədəbiyyatının  əsas prinsiplərindən biri hesab 
edilməsindən sonra bu sahədə  nəzəri, praktiki addımlar atılır. 
Leninin bu fikirləri vaxtilə  bədii  ədəbiyyatın ideyalılığını, 
məfkurəvi istiqamətlərini təyin edən ölçüyə, meyara 
çevrilmişdi. Sonralar partiyanın digər rəhbərləri də  həmin 
tezislərə istinad edərək  ədəbiyyata, sənətə bu amirlik 
mövqeyindən yanaşdılar. 
         Ədəbiyyatı, sənəti burjua ideoloqlarına qarşı  təbliğat 
vasitəsi kimi istifadə etmək məqsədilə  qəbul edilən partiya 
qərarları (1925, 1932, 1946-1948) bu amirlik mövqeyinin, 
ədəbiyyatı öz təbii inkişafından ayırıb partiyalı istiqamətə çəkib 
aparmağın ifadəsi idi. “Partiyanın bədii  ədəbiyyat siyasəti 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə