Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə13/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

____________Milli Kitabxana____________ 
 
51
qədər onlarla varam... Etiraf edirəm ki, Rusiya Kommunist 
Partiyasının taleyi Rusiyanın taleyindən çox az əhəmiyyətlidir. 
Mənim üçün Rusiya Kommunist Partiyası Rusiya tarixində 
yalnız bir halqadır” ( Bax: 36, 231 ). B.Pinyak “ədəbi 
qabiliyyəti zorlamağa imkan verməyən  ədəbi qanun vardır” – 
deyirdi. Onun “Qızıl ağac”  əsəri xaricdə  dərc olunur və buna 
görə  də siyasi ittihamlarla üzləşmişdir. Mərkəzdə B.Pilnyakın 
əleyhinə başlanan siyasi kampaniya yerlərdə davam etdirilir.  
       1928-ci  ildə  Ə.Cavadın Türkiyədə müsavatçı  “İstiqlal 
uğrunda” məcmuəsində  şeirləri dərc olunur. M.Quliyev dərhal 
Ə.Cavadı kəskin tənqid edir. M.Quliyev Ə.Cavadın timsalında 
pilnyakçılığı mexaniki olaraq Azərbaycana şamil edir. Beləliklə
ədəbi tənqidin daxili mühacirliyə qarşı mübarizəsi,  əsasən, 
Ə.Cavadın üzərində cəmləşir.  
       Otuzuncu  illərin  əvvəllərində  Ə.Abid, A.Musaxanlı, 
C.Əfəndizadə, M.F.Körpülüzadə, İ.Hikmət, prof. B.Çobanzadə 
və digərləri metodoloji baxımdan düzgün mövqedə 
olmadıqlarına görə hücumlara məruz qalırdılar. Onlar isə 
metodoloji cəhətdən özlərini haqlı hesab edirdilər. Xüsusilə 
B.Çobanzadəyə qarşı böyük bir kampaniya aparılır. Azərbaycan 
Proletar Yazıçıları  cəmiyyəti B.Çobanzadə metodologiyası 
haqqında 7 bəndlik qərar qəbul edir. Onun konsepsiyasının 


____________Milli Kitabxana____________ 
 
52
antimarksist xüsusiyyəti kimi bəşəriyyət tarixinin sinifli 
cəmiyyətdə mübarizəsi tarixi olduğuna dair marksist görüşünü 
qətiyyən anlamaması göstərilir və metodologiyasında 
pantürkizm tənqid edilir. A.Musaxanlı  ədəbiyyatşünaslıqda 
pantürkizm metodologiyasının, H.K.Sanılı qolçomaq şeirinin, C. 
Əfəndizadə isə antimarksist tənqidin ideoloqları kimi qələmə 
verilir. 
        Azərbaycan ədəbiyyatşünaslığında marksizm dünyagörüşü 
qabarıq şəkildə öz əksini tapa bilmədiyi üçün Ə.Nazim kimilər 
metodoloji  əyintiləri Türkiyəyə meyllikdə, “pantürkizm və 
kamalizmdə” axtarırdılar. Halbuki bunların  ədəbi zəmini yox 
idi. 
        Professor  Bəkir Çobanzadə  sənətin həyata estetik 
münasibəti probleminə özünəməxsus nöqteyi-nəzərlə yanaşırdı. 
Ona görə, hər hansı bir əsər müəllifi mövzunu həyatdan aldığı 
üçün onun yaradıcılığının həm ideya, həm də  bədii 
meyarlarından birincisi həyatilik olmalıdır.  
        O dövrdə Azərbaycan ali məktəblərində dərs demək üçün 
dəvət olunmuş ədəbiyyatşünaslar İ.Hikmət və M.F.Körpülüzadə 
öz  əsərləri və  dərslikləri ilə  ədəbi mühitdə böyük nüfuz 
qazanmışdılar.  Əlbəttə, onlardan ədəbi baxışlarında marksist 
olmağı  tələb etmək də düzgün deyildi. Iyirmi-otuzuncu illərdə 


____________Milli Kitabxana____________ 
 
53
Ə.Nazim,  Ə.Abid, H.Zeynallı  və digər  ədəbiyyatşünaslar 
M.F.Körpüzadə və İ.Hikmətin əsərlərində cidd-cəhdlə olmayan 
şeyi axtarır, onlardan marksist estetikası normalarını  tələb 
edirdilər. “Bu isə ona gətirib çıxarırdı ki, həmin kitabların əsas 
məziyyət və qüsurları aşkar edilmir, marksist metodologiyanın 
tələbləri ilə yazılan  ədəbiyyat tarixi üçün mövcud əsərlərdən 
hansı cəhətlərin əxz olunması problemi aydınlaşmır, ədəbiyyat 
tarixi yaradılması baxımından həmin  əsərlərin elmi-nəzəri 
faydası obyektiv olaraq üzə  çıxarılmırdı.  əksinə, bu tipli 
əsərlərə mexaniki münasibət yeni vulqar-sosioloji əyintilərə 
səbəb olur, ədəbiyyatşünaslıqda sol meyllər qüvvətlənir, yeni 
sapıntılar və onlarla əlaqədar predmetsiz mübahisələr intişar 
tapırdı. Beləliklə,  ədəbi həqiqətlərə gedən yollar “nəzəri” 
iddialarla daha da dolaşdırılır,  ədəbi mühitdə mürəkkəblik 
artırdı...” (106, 321). Hər halda bu gün onların Azərbaycan 
ədəbiyyatı qarşısında həm nəzəri, həm də  təcrübi baxımdan 
xidmətləri layiqincə görünür və qiymətləndirilir. 
         Ümumiyyətlə otuzuncu illərin əvvəllərinədək Azərbaycan 
Sovet  ədəbiyyatının təşəkkülündə RAPP-çıların görüşləri 
mühüm rol oynadı. Onların  əsas diqqəti  ədəbiyyatın bədii 
spesifikasına deyil, ictimai roluna, xüsusilə  bədii yaradıcılıq 
metodu və onunla əlaqədar estetik problemlərə yönəlmişdi.  


____________Milli Kitabxana____________ 
 
54
          1930-cu ildə kəndli ədəbiyyatı məsələsi də metodla bağlı 
mübahisələrin diqqət  mərkəzinə keçir. Kəndli  ədəbiyyatının 
məqsəd və vəzifələri, yaradıcılıq axtarışları, poetikası, ümumən 
proletar  ədəbi hərəkatından, mədəni inqilabdakı mövqeyi 
ətrafında mübahisələrdə dövrün fəal tənqidçiləri və 
ədəbiyyatşünasları  iştirak edirdi. Onlar kəndli  ədəbiyyatına 
proletariata nisbətən ikinci dərəcəli sinfin ədəbiyyatı kimi baxır, 
onu proletariatın sinfi iddiaları nöqteyi-nəzərindən təftiş edir və 
ən nəhayət, proletar ədəbiyyatının bir qolu olduğunu 
təsdiqləyirdilər. 
         Göründüyü  kimi,  20-30-cu  illərin nəzəri araşdırmaları 
Azərbaycan  ədəbiyyatında marksist və kommunist üslubunun 
axtarılmasına yönəlmişdi.  Ədəbiyyatşünaslar yeni ədəbiyyatın 
mövqeyini mədəni inqilab, siyasi-ideoloji prinsiplər 
kontekstində təyin etmək üçün tarıxılıklə müasirliyin marksist-
dialektik sintezinə nail olmaq uğrunda mübarizə aparırdılar. Bu 
prosesdə  ədəbiyyatın milli spesifikası  nəzərə alınmadığından, 
onlar mexaniki və vulqar-sosioloji ifratdan xilas ola bilmirdilər.  
          Otuzuncu illərdə sənətkarlar dövrün ədəbi proses və bədii 
yaradıcılıq qarşısında qoyduğu vəzifələr baxımından xalq 
həyatına yaxınlaşır, yeni dünya quruculuğunun milli-ictimai 
zəminini inqilabi mövqedən  əks etdirən bədii  əsərlərini, ilk 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə