Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə22/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

____________Milli Kitabxana____________ 
 
91
tarixini struktur əsasda deyil, xronoloji baxımdan öyrənmək 
meyli hələ də özünü göstərir.  
Janrın tarixi, poetikası, estetikası araşdırılarkən  əvvəlcə 
belə suala cavab axtarılmışdır: roman nədir?  Əsasən XIX 
əsrdən etibarən bu suala cavab vermək üçün məşhur 
ədəbiyyatşünaslar, filosoflar, yazıçı  və psixoloqlar onlarca 
formullar işləmişlər və bu gün də dəqiqləşdirmələr aparılır.  
Bəşəriyyətin bədii təfəkkürünün böyük nailiyyəti kimi 
dəyərləndirilən roman haqqında tarixən aparılan 
ümumiləşdirmələr və bu gün də davam edən elmi-nəzəri və 
bədii-estetik araşdırmalar belə bir qənaətimizi möhkəmləndirir: 
roman bəşəriyyətin həyatında yalnız möhtəşəm bədii hadisə 
deyil, həm də mühüm ictimai-tarixi hadisədir. Digər  ədəbi 
janrlardan fərqli olaraq, bəşəriyyət romanda özünü, öz 
dünyasını və ötən zamanlarını daha ətraflı və canlı görür. Həm 
də yalnız olmuşları  və olanları deyil, onların mahiyyətini, 
məntiqini və  mənasını görür, özünün düşüncələr aləmini və 
psixologiyasını görür. Görür və düşünür.  
Gəlin razılaşaq: tarixin ictimai-siyasi mərhələlərində 
XVIII-XIX  əsrlər Fransası Balzaksız, A.Dümasız, Hüqosuz, 
XVII, XIX əsr və XX əsr inqilab dövrü Rusiyası L.Tolstoysuz, 
M.Şoloxovsuz, A. Tolstoysuz, (“Hərb və sülh”, “Sakit Don”, “I 


____________Milli Kitabxana____________ 
 
92
Pyotr”, “Əzablı yollarla”), XII əsr, XVIII əsr, XIX əsrin sonları 
və XX əsrin  əvvəlləri, XX əsrin 20-ci illəri Azərbaycanı 
M.S.Ordubadisiz, Y.V.Çəmənzəminlisiz, 
İ.Şıxlısız, 
F.Kərimzadəsiz (“Qılınc və qələm”, “Dumanlı Təbriz”, “İki od 
arasında”, “Dəli Kür”, “Qarlı aşırım”) yalnız tarixi faktlarla və 
sənədlərlə necə mükəmməl və canlı görünə bilərdi? 
Diqqəti bir daha tarixən roman haqqında deyilən elmi-
ədəbi mülahizələrdən bəzi məqamlara yönəltmək istəyirik. 
Hesab edirik ki, bu, tədqiqatın məqsəd və  vəzifələrinin elmi-
nəzəri həllində müəyyən rol oynaya bilər. Yeri gəlmişkən, 
Azərbaycan  ədəbiyyatşünaslarının roman problemlərinin 
tədqiqi sahəsində    araşdırmalarında bu məsələ üzərində 
dayanmaları, əlbəttə, qiymətləndirilməlidir. 
       Roman 
məfhumuna geniş 
mənada yanaşan 
ədəbiyyatşünaslar onun köklərini qədim eposlarda, yunan və 
Roma  ədəbiyyatında, qədim Çin ədəbiyyatında, Firdovsinin 
“Şahnamə”sində, Nizaminin “Xəmsə”sindəki poemalarda və s. 
axtarırlar. Sonralar roman nəsr yaradıcılığının müstəqil janrı 
kimi F.Rablenin (“Qarqantua və Pantaqruel”), M.Servantesin 
(“Don Kixot”), XVIII əsrdə D.Defonun (“Robinzon Kruzo”), 
C.Sviftin (“Qulliverin səyahəti”)  əsərləri ilə ortaya çıxır. XIX 
əsr isə artıq mükəmməl romançılıq  əsri kimi tanınır. Bu 


____________Milli Kitabxana____________ 
 
93
romanlarda həyat həqiqətləri, realizm güclü idi. Ədəbi fikir 
romanın inkişafını  hər  şeydən  əvvəl, realizmin inkişafı ilə 
əlaqələndirir və eyni zamanda romanın çiçəklənməsinin də 
realizmin çiçəklənməsinə səbəb olduğunu təsdiq edir.  
Romanın üslub baxımından araşdırılması XIX əsrdən 
başlanılmışdır. XVII-XVIII əsrlərdə romana ayrıca, müstəqil 
poetik janr kimi münasibət bəslənilməmiş  və o, qarışıq ritorik 
janr hesab edilmişdir. Yalnız XIX əsrin ortalarından başlayaraq 
romanın janr mənasında spesifik predmeti 
müəyyənləşdirilmişdir. XVIII əsrin sonlarından romanda 
psixologizm qüvvətlənmiş, epik, lirik və dramatik meyllərin 
qovuşması əlaməti – sintetiklik təmayülü özünü göstərmişdir və 
bununla roman heç də özünün epik əsasından uzaqlaşmamışdır.  
XIX  əsrdə xüsusilə V.Belinskinin və Hegelin roman janrı 
haqqında mülahizələri romanın predmetinin estetika və 
ədəbiyyat nəzəriyyəsi tərəfindən dərkini sürətləndirmişdir.  
V.Q.Belinski  göstərirdi ki, romanın meydana gəlməsinə, 
müvəffəqiyyət qazanmasına səbəb, zəmanənin ruhu və demək 
olar ki, ümumdünya hadisələrinin cərəyanıdır, “ümumi tələbin 
nəticəsidir”. “Roman...insanlığın elə bir dövründə  əmələ 
gəlmişdir ki, bütün vətəndaşlıq, ictimai, ailə  və ümumiyyətlə, 
insani münasibətlər son dərəcə mürəkkəb  və dramatik   bir hal 


____________Milli Kitabxana____________ 
 
94
almış  və  həyat dərinlik və genişlik etibarilə son dərəcə çox 
ünsürlər halında yayılmışdır” (11, 52.). Böyük tənqidçi qeyd 
edirdi ki, müasir roman qədim eposun təkrarı deyildir və bu 
romanı heç də  həmin epos doğurmamışdır, həyatın öz zəruri 
tələbləri nəticəsində meydana gəlmişdir.  Xalqın tarixində 
poeziyanın böyük  rolunu qiymətləndirməklə yanaşı, 
V.Q.Belinski hesab edir ki, poeziya həyat həqiqətlərini bütün 
dərinliyi və rəngarəngliyi ilə verə bilmir, “həyatın dibinə” qədər 
enmir, həyat bədii yolla tədqiq edilmir, xalq isə “özünü və öz 
həyatını görmək istəyir”. Həmin tələblərə roman layiqincə 
cavab verir. “İctimai həyatla  əlaqədar alınan insanın poetik 
formasını vermək üçün romanın forması  və  şərtləri daha çox 
əlverişlidir”, “romanın bu qədər böyük müvəffəqiyyət 
qazanmasının və hakim ədəbi formaya çevrilməsinin sirri də 
bundan ibarətdir” (11, 46). 
Hegel  romanı “burjua dövrünün eposu” adlandırmış, orta 
əsrlər formasını  şərti mənada roman hesab etmişdir. Hegel və 
onun ardıcılları burjua cəmiyyəti  şəraitində  qəhrəmanlıq 
epopeyası yaratmağın mümkün olmadığını, ictimai məqsədləri 
həll etməkdə yalnız romanın aparıcı janr olduğu fikrini irəli 
sürürdülər.  İnkişafın tarixi mərhələsini janrların tipologiyası 
baxımından qiymətləndirən Hegel qeyd edirdi ki, janr 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə