Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə24/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

____________Milli Kitabxana____________ 
 
99
mülahizələri də özünə geniş yer almışdır. Bir müddət Kustanay 
vilayətinə sürgün olunan M.M.Baxtin 1937-ci ilin payızında 
sürgündən qayıdır. Lakin ona paytaxtda yaşamağa icazə 
verilmir. M.Baxtin Tver vilayətində yaşamalı olur, bir çox 
çətinliklərə baxmayaraq, yorulmadan elmi-tədqiqat işlərini 
davam etdirir. Nəhayət, 1940-1941-ci illərdə ona 
L.İ.Timofeyevin işlədiyi Ümumdünya Ədəbiyyat  İnstitutunda 
iki məruzə ilə çıxış etməyə icazə verilir.  
Məruzələrin ikisi də roman haqqında idi. “Вопросы 
литературы” jurnalı 2007-ci il 3-cü sayında həmin məruzələrlə 
əlaqədar arxiv materiallarını ilk dəfə çap etmişdir (154). 
M.M.Baxtinin 1940-ci ilin 14 oktyabrında Ümumdünya 
Ədəbiyyat  İnstitutunda oxuduğu məruzə belə adlanır: 
“Romanda söz (romanda üslubiyyət məsələlərinə dair)”. 
Müəllif belə bir müddəasını təsbit edir ki, janrların nəzəriyyəsi 
və tarixi (xüsusilə onların yarandığı və formalaşdığı dövrlərdə) 
dillərin və dil dünyagörüşlərinin taleləri ilə  qırılmaz  əlaqədə, 
onların mübarizəsi, qarşılıqlı əlaqəsi, çarpazlaşması ilə əlaqədə, 
ədəbi dillərin  əvəzlənməsi, dillərin daxili parçalanması  və 
birləşməsi (mərkəzdənqaçma və  mərkəzləşmə) proseslərində 
öyrənilməlidir. Roman çoxdilli düşüncə  məhsuludur. Roman 
dillərin, dialektlərin,  ədəbi və qeyri-ədəbi dillərin dairəsində 


____________Milli Kitabxana____________ 
 
100
yaranır. Roman dili – dillər və üslublar sistemidir, bədii 
cəhətdən təşkil olunmuş “dillər-dünyagörüşlər dialoqudur”. Dil 
(dialekt, janr, dünyagörüşü dili, nəsillərin dili və s.) roman 
qəhrəmanının obrazı ilə  qırılmaz bağlı olan bədii obraza 
çevrilir. Romanda dillərin dialoqu ritorik diskussiya deyildir, 
dillərin bədii obrazlar sistemidir və s. 
Qeyd edək ki, “Вопросы  литературы  и  эстетики” 
toplusunda M.Baxtinin “Romanda söz” adlı tədqiqatının mətni 
verilsə də, son arxiv materialları ilə həmin mətn arasında ciddi 
fərqlər vardır. M.Baxtinin “Romanda söz” adlı iki tədqiqat işi 
olmuşdur. Birincisi sürgündə olarkən – 1934-1936-cı illərdə 
yazdığı kitabdır. Ikincisi isə 1940-ci ildə etdiyi məruzədir. 
Kitab 70-ci illərdə qeyd etdiyimiz “Вопросы  литературы  и 
эстетики” toplusunda verilmişdir. Məruzə isə çap 
olunmamışdı. 
1941-ci il martın 24-də M.M.Baxtinin Ümumdünya 
Ədəbiyyat  İnstitutunda oxunan “Roman ədəbi janr kimi” 
məruzəsi də çap olunmamışdı. Sonralar onun tezisləri əsasında 
“Epos və roman” adlı  məqaləsi çapdan çıxmışdır. Həmin 
məqalədə romanı yeganə inkişafda olan və  hələ tam qəlibə 
düşməmiş janr hesab edən M.Baxtin yazırdı: “Bütün janrların 
içərisində təkcə roman yazıdan və kitabdan cavandır və təkcə o, 


____________Milli Kitabxana____________ 
 
101
qavrayış obyekti olmağa, yəni oxumağa meyllidir”. (125, 393). 
L.İ.Timofeyevin iştirakı ilə keçirilən diskussiyada roman janrı 
ilə bağlı maraqlı  çıxışlar olmuşdur və M.Baxtinin həmin 
çıxışlara münasibəti də diqqətçəkəndir.  
M.M.Baxtinin “Roman ədəbi janr kimi” məruzəsinin 
tezislərindən (154) : 
1. Romanın janr kimi nəzəriyyəsinin çətinliyi, onun 
işlənməsinin qeyri-kafi vəziyyəti onunla izah edilir ki, roman 
Avropa  ədəbiyyatında yeganə  hələ hazır olmayan, təşəkkül 
tapmayan janrdır. Romanın janr şablonu hələ  təşəkkül 
etməmişdir, onun janr sümüyü hələ  bərkiməyib və digər 
janrlarla nisbətdə  fərqli, müqayisəolunmaz plastikliyini 
saxlayır. Odur ki, təşəkkül tapan janr kimi roman nəzəriyyəsi 
digər, hazır janrların nəzəriyyəsindən fərqli olaraq, xüsusi təhlil 
metodları tələb edir.  
2. Roman təşəkküldə olan bir janr kimi, yeni dövrün ədəbi 
inkişafının önündə gedir və digər bütün janrlarla müqayisədə 
tənqidi janrdır. O, digər janrların genişlənməsinə (xüsusilə 
XVIII  əsrin ikinci yarısından) güclü təsir göstərir, onların 
gerçəkliyə münasibətinin dəyişməsinə  və özlərinə, hazır 
janrlara xas olan şərtiliyi, süniliyi, dil durğunluğunu və s. 
aradan qaldırmağa kömək edir. XIX əsr üçün ədəbiyyatın, 


____________Milli Kitabxana____________ 
 
102
demək olar, bütün janrlarında (yalnız poema və dramlar yox, 
lirikada da) “romanlaşma” prosesi xarakterik olmuşdur. 
Yarandığı vaxtdan romanın digər janrlarla qarşılıqlı münasibəti, 
yanaşı mövcudluğu sakit və qapalı olmamışdır. Bu digər 
janrlarda da özünü  göstərmişdir. 
3. Roman, təşəkkül tapan və maksimal səviyyədə plastik 
janr kimi, ədəbiyyatda realist tendensiyaların daha ardıcıl və 
qəti ifadəçisi olmuşdur. Böyük janrlar arasında roman ilk dəfə 
olaraq, müasir gerçəkliyi ciddi təsvir predmetinə çevirmişdir. 
4. Roman, təşəkkül edən janr kimi, ədəbiyyatda insan 
obrazının  əsaslı yeniləşməsini də müəyyən etmişdir. Roman 
şəraitində digər janrlar (xüsusilə epos və faciələr) üçün 
xarakterik olan insanın taledən və  vəziyyətdən asılılığı aradan 
qaldırılır.    Bu  da  insanın bütün obrazının yeniləşməsinə, bu 
obrazın sərhədlərinə  qədər dəyişməsinə  və onun gerçəkliklə 
qarşılıqlı  əlaqəsinə  gətirib çıxarır...İnsanın subyektivliyi 
obyektiv təsvirin predmetinə çevrilir. Roman, nəhayət ki
inkişaf edən insan obrazına (təşəkkül edən fəaliyyətin 
mürəkkəb və ziddiyyətli şəraitində) yüksəlir.  
Təşəkkül edən janr kimi romanın bütün – kompozisiya, 
sujet, üslubi xüsusiyyətləri tam plastikliyi ilə xarakterizə edilir 
və buna möhkəm janr əlamətləri kimi deyil, bütün ədəbiyyatın 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə