YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Red Flag – Xüsusi indikatorlar 

 

Diqqəti potensial şübhəli situasiyaya, tranzaksiyaya, yaxud situasiyaya , yaxud yönəltməli olan  



xəbərdarlıq siqnalı. 

 

Tənzimləyici orqan 

 

Yelir təsisatlar kateqoriyasına nəzarətə görə məsuliyyət daşıyan dövlət müəssisəsi. Bu orqanın,  



\ümumiyyətlə, qaydalar tərtib etmək, inspeksiyalar aparmaq, cərimə tətbiq etmək, fəaliyyətləri azaltmaq  

və bəzən də yurisdiksiyasında olan təsisatların nizamnamələrinə xitam vermək səlahiyyəti olur. Bir çox  

maliyyə tənzimləyici qurumları pulların yulmasının qarşısının alınması və aşkar edilməsində əsas rol  

oynayır. 

 

Köçürmə xidmətləri 

 

Giro house, yaxud casas de cambio kimi istinad edilən köçürmə xidmətləri bank sistemi vasitəsilə digər  



hesaba transfer etdikləri nağd pul, yaxud digər vəsaitləri alan xidmətlərdir. Bu hesab pulların son resipientə  

təhvil verildiyi xarici yurisdiksiyadakı əlaqəli şirkətə mənsub olur.  

 

Standart və Kodekslərə Riayət edilməsi haqqında hesabat (ROSC) 

 

Fiskal və maliyyə sabitliyi üçün ölkələrin beynəlxalq səviyyədə tanıdıqları standart və kodekslərə riayət  



etmə səviyyəsini icmallaşdıran BVF və Dünya Bankı tərəfindən istifadə edilən hesabat. Standartlar pul və 

maliyyə sabitliyinin şəffaflığını, fiscal şəffaflığı, bank nəzarətini, qiymətli kağızları, sığortanı, ösəniş  

sistemlərini, korporativ idarəetməni, mühasibat uçotunu, audit və ödəmə qabiliyyətinin olmaması və  

kreditorların hüquqlarını yoxlayır. 2002-ci ildən bəri ora həmçinin çirkli pulların yuyulması və terrorizmin  

maliyyələşdirilməsi ilə mübarizə standartlarının yoxlanılması da daxil edilmişdir. ROSC Ölkələrin bu  

standartlara riayət etməsini icmallaşdıran ROSC-lar üzv dövlətin xahişi ilə nəşr etdirilir. BVF və Dünya  

Bankı kreditləri nəzərdən keçirilərkən və risklərin qiymətləndirilməsi məqsədilə özəl sector üçün  

(o cümlədən reytinq agentlikləri) nəticələrdən istifadə edilir. ROSC-lar həmçinin ölkənin pulların  

yuyulması ilə əlaqəli perspektiv risklərinin müəyyən edilməsində də faydalıdır.  

 

Nüfuz riski 

 

Dəqiq olub olmamasından asılı olmayaraq maliyyə institutunun biznes təcrübələri və əlaqələri ilə bağlı  



mənfi rəyin institutun tamlığına etimadın itirilməsi potensialı. Banklar və digər maliyyə institutları nüfuz  

riskinə xüsusilə həssasdır, çünki onlar müıştərilər tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətlər üçün  

alət, yaxud qurban rolu oynaya bilərlər. Belə institutlar Müştərini Tanı və Əməkdaşını Tanı proqramları  

vasitəsilə özlərini qoruya bilərlər. 

 

Respondent Bank 

 

Digər maliyyə institutu bu bank üçün müxbir hesabı açır, saxlayır, yaxud idarə edir.   



 

 

 



 

 

 



 

 

100




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Retrospektiv ehtiyat tədbirləri  

 

Qanuniliyini aşker etmək məqsədilə mövcud müştərilər və onların hesablarının kimliyi və fəaliyyətinin  



yoxlanması. Çirkli pulların yuyulması ilə mübarizə çərçivələrini qəbul edərkən Kayman və Bahama  

adaları naliyyə institutlarından mövcud müştərilərlə bağlı eyniləşdirmə tədbirlərinin həyata keçirilməsini  

tələb etmişlər.Birləşmiş Krallıq tələbi nəzərdən keçirdi, lakin icra etmədi, bu zaman maliyyə sektorundakı  

bizneslərin iş yükünün ağır olmasına istinad etdi. ABŞ-da retrospeltiv ehtiyat tədbirləri tələb olunmur.  

 

Risk əsaslı yanaşma  

 

Pulların yuyulması ilə mübarizə proqramının effektivliyini maksimallaşdırmaq üçün müxtəlif növ  



biznesər, müştərilər, hesab və tranzaksiyalarla əlaqəli fərqli risklərin qiymətləndirilməsi.  

 

Risk Matrisası 

Maliyyə institutuna biznes, yaxud müştəri əlaqələrinin pulların yuyulması riskinin qiymətləndirilməsi  

imkanı verən sənəd, yaxud çart. Risk matrisası riskin kritik elementlərini, yaxud parametrlərini – məs,  

mənbə ölkə, yaxud gözlənilən tranzksiyaların növü – müəyyən edir ki, institutlar potensial müştərinin aşağı,  

orta, yaxud yüksək pul yuyulması riski törətdiyini hesablaya bilsinlər. Matrisa, bundan əlavə, instituta bu 

 və ya digər hesabların yaxud müştərilərin tranzaksiyalarının monitorinqinin tezliyinə dair məlumatlı  

qərarlar vermək mkanı verir. 

 

 

S  



 

Təhlükəsizlik zonası/Safe harbor 

 

Maliyyə Kəşfiyyatı Orqanına (MKO) vicdanlı şəkildə şübhələri ilə bağlı məlumat verdikdə Maliyyə  



institutlarının, onların direktorlarının, mütəxəssislərinin və əməkdaşlarının müqavilə, yaxud istənilən  

qanunvericilik, tənzimləyici, yaxud inzibati qadağalarla tətbiq edilən informasiya açıqlanması üzrə istənilən  

pozuntu halına görə cinayət və mülki öhdəlikdən hüquqi müdafiəsi (hətta əgər əsl cinayət fəaliyyətinin  

nədən ibarət olduğunu dəqiqliklə bilməsələr belə və qanunsuz fəaliyyətin əslində baş verib-verməməsindən  

asılı olmayaraq).  

 

 



Depozit qutuları 

 

Bank saxlancı daxilində təhlükəsiz qutu, müştərinin qorumaq arzusunda olduğu istənilən əşyanın, məs,  



hüquqi sənədlər, ziət əşyaları, qəpiklər, vəsiyyətnamələr və s. saxlanması üçün istifadə edilə bilər.  

Depozit qutularından cinayət vəsaitlərinin saxlanması üçün də istifadə edilə bilər. 

 

 

 



 

101



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə