YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



 

ƏEÖƏ 

 

Bax Əməkdaşlıq Etməyən Ölkələr və Ərazilərin (ƏEÖƏ) siyahısı. 

 

ƏEÖƏ meyarları 

 

FATF-ın 2000-ci ilin fevralında nəşr etdirilmiş Əməkdaşlıq Etməyən Ölkələr və Ərazilər haqqında  



Hesabatındakı meyarlar, hansı ölkələrin ƏEÖƏ kimi müəyyən etmək məqsədilə istifadə edilir. Bax  

Əməkdaşlıq Etməyən Ölkələr və Ərazilərin (ƏEÖƏ) siyahısı. 

 

Nestinq 

 

Bir xarici bankın öz tranzaksiyalarını həyata keçirmək üçün başqa xarici müxbir bank hesabından istifadəsi. 



 

Nominal hesab 

 

Bax Benami hesab. 

 

Nominal şirkət 

 

Adına olan qiymətli kağızlar və digər aktivləri başqalarının adından saxlamaq, yaxud müştərilərin adından  



nominal direktorların və/yaxud mütəxəssislər təmin  etmək məqsədilə yaraılmış korporasiya. 

 

Əməkdaşlıq Etməyən Ölkələrin və Ərazilərin (ƏEÖƏ) siyahısı  

 

1999-cu ildə Maliyyə Məsələləri üzrə İşçi Qrupu tərəfindən çirkli pulların yuyulması ilə mübarizə sahəsində  



qlobal  səylərdə əməkdaşlıq etməyən, yaxud çikrli pulların yuyulması ilə mübarizə sahəsində adekvat  

nəzarəti olmayan kimi müəyyən edilmiş ölkə və ərazilər. Bu siyahıdan axırıncı dəfə 2006-cı ilin oktyabr  

ayında ölkə adı çıxarılmışdır. 

 

Qeyri-kommersiya ticarət və biznesləri  

 

Bax Müəyyən edilmiş qeyri-maliyyə biznes və peşələri. 

 

Qeyri-hökumət təşkilatı (QHT) 

 

Birbaşa olaraq bu və ya digər ölkənin hökuməti ilə əlaqəsi olnayan beynəlxalq təşkilatlar, məs, Sərhədsiz  



Həkimlər, Beynəlxalq Qızıl Xaç. Bəzi ölkələrin QHT-lər üçün çirkli pulların yuyulması ilə mübarizə  

haqqında qaydalarında hələ də müəyyən boşluqlar var və bəziləri narahatlıq keçirilər ki, terrorçular və 

 terrorçulara rəğbət bəsləyənlət gizli şəkildə bu ylla pulları hərəkət etdirməyə çalışa bilərlər. 

 

 



 

 

 



 

 

94




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Qeyri-kommersiya təşkilatı (QKT) 

 

Yurisdiksiya və hüquqi sistemdən asılı olaraq bunların müxtəlif formaları ola bilər, o cümlədən assosiasiyalar, 



fondlar,  xeyriyyə  komitələri,  icma  xidməti  təşkilatları,    ictimai  maraqlara  xidmət  edən  korporasiyalar, 

məhdud səlahiyyətli şirkətlər və ictimai xeyriyyə institutları.  Xeyriyyə, dini, mədəni, təhsil, social, yaxud 

qardaşlıq  

məqsədlərin üçün vəsait toplayan, yaxud xərcləyən təşkilatları müdafiə etmək məqsədilə səlahiyyətli  

orqanlara kömək etmək üçün FATF təcrübələr təklif etmişdir.  

 

Nostro hesabı 

 

Nostro və vostro hesablar müxtəlif yurisdiksiyalardakı iki bank tərəfindən saxlanılan“güzgü” hesablardır,  



məqsədi bir-birinin yerli valyutasında – xüsusilə iki institut arasındakı xarici valyuta tranzaksiyalarını  

balanslaşdıran klirinq hesablarına - tranzaksiyalara rəvac verməkdən ibarətdir. Məs, Braziliyadakı Bank X  

ABŞ-dakı Bank Y-də “nostro” (hərfi tərcüməsi “bizim”) adlanan USD hesabı aça bilər;  Bank Y Braziliyada  

Bank X-də Brazilita realı ilə güzgü hesabı – “vostro” (“sənin”) açır. Maliyyə tənzimləyiciləri əsas münasibət  

daxilində çox səviyyəli hesablar olduğu təqdirdə nostro və vostro hesabları ilə bağlı münasibətlərdə  

şəffaflıqla bağlı narahatlıqlarını ifadə etmişlər.  

 

 



 

Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) 

 

ABŞ Maliyyə Nazirliyi daxilində ofis; ABŞ xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə əsasən hədəf  



xarici ölkərlə, terrorizmi maliyyələşdirən təşkilatlar, terrorçular, beynəlxalq narkotik qaçaqmalçıları və  

digərlərinə qarşı iqtisadi və ticarət samksiyalarını idarə edir və həyata keçirir. 2001-ci ilind sentyabrından 

 sonra OFAC çirkli pulların yuyulması ilə mübarizə sahəsində də əsas söz sahibinə çevrilmişdir. Ofis  

müxtəlif siyahılardan istifadə edir, o cümlədən “Xüsusi olaraq müəyyən edilmiş narkotik qaçaqmalçıları”  

və “Xüsusi olaraq müəyyən edilmiş terrorçular”, onun qaydaları ABŞ şəxslərindən, o cümlədən maliyyə  

institutlarından OFAC tərəfindən müəyyən edilmiş ölkə, müəssisə, yaxud fərdin marağının olduğu hesablar, 

 ödəniş, yaxud transferləri bloklaşdırmaq və haqqında hesabat verməyi tələb edir. OFAC-ın tələbləri  

ekstraterritorial  diapazona  malikdir,  çünki  onlar  ABŞ-dan  kənarda  yerləşən  ABŞ  şəxsləri  və 

müəssisələrindən  müvafiq  şəkildə  fəaliyyət  göstərməyi  tələb  edir.  Mənbə,  yaxud  son  məqsədindən  asılı 

olmayaraq,  ABŞ  maliyyə  institutu  OFAC  tərəfindən  müəyyən  edilmiş  müəssisə  ilə  bağlı  tranzaksiyada 

vasitəçi rolunu oynayırsa, vəsaitlər blokaşdırılmalıdır.  

 

 



 

 

 



 

 

 



 

95



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Ofşor 

 

Sərfi tərcüməsi bir kəsin ana vətənindən kənarda deməkdir – Avropa vətəndaşı üçün ABŞ “ofşor”dur. 



 Pulların yuyulması ilə bağlı leksikonda isə, bu termin aşağı vergi dərəcələri, yaxud verginin olmaması,  

yaxud ciddi bank sirri qaydaları səbəbindən xarici investisiyalar üçün münbit hesab edilən yurisdiksiyalara  

şamil edilir.  

 

Ofşor Bank 

 

Bank fəaliyyətlərini həyata keçirmək üçün lisenziyası olsa da, ofşor bank lisenziyanın bir şərti kimi yerli  



vətəndaşlarla, yaxud yerli valyutada biznes aparmaq qadağan edilir.  

 

Ofşor Maliyyə Mərkəzi (OMM) 

 

Fiziki, yaxud hüquqi baxımdan yurisdiksiyada mövcud olmaq üçün banklara, ticarət şirkətlərinə və digər  



korporativ, yaxud hüquqi şəxslərə xidmət göstərən, yaxud onları başqa şəkildə həvəsləndirən, lakin onların 

əməliyyatlarını “ofşor” , yəni yurisdiksiyadan kənar (bax Ofşor) səviyyəsində məhdudlaşdıran təsisatlar.  

ABŞ və Avropanın əsas maliyyə mərkəzlərinə yaxın olmaq üçün OMM-lər tarixən Karib dənizi hövzəsi  

ölkələrində, yaxud Aralıq dənizi adalarında yerləşmişdir.  

 

Bank Nəzarətçilərinin Ofşor Qrupu (OGBS) 

 

Yurisdiksiyalarındakı bankların nəzarətini təşviq edən və Ofşor Bank Nəzarətçiləri, Bazel Komitərinin üzv  



dövlətləti və digər bank nəzarətçiləri arasında beynəlxalq əməkdaşlığı genişləndirən təşkilat. OGBS 1980-ci 

 ildə  sıx  əlaqəsi  olan  Bank  Nəzarəti  üzrə  Bazel  Komitəsinin  təhriki  ilə  yaradılmışdır.  Sərhədlərarası 

Bankçılıq  üzrə  İşçi  Qrupu  vasitəsilə  Ofşor  qrup  Banklar  üçün  2001-ci  ildə  nəşr  edilən  Müştərinin 

Eyniləşdirmə  Tədbiri  sənədinin  hazırlanmasında  Bazel  Komitəsinə  qoşulmuşdur.  Sənəddə  Bazel 

Komitəsinin  əvvəllər  tərtib  edilmiş  sənədlərinin  prinsipləri  daha  da  gücləndirilir,  burada  Müştərini  Tanı 

(MT) standartlarının  əsas elementləri və onların icrası  haqqında daha dəqiq  təlimatlar təmin edilir. Ofşor 

Qrupunun  üzvləri  sənəddə  olan  MT  standartlarına  tam  riayər  edirlər.  İşçi  Qrup  habelə  Müştərinin 

Eyniləşdirmə  Tədbirləri  sənədinə  əlavə  kimi  Hesabın  Açılması  və  Müştərinin  İdentifikasiyasına  Ümumi 

Rəhbərlik adlı sənəd tərtib etmişdir.  

 

Omnibus Hesabı 

 

Bax Klirinq hesabı. 

 

Əməliyyat riski 

 

Qeyri-adekvat, yaxud müvəffəqiyyətsizliyə düçar olmuş daxili proseslər, insan amili, yaxud sistemlər  



səbəbindən, yaxud kənar hadisələrin nəticəsində əməliyyatlara birbaşa, yaxud dolayısı ilə itki riski.  

İctimaiyyət qəbul etsə ki, bank səmərəli şəkildə əməliyyat riskini idarə edə bilmir, bu, bankın biznesini  

dağıda, yaxud ona zərər verə bilər. 

 

 



 

 

 



 

 

 



 

 

96




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə