YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Çirkli pulların yuyulması üzrə səhnələşdirilmiş məhkəmə prosesi  

 

BMT Narkotiklər və  Cinayətkarlıqla Mübarizə  Ofisi  (UNODC) və  Amerika Dövlətlərinin Amerika daxili 



Narkotiklərdən Sui-İstifadəyə Nəzarət Komitəsi Təşkilatı tərəfindən Latın Amerikasının müxtəlif ölkələrində 

başlanılmış proqram. Proqramın məqsədi pulların yuyulmasının qarşısını almaq üçün təhqiqatçıları,  

araşdırıcıları və hakimlərini nou-hau ilə təmin etməkdən ibarətdir. O, dəqiq hadisələr ətrafında quraşdırılmış  

hallardan istifadə edir. Proqram 2002-ci ildə Ekvadorda yaradılandan bəri bir sıra səhnələşdirilmiş məhkəmə 

 prosesi həyata keçirilmişdir.  

 

Monetar alətlər  

 

Yol çekləri, dövriyə alətləri, o cümlədən personal çeklər və biznes çekləri, rəsmi bank çekləri, kassa çekləri,  



veksellər, pul baratları, qiymətli kağızlar, yaxud adsız səhmlər. Bir qayda olaraq valyuta ilə birlikdə monetar  

alətlər də bir çox ölkənin çirkli pulların yuyulması ilə mübarizə qaydalarına daxil edilmişdir və maliyyə  

institutları onlarla bağlı müştəri fəaliyyətinə dair hesabat verməli və uçot yazılarını saxlamalıdırlar.  

 

Pulların yuyulması 

 

Qanuni görüntü vermək məqsədilə qanunsuz yolla əldə edilmiş əmlak, yaxud vəsaitlərin mövcudluğunun,  



mənbəyinin, hərəkətinin, son çatdırılma yerinin, yaxud qanunsuz tətbiqinin gizlədilməsi, yaxud ört-basdır  

edilməsi. Proses üç hissədən ibarətdir: vəsaitlərin maliyyə sisteminə yerləşdiriməsi, vəsaitlərin mənbəyini

 mülkiyyətini və məkanını ört-basdır etmək üçün tranzaksiyaların şaxələndirilməsi və vəsaitlərin qanuni  

görünüşü olan holdinqlər şəklində  cəmiyyətə inteqrasiyası. Pulların yuyulmasının tərifi onun cinayət kimi  

tanındığı ölkələrdə fərqlidir.  

 

Pulların Yuyulması haqqında Hesabatlıq Mütəxəssisi (PYHM)  

 

Termin müxtəlif beynəlxalq qaydalarda işlədilir, maliyyə institutunun çirkli pulların yuyulması ilə mübarizə  



fəaliyyət və proqramına və yerli MKO-ya şübhəli tranzaksiyalar haqqında məlumat verməyə görə məsuliyyət  

daşıyan şəxsə şamil edilir.  PYHM çirkli pulların yuyulması ilə mübarizə strategiya və siyasətlərinin  

icrasında əsas şəxsdir.  

 

Pul baratı 

 

Bir qayda olaraq kiçik nominallarda (adətən Euro/USD 500-dən az) nağd olaraq əldə edilən monetar alət.  



Bu, adətən çek hesabları olmayan insanlar tərəfindən hesabları, yaxud satıcının personal çek qəbul  

etməyəcəyi hallarda alış-verişi ödəmək  üçün istifadə edilir. Pul baratlarından pulların yuyulması üçün  

istifadə edilə bilər, çünki onlar fərdin hesabı deyil, emitent institut tərəfindən istifadə edilən alətdir.   

 

Pul xidmətləri biznesi (PXB) 

 

ABŞ və digər yerlərdə pul köçürmə şirkətləri üçün istifadə edilən termin; kassa çekləri; pul baratları  



emitentləri, satıcıları və ödəyiciləri və yol çekləri; mübadilə məntəqələri və saxlanılan məbləği olan kart  

məhsulu şirkətləri. 

 

 

 



 

92



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Pul, yaxud Dəyər Transferi Xidməti  

 

Nağd pul, çek, yaxud digər monetar alətləri qəbul edən, bir məkanda dəyəri saxlaya və müvafiq məbləği  



digər məkandakı benefisiara nağd pul, yaxud digər formada kommunikasiya, mesaj, transfer, yaxud pul/ 

dəyər transferi xidmətinin aid olduğu klirinq şəbəkəsi vasitəsilə ödəyə bilən maliyyə sidməti. Belə  

xidmətlərin həyata keçirdiyi tranzaksiyalara bir , yaxud daha çox vasitəçi və üçüncü tərəfind yekun ödənişi  

cəlb edilə bilər. Pul, yaxud dəyər transferi xidməti formal olaraq fiziki, yaxud hüquqi şəxslər tərəfindən  

tənzimlənən maliyyə sistemi (məs, bank hesabları), qeyri-formal şəkildə bank olmayan kredit institutları və  

biznes müəssisələri və tənzimlənən sistemdən kənar həyata keçirilə bilər. Bəzi yurisdiksiyalarda qeyri-formal  

sistemlərə alternative köçürmə sistemləri, yaxud xəlvəti (yaxud parallel) bank sistemləri kimi istinad edilir.  

 

MONEYVAL 

 

Çirkli Pulların Yuyulması ilə Mübarizə Tədbirlərinin Qiymətləndiriməsi üzrə Avropa Şurasının  



Ekspertlərdən İbarət Komitəsi. Əvvəllər PC-R-EV adlanılan komitə Avropa Şurasının FATF üzvü olmayan 

ölkələrindəki çirkli pulların yuyulması ilə mübarizə sahəsindəki özünüqiymətləndirmə və qarşılıqlı  

qiymətləndirmələri həyata keçirmək məqsədilə 1977-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 

yaradılmışdır. MONEYVAL Avropa Şurasının Cinayət Məsələləri üzrə Avropa Komitəsinin (CDPC)  

alt-komitəsidir. 

 

Monitorinq 

 

İnstitutun çirkli pulların yuyulması ilə mübarizə proqramının elementi olan monitorinq zamanı müştəri  



fəaliyyəti qeyri-adi, yaxud şübhəli fəaliyyət, nümunələri meylləri, yaxud onların əsaslandığı, normal haldan  

kənarlaşan tranzalsiyalar yoxlanılır. Tranzaksiyalar çox vaxt proqram təminatı vasitəsilə monitorinq edilir,  

bu proqram təminatları müştərinin fəaliyyətini “normal və gözlənilən” hesab edilən sərhədlə müqayisə edir. 

 

Qarşılıqlı (investisiya) fondu  

 

Davamlı olaraq yeni səhmlər təklif edən investisiya şirkəti və tələb edildiyi təqdirdə öz kapoitalından  



istifadə etməklə digər şirkətlərin diversifikasiya edilmiş qiymətli kağızlarına yatırmaq üçün mövcud  

səhmləri geri alan investisiya şirkəti. Pullar fərdlərdən toplanılır və onların adından müxtəlif səhmlərə,  

yaxud borc portfellərinə investisiya edilir.  

 

Qarşılıqlı hüquqi yardım sazişi (QHYS) 

 

Ölkələr arasında hüquqi məsələlərdə qarşılıqlı yardıma və rəsmi araşdırmalar və təhqiqatlarda istifadə üçün  



sənədlər və şahidlərə və müvafiq ölkələrin özəl və dövlət sektorlarındakı digər hüquqi və ədliyyə  

mənbələrinə çıxışa şərait yaradan saziş.  

 

 



 

93



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə