Nəzarət Departamenti-PY/TMM Təlimi
İzahlı lüğət
Zəncir İstinad Sxemi
Bax Piramida Sxemi.
Chiti Banking
Bax Alternativ Köçürmə Sistemi.
Chop Shop Banking
Bax Alternativ Köçürmə Sistemi.
CICAD (İspanca: Comisión Interamericana para el Control del Abuso de Drogas)
Bax Amerika Ştatları Təşkilatı – Amerika daxili narkotiklərdən suu-stifadəyə nəzarət komissiyası.
Klirinq hesabı
Həmçinin “omnibus”, yaxud “konsentrasiya hesabı” adlanır. Maliyyə institutunun adından saxlanılan klirinq
hesabından, əsas
etibarilə daxili administrativ, yaxud bankdan banka tranzaksiyaları üçün istifadə
olunur, bu tranzaksiyalar zamanı vəsaitlər ilkin vəsait göndərənlər şəxsən identifikasiya edilmədən köçürülür
və birləşdirilir. ABŞ Vətəndaş Aktı müştəri tranzaksiyaları üçün belə hesablardan istifadəni qadağan edir.
Yığma – kolleksiya hesabları
Xarici ölkələrdən olan immiqrantlar bir çox kiçik məbləğli valyutanı yaşadıqları yerdə bir hesaba toplayır
və toplanılmış məbləğ vəsaitlərin mənbələri ilə bağlı sənədləşmə olmadan önların doğma vətənlərindəki
hesaba köçürülür. Asiya, yaxud Afrikadan olan müəyyən etnik qruplar pulların yuyulması üçün kolleksiya
hesablarından istifadə edə bilərlər.
Kollectiv bilgi
Müəyyən məsələ, müştəri, yaxud hesabla bağlı maliyyə institutunun direktorları, mütəxəssisləri və
əməkdaşları tərəfindən ayrı olaraq saxlanılan bilgi. Uyğunluğa görə korporativ məsuliyyət və uyğunsuzluğa
görə öhdəlik təklif etmək üçün kollektiv bilgi məfhumundan istifadə edilə bilər. Məs, maliyyə institutunun
bilgisi dedikdə, məşğulluqlarının miqyası daxilində bütün əməkdaşların bildiklərinin cəmi nəzərdə tutulur.
Belə ki, əgər Əməkdaş A müştəri informasiyasının bir tərəfini bilirsə, Əməkdaş B bunun ikinci, Əməkdaş C
isə üçüncü tərəfini bilir, institute isə müştəri informasiyasının bütün tərəflərini bilir.
Commission Rogatoire – Məhkəmə tapşırığı
Letters rogatory kimi də adlandırılan commission rogatoires – məhkəmə tapşırıqları dedikdə xarici
yurisdiksiyada sübutlar axtararkən bir ölkənin mərkəzi orqanının digər ölkənin mərkəzi orqanına hüquqi,
yaxud ədliyyə yardımı üçün göndərdiyi yazılı xahişlər nəzərdə tutulur. Həmin xahiş-məktubda, bir qayda
olaraq, xahişin təbiəti, xahiş edən ölkənin müvafiq cinayət məsuliyyətləri, xahişin edildiyi hüqiqi şərt və
axtarılan informasiya təsbit edilir.
72
Nəzarət Departamenti-PY/TMM Təlimi
İzahlı lüğət
Konsentrasiya hesabı
Bax Klirinq hesabı
Konsentrasiya riski
Konsentrasiya riski, əsas etibarilə, balans hesabatının aktivlər olan tərəfinə şamil edilir. Ümumi olaraq
istifadə edilən təcrübə kimi nəzarətçilər nəinki banklardan kredit konsentrasiyalarının müəyyən edilməsi
üçün informasiya sistemlərinin olmasını tələb edir, hətta bankın bir borcalana, yaxud aidiyyatı olan
borcalanlar qrupuna kreditlərin verilməsini məhdudlaşdıran limitlər müəyyən edirlər. Müştərilərin kim
olduğunu və onların digər müştərilərlə əlaqələrini dəqiqliklə bilmədən (Müştərini Tanı siyasətləri vasitəsilə)
bank konsentrasiya riskini ölçmək iqtidarında olmur, bu, xüsusilə də, aidiyyatı olan əks tərəflər və əlaqəli
kreditlər kontekstində müvafiqdir. Öhdəliklər tərəfində isə konsentrasiya riski maliyyələşdirmə riski,
xüsusilə də iri əmanətçilər tərəfindən vəsaitlərin erkən və qəfil çıxarılması riski ilə əlaqəlidir, bu, institutun
likvidliyinə zərər vura bilər.
Məxfilik
Müəyyən faktların, məlumat və informasiyanın ictimaiyətdən, yaxud icazəsiz baxışdan saxlanmasə. ABŞ,
Birləşmiş Krallıq və bir çox digər yurisdiksiyalarda şübhəli tranzaksiya, yaxud fəaliyyətlə bağlı hesabatlar
tərtib edilərkən məxfilik tələb olunur – institutun əməkdaşları hesabatın göndərilməsi ilə bağlı müştərini
xəbərdar edə bilməzlər. Digər kontekstdə, institut müştəri ilə bağlı informasiyanı yurisdiksiyanın bank sirri
haqqında qanunlarına zidd olaraq hüquq-mühafizə orqanlarına, yaxud maliyyə kəşfiyyatı orqanına
açıqladıqda, məxfiliyin pozulması halı baş verə bilər.
Konfiskasiya
Buraya tətbiq edilə bildiyi təqdirdə müsadirə daxildir və səlahiyyətli orqan, yaxud məhkəmə orderi ilə
vəsaitlər, yaxud digər aktivlərdən daimi məhrumetmə deməkdir. Konfiskasiya, yaxud müsadirə hüquqi,
yaxud inzibati prosedur vasitəsilə həyata keçirilir, bu zaman təsbit edilmiş vəsaitlərin, yaxud digər
aktivlərin mülkiyyəti dövlətə keçir. Bu transferdən sonra konfiskasiya, yaxud müsadirə zamanı təsibt
edilmiş vəsaitlər, yaxud digər aktivlərdə marağı olan şəxslər, yaxud müəssisələr, prinsip etibailə,
konsfiskasiya, yaxud müsadirə edilmiş aktivlərə olan bütün hüquqlarını itirir. Konfiskasiya, yaxud müsadirə
orderləri bir qayda olaraq cinayət məhkumluğuna, yaxud məhkəmə qərarına bağlanır, orada konfiskasiya,
yaxud müsadirə edilmiş əmlakın qanun pozuntusu ilə əldə edildiyi, yaxud qanunu pozmaqla istifadə üçün
nəzərdə tutulduğu müəyyən edilir. Konfiskasiya pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə
qarşı səmərəli tədbir görmək üçün istifadə edilən əsas strateji alətdir. Cinayət-çühakimə icraatı sisteminin
cinayət fəaliyyətindən əldə edilən vəsaitlərin izlənməsi, dondurulması və nəhayət müsadirə edilməsi üçün
effektiv və səmərəli şərtlərinin olması mühümdür. Bir çox hüquqi yardım müqavilələri digər yerdəki cinayət
təqibinə əsasən bir yurisdiksiyada aktivlərin müsadirəsini nəzərdə tuta bilər.
Konstruktiv (könülsüz) Trast Öhdəliyi
Əlində olan əmlakın müştəriyə deyil, başqa şəxsə olduğunu “bildiyi” hesab edilən maliyyə institutuna
himayəçilik öhdəliklərinin tətbiqi. Əgər maliyyə institutu vəsaitləri hüquqi sahibin maraqlarına zərər verə
biləcək tərzdə idarə edərsə, yaxud köçürərsə, trastın pozulması riski ilə üzləşə bilər. Vəsaitlərin cinayət
qurbanından əldə edilə bilmə və nəticədə qurbanın vəsaitlərinin, yaxud əmlakının itirilməsi ehtimalı olduğu
halda, çirkli pulların yuyulması ilə mübarizə aparan
mütəxəssislər xüsusilə ayıq-sayıq olmalıdırlar.
73