Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

52
4. Hansı bənddə sözün aid olduğu nitq hissəsi düzgün verilməmişdir?
A) onlar – əvəzlik       
B) güllük – sifət   
C) belləmək – feil
5. Hansı söz həm say, həm də feil kimi işlənə bilər? 
A) altı
B) qırx
C) əlli
Dərs 15. HEYDƏR ƏLİYEVİN KƏLAMLARI (4 saat)
Motivasiya
(anlayışın çıxarılması)
Müəllim bu xüsusiyyətlərin hansı dahiyə  aid olduğunu soruşur. Müzakirədən sonra ortaya
“Heydər Əliyev” yazılır. 
Oxu
Dərsliyin 43-44-cü səhifələrindəki mətn hissə-hissə oxunur. Heydər Əliyevin hər kəlamı ilə
bağlı müəllim şagirdlərdən bu kəlamı necə qavradıqlarını soruşur. 
Danışma
Mətn oxunub qurtardıqdan sonra dərslikdə verilmiş “Şifahi nitq” (səh. 44) rubrikasında qrup -
larla iş aparılır. 
Qrupların təqdimatından sonra iş dəftərinin 28-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər. 
Əlavə sual: – Mətndə adı çəkilən görkəmli şəxsiyyətlərdən hansı müğənnidir?
A) Məmməd Araz
B) Rəşid Behbudov
C) Bəxtiyar Vahabzadə
Dil qaydaları 
Müəllim şagirdlərin diqqətini 2-ci tapşırıqdakı cümləyə yönəldir. Sual oxunur və cavablar
dinlənilir. Şagirdlər belə qənaətə gəlirlər ki, “dahiyanə” sözü hərəkətin necə, “indi” sözü isə
hərəkətin nə zaman baş verdiyini bildirir. “Dahiyanə” sözü hərəkətlə bağlı olduğundan sifət
sayıla bilməz. 
Dərsliyin 44-cü səhifəsində verilmiş qayda mənimsədilir. 3-cü tapşırıq yerinə yetirilir.
Materialın daha dərindən mənimsənilməsi üçün iş dəftərinin 28-ci səhifəsindəki dil qaydaları
ilə bağlı tapşırıqlardan istifadə etmək olar.
Yazı
“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda inşa yazmaq tapşırılır.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş kəlamı başlıq kimi seçərək mətn
qurur.
2.2.1. Müvafiq  mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətndə rast gəldiyi dərinmənalı fikirləri
mənimsədiyini nümayiş etdirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onla -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
Sülh tərəfdarı
Vətənpərvər insan
Qüdrətli rəhbər
Gözəl natiq
Böyük siyasətçi
Nüfuzlu siyasi xadim
2
Çap üçün deyil


Müəllim bu sözlərin də Heydər Əliyevə məxsus olduğunu bildirir.
QiymətləndirməMüşahidə, qrupların təqdimatları, danışma, yazı işləri, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 16. AZƏRBAYCAN – TÜRKİYƏ (2 saat)
Motivasiya 
Müəllim Azərbaycan və Türkiyə bayraqlarının şəkillərini lövhədən asır.
Müəllim: – Sual işarəsinin yerinə Heydər Əliyevin keçən dərsdə tanış olduğunuz hansı fikrini
yaza bilərik?
Uşaqların mülahizələri dinlənilir. “Bir millət, iki dövlət” ifadəsi deyildikdən sonra həmin ifadə
sual işarəsinin yerinə yazılır. Sonra müəllim şagirdlərdən Azərbaycan və Türkiyə dövlətlərinin
tarixi əlaqələri haqqında nə bildiklərini soruşur. 
Oxu
Dərsliyin 45-ci səhifəsində verilmiş “Azərbaycan – Türkiyə” şeiri ifadəli oxunur. Həmin
səhifədə verilmiş “Söz ehtiyatı” rubrikasındakı 1-2-ci tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. “Cümhuriyyət” – respublika (ali hakimiyyət orqanları xalq tərəfindən müəyyən
müddətə seçilən dövlət idarə forması; belə idarə üsulu olan ölkə), “hilal” – aypara (təzə çıxmış bir-
iki günlük ay) mənasını verir.  “Hilal” sözünün  cavabı  tapıldıqdan sonra müəllim Venn diaqramının
köməyi ilə Azərbaycan və Türkiyə bayraqları arasında fərqli və oxşar cəhətləri şagirdlərlə birgə
araşdırır.
2-ci tapşırıq. Məntiqi ardıcıllığı “arzu” sözü tamamlaya bilər. 
Dinləmə
QANADLI SÖZLƏR
Söz də canlıdır: doğulur, yaşayır, dünyanı gəzir. Bəzi sözlər doğulan kimi uçub aləmi
dolaşır, dildən-dilə düşür. Bunlar “qanadlı sözlər”dir. Bu sözlərin başqa canlılardan bir fərqi
var: onlar heç zaman ölmür. Özü də yaşayır, onu yaradan insanı da yaşadır. Belə kəlamlar
aforizm adlanır. Aforizmlər həcmcə kiçik, mənaca dərin olur. Lap atalar sözləri kimi. Lakin
atalar sözlərinin müəllifi məlum olmur. Aforizmlər isə məşhur müdrik şəxslərin söylədikləri
maraqlı, nəsihətamiz fikirlərdir. Məsələn, müdriklərimiz vətən haqqında deyiblər:
“Vətən borclu deyildir, biz borcluyuq vətənə”. (Bəxtiyar Vahabzadə)
“Ayrılan qüvvələr birləşməlidir,
Vətən bir torpaqda yerləşməlidir”. (Səməd Vurğun)
“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim”. (Məmməd Araz)
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir.  
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni söz və terminlərin mənasını
təxmin edir, lüğət vasitəsilə dəqiqləşdirir.
2.2.1. Müvafiq  mətnləri müəyyən olun muş
tələblərə uyğun sürətli, düzgün, şüur lu,
ifadəli oxuyur.
Şeiri ifadəli və emosional şəkildə oxuyur.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
?
53
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Dinləmə mətni ilə bağlı tapşırıqlar yerinə yetirilir (iş dəftərinin 29-cu səhifəsindəki
tapşırıqlardan istifadə oluna bilər).
1. Atalar sözü ilə  aforizmin fərqli və oxşar cəhətlərini göstər.
(Venn diaqrami: atalar sözü, aforizmlər)
2. “Torpaq, uğrunda ölən varsa, vətəndir” (Midhət Camal Kuntay) kəlamını şərh et.
3. Atalar sözləri və aforizmləri mövzularına görə uyğunlaşdır. 
Atalar sözləri
Doğruya zaval yoxdur, çəksələr də min dara.     
Halva-halva deməklə ağız şirin olmaz.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
Aforizmlər
Nöqsansız dost axtaran dostsuz qalar. (H.Zərdabi) 
Həqiqətləri qorumaqdan çəkinməyin. (Atatürk)
Elm öyrənmək heç vaxt gec deyil. (İbn Sina)
Dil qaydaları
3-cü tapşırıqda verilən sözlər cümlədə işlədilir və dəftərə yazılır. Bu cür tapşırıqların kollektiv
şəkildə yerinə yetirilməsi məqsədəuyğundur. Müəllim hər sözlə bağlı şagirdlərin bir neçəsindən
qurduqları cümləni soruşur. Cümlələrdən bir neçəsi dəftərə yazılır. Bu cümlələr oxuduqları
mətnlərdən də ola bilər. Belə seçim onlarda daha düzgün cümlə qurmaq vərdişi yarada bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 17. BAYRAĞIM. ƏSGƏR MARŞI (6 saat)
Motivasiya 
(anlayışın çıxarılması)
Lövhədə aşağıda verilmiş sxem çəkilir: 
Müəllim: – Sizcə, mərkəzdəki dairədə hansı söz yazılmalıdır?
“Dövlət atributları” cavabı səsləndikdən sonra bu sözlər dairədə yazılır. Müəllim dövlət
atributları barədə şagirdlərə suallar verir. 
Cavablardan sonra müəllim şagirdlərə aşağıdakı məlumatları çatdırır: 
– Dünyada elə xalqlar, millətlər var ki, öz bayraqları, himnləri, gerbləri yoxdur, çünki onlar öz
müstəqil dövlətlərini qurmamışlar. Dövlət atributları hər bir xalqın  dövlət müstəqilliyinin rəmzidir.
Biz azərbaycanlılar xoşbəxt xalqıq ki, öz müstəqil dövlətimiz var. Bu müstəqilliyi qəhrəman oğul
və qızlarımızın qanı bahasına əldə etmişik və onu qorumağa daim hazır olmalıyıq.
Məzmun standartları
Təlim məqsədləri
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri,
habelə onlara bənzər əşya və hadisələri
adlandırır, təyinatına görə müqayisə edir.
Rast gəldiyi yeni sözlərlə həyatda gör dü -
yü əşya və hadisələr arasındakı
uyğunluğu müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Müxtəlif janrlı əsərlər arasındakı ideya
və mövzu yaxınlığını müəyyən edir.
bayraq
gerb
himn
54
2
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə