248
Osman mü
əllim Azərbaycan müəllimlərinin V qurultayının
nümay
əndələri arasında
1972-ci ild
ən 1982-ci ilə kimi O.Paşayev Gəndov kənd
orta m
əktəbində müəllimlik fəaliyyətini davam etdirib.
1982-
ci ilin iyun ayında keçirilən
seçkilərdə o, Gəndov
k
ənd sovetinə və Dəvəçi rayon Sovetinə deputat seçilib.
H
əmin dövrdən
Gəndov kənd sovetinin sədri vəzifəsində
işləməyə başlayıb. Onun bu vəzifədə işləməyi sovetliyin
G
əndov, Pirəmsən, Aygünlü, Mollakamallı, Leyti və Ərəblər
k
əndlərində su, işıq, qaz, yol və s. kimi bir sıra sosial
m
əsələlərin öz həllini tapması ilə çox-çox bağlıdır.
1982-1988-ci ill
ərdə Osman
müəllimin kənd sovetinin
s
ədri vəzifəsində işləməsi onu heç də tədris işindən və doğma
m
əktəb kollektivindən uzaq sala bilməyib. O, yenə də tez-tez
öz doğma kollektivinin yanında olub, sevimli şagirdlərinin
d
ərs məsələləri ilə yaxından maraqlanıb, onlara yardımçı olub.
1988-ci ild
ə O.Paşayev Dəvəçi kino birliyinə müdir
t
əyin olunub. 1989-cu ilə qədər o, bu vəzifədə çalışıb. Bu
m
əsul sahədə işlədiyi vaxtlarda
Osman müəllim dövlət plan
v
ə tapşırıqlarının icrasına xüsusi diqqət və səy göstərib.
249
1989-cu ild
ən müəllimlik kimi çətin və məsuliyyətli, lakin
şərəfli bir peşə yolunu davam etdirən Osman müəllim 2008-
ci il
ə kimi Gəndov kənd orta məktəbində pedaqoji fəaliyyətlə
m
əşğul olub.
O.Paşayevin müxtəlif sahələrdə uzun və səmərəli əmək
f
əaliyyəti, onun çəkdiyi zəhmət layıqıncə öz qiymətini alıb.
1982-1988-ci ill
ərdə sovetlik ərazisində bir sıra mühüm
sosial layih
ələri uğurla həyata keçirdiyinə görə
1985-ci ildə
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Əmək
igidliyin
ə görə” medalı ilə təltif edilib.
Aldığı təltifə baxmayaraq o, yoruldum sözünü dilə
g
ətirməyərək yenə əməkdə öz uğurlu yolunu davam etdirib.
Bu d
əfə də çəkilən əməyi hədər getməyib.
1986-cı ildə o,
“Əmək veteranı” medalına layiq görülüb.
O.Paşayevlə bu kitabın yazılması ilə əlaqədar
söhbət
zamanı o mənə işlədiyi dövrlərdə iş bacarığına və zəhmətinə
gör
ə təltif edildiyi bir qovluq fəxri fərman göstərdi. Bu
t
əltiflərin hamısı onun əməyinə verilən yüksək qiymətdən
x
əbər verirdi.
Burada SSRİ Dövlət Statistika Komitəsindən
(1989), Az
ərbaycan LKGİ Mərkəzi Komitəsindən (1973),
Az
ərbaycan SSR Bilik Cəmiyyətindən (1976), Respublika
Kinomatoqrafiya v
ə Mədəniyyət İşçiləri Həmkarlar İttifa-
qından (1970), Azərittifaqdan (1989), Dəvəçi rayon Partiya
Komit
əsindən (1973, 1977), Dəvəçi rayon XMŞ-dən (1975)
v
ə başqa təşkilatlardan verilən fərmanlar vardı.
Osman Paşayevin
rayonda tarix müəllimlərinin yetişmə-
sind
ə böyük əməyi olub. Pirəmsən kəndindən Əlimuxtar
Əzimov, Qələgahdan Vasif Məcidov, Gəndovdan Vahid
C
əbrayılov, Hafiz və Cavanşir Quliyev qardaşları, Aygün-
lüd
ən Cavid Əliyev və Məcid Həmidov, Quba rayonunun
İsnov Palasa kəndindən Aljir Əliyev onun istəkli yetir-
m
ələri olmaqla ADU-nun tarix fakultəsini bitiriblər.
Rayonun R
əhimli kəndindən Məmməd Kərimov isə ADU-
250
nun hüquq fakult
əsini bitirərək hakim vəzifəsinədək
yüks
əlmişdir. Məzunlardan dünyasını dəyişənlərə Allahdan
r
əhmət, sağ olanlara isə can sağlığı arzulayırıq.
Osman mü
əllimlə çoxsaylı söhbətlərim zamanı mən bu
z
əhmət adamının, fəal rayon ziyalısının, kənd ağsaqqalının,
qocaman mü
əllimin həyat fəaliyyəti ilə bir də təkrarən tanış
oldum. Qarşımdakı sənədlərə baxa-baxa, onun öz dilindən
sirin s
əsi ilə söylədiyi xatirələri eşidə-eşidə sanki
onun mənə
çox tanış və doğma olan həyat və əmək salnaməsini bir-bir
t
əzədən vərəqlədim. Belə bir yorulmaz və şərəfli insanla
t
əzədən və yaxından, hətta deyərdim dərindən tanış olduğum
üçün çox sevindim. Sanki içimd
ə ürəklərə qida verən ona
misilsiz m
əlhəm olan bir sakitlik və rahatlıq tapdım. Əsl
z
əhmətin və bu zəhmət sayəsində eldən
gələn hörmətin və
m
əhəbbətin nə olduğunu mən bir daha anladım
.
Osman Paşayev ailəlidir. Həyat yoldaşı Paşayeva-
Ağarzayeva Fəzilə ali təhsilli ingilis dili müəllimidir. Uzun
müdd
ət Gəndov kənd orta məktəbində pedaqoji işdə çalışıb,
hal-
hazırda təqaüddədir.
Osmam mü
əllim çox mehriban və səmimi, söz-söhbətinin
yerini bil
ən, əsəblərinə hakim olan, öz mənliyini,
qədir-qiymə-
tini v
ə dəyərini qoruyub saxlamağı bacaran bir ailə başçısıdır.
Çox insanlar, xüsusil
ə gənclər onun ailə təcrübəsindən
b
əhrələnə bilərlər.
Beş övladı var.
Qızı Mətanət əvvəlcə V.İ.Lenin adına APİ-nin riyaziyyat
fakult
əsinə qəbul olmuş, xəstələndiyinə görə təhsilini davam
etdir
ə bilməmişdir. Sonralar Bakı Sovet Ticarəti Texnikumu-
nun mühasibatlıq şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Şirvan - Şabran ekspedisiyasında işləmişdir. Ailəlidir, bir
övladı var.
Oğlu Oktay Gəndov kənd orta məktəbi əla qiymətlərlə
qurtarıb. M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutu-