N1(6) mart 2013
36
(əvvəli ötən saylarımızda)
Rus
çölü soyuq və səssiz, bizim çöllər kimi qüssəli
olur. Geniş və intəhasızdı, adama elə gəlir bu çöllərin
sonu yoxdu.
Bizdə çöllər səslərlə doludu, çöllərdə balaca ço-
banların, qaz otaran qızların, toy müğənnilərinin mah-
nıları dolaşır, külək bu mahnıları qabağına qatıb bütün
dünya çöllərinə, yollarına səpələyir. Rus çölü isə sükut
içində boğulur, sükut adamın qulaqlarını dəlir.
Sən torpağın səsini eşitdiyini demişdin, amma
mən sənə inanmamışdım.
Erkən yazda rus meşəsinin kənarında ağcaqayın
kötüyünün üstündə oturmuşdum, öz çöllərimizi xatır-
layırdım. Gözlərimi yumdum və inanmazsan, birdən öz
çöllərimizdə oxuyan balaca çobanın səsini eşitdim. Ay-
dınca eşidirdim, balaca çoban qəhərli səslə oxuyurdu.
Sonra azan səsi eşitdim.
Səslər başıma göydən ələnirdi.
Mən
hər şeyi başa düşdüm, bu səsləri külək qovub
buralara qədər gətirmişdi, göyün, yerin, havanın donu
açıldıqca, səslər də açılır, göydən ələnirdi.
Sonralar da darıxdımmı, yerə oturur, başımı qu-
caqlayır, gözlərimi yumur və balaca çobanların mah-
nılarına qulaq asırdım.
Evlənəndən sonra da o mahnılara qulaq asanda
arvadım heyrətlə neylədiyimi soruşdu:
- Balaca çobanların mahnısına qulaq asıram, - de-
dim.
- Burda oxuyan yoxdu axı?
- Burda yoxdu, - dedim, - bizim çöllərdə oxuyur.
- Sizin çöllərdə oxuyurlar, sən də burda eşidirsən?
- Hə, - dedim.
Arvadım hirsləndi, dedi, burdan bura məni eşit-
mir sən, dünyanın o başındakı çölünüzdə oxuyan bala-
ca çobanın mahnısını eşidirsən? Dedi, hamısı ondan-
dır ki, sizin quruca bədəniniz burdadı, ruhunuz isə o
torpaqlarda qalıb.
***
Suvarmada tətbiq elədiyim yenilikdən sonra işimiz
az olur, mən çayda çimir, çardaqda uzanıb yatıram. Ayı
isə öz dediyi kimi ana təbiətin müalicəvi üsullarından
yararlanır. Deyir, kazyol, mənim bədənim duz bağlayır,
gicirtikan terapeya ilə məşğul olmalıyam. Deyirəm, ol,
mənim
üçün fərq eləməz, amma bilmək istəyirəm, gicirti-
kan səni gəbərdəndə pulumu kimdən ala biləcəyəm. De-
yir, sən heç narahat olma, gicirtikan məni gəbərtməmiş,
mən səni gəbərdəcəyəm, sən də kimdənsə pul istəmək
kimi alçaq işlərlə məşğul olmayacaqsan.
Çayın sahilinə gedir, soyunur, bircə şortiki əynində
qalır. Cığırın qırağından bir topa gicirtikan dərib baş-
layır gicirtikanla bədənini döyəcləməyə. Sonrakı saat-
larda sahildə atılıb- düşüb mal kimi bağırır, məni ən
iyrənc, ədəbsiz söyüşlərlə söyür. Amma arada da xa-
tırladır, sən özünə alma,
sənlik bir iş yoxdu, sadəcə
ürəyim partlar söyməsəm, səni söyməklə enerjimi
boşaldıram. Indi onu söymək mənasızdı, ağrılar içində
qıvrılır, söyüş təsir eləmyəcək, amma vaxtı var, əlbəttə
mənim də enerjimi boşaltmaq üçün fürsətim olacaq.
Üç gündən sonra isə gəlib deyir, bədənimi piy
basır, qanım yağlanır, qatılaşır, zəli terapeya ilə məş-
ğul olacağam. Mən ona zəlilər onu gəbərdərsə pulu-
mu kimdən alacağımı xatırladıram, o da zəlilər onu
gəbərtməmiş mütləq fürsət tapıb məni gəbərdəcəyini
xatırlatmaqla kifayətlənir.
Başlayır
zəli ilə müalicəyə, ya da özünün dediyi
kimi terapeya ilə məşğul olmağa. Çayın sahilindəki
suyu qaraya çalan gölmədən balaca ağaca bənd elədiyi
torla xeyli zəli tutub şüşə bankaya yığır, sonra yenə
də soyunur, əynində bircə şortik qalır. Zəliləri düzür
bədəninə və fıstıq ağacının kölgəsində oturur. Zəlilər
onun qanının sorduqca şişir, qaralır, qorxunc görkəm
NƏSR
ASLAN QULİYEV
QIZILQUŞ VƏ MƏN
roman
Rüblük ädäbiyyat därgisi
37
alırlar. Ayı ara-sıra ufuldayır, amma gicirtikandan fərqli
olaraq zəlilər o qədər də ağrı vermirlər, yəni ufulda-
maqla kifayətlənir, daha qışqırıb bağırmır.
Xeyli keçəndən sonra həddən artıq şişmiş zəlilər
buraxılıb torpağa düşürlər, dişlədikləri
yerdən qan
axır. Ayı qanın üzərinə pambıq basır, zəlilər düşdükcə
də ayının bədəni qandan qızarır, pambıq qanı saxlamır.
Hirslənən ayı da pambıqları qopardıb tullayır, sığır-
quyruğu yarpaqlarını xırda-xırda doğrayıb yaraların
üzərinə basır və bu daha yaxşı effekt verir. Qan daya-
nır. Bəzi zəlilər nə qədər qan sorub şişsələr də, ayının
bədənindən qopmurlar, ayı onların üzərinə düz səpir,
yaşıl çalarlı zərif dəriləri qıcıqlanır, qıvrılır, torpağa
düşürlər.
Daha iki gün zəlilərə qanını sordurur.
Bir qədər fasilə verir və yenə də sahəyə gələndə
bu dəfə çamur terapeya ilə məşğul olacağını deyir.
Bədənimdə yel var, ağrı var, hamısını çıxartmalıyam
və başlayır çıxartmağa. Soyunub özünü şappıltı ilə ça-
yın qabağını kəsib yaratdığım gölə atır, elə bil balina
havaya qalxıb özünü okeanın sularına çırpır, su yarılır,
ətrafa sıçrayır və ayı gölün ortasında qərar tutur. Ax-
şama kimi sudan çıxmır, bədənini çay qumu və suyun
qırağındakı çamurla ovur, sonra sudan çıxıb günün al-
tında uzanır, təzədən özünü şappıltı ilə gölə çırpır.
Ayı bu terapeyedan da üç gün istifadə eləyir və
təntənə ilə deyir:
- Daha mənim heç problemim yoxdu, buz baltası
kimiyəm!
- Demək, öhdəsindən gələ bilirsən?
- Nəyin?
-
Nəyin yox, kimin.
- Kazyol, kimin? – şübhə ilə soruşur.
- Arvadının.
- Kazyol, xeyir ola, arvadımın öhdəsindən gəlib
gəlməməyimlə niyə belə maraqlanırsan?
- Necə yəni niyə, əyər gələ bilmirsənsə, öz
xidmətimi təklif eləmək istəyirəm. Mənim yardımım-
dan istifadə eləyə bilərsən.
Məni qabağına qatıb qovur, amma tuta bilmir,
söyməklə kifayətlənir.
Mən də cavabını verirəm, bu dəfə isə ən çox ba-
cısını söyürəm, nə qədər görməmişdim, tanımırdım,
ayının özü kimi bacısının da eybəcər, yastı-yapalaq
birisi olacağını güman eləyirdim, görəndən sonra isə
unuda bilmirəm, duyğularıma hakim kəsilib. Beləsini
söyməkdən, heç olmaya
sözdə də elə eləməkdən zövq
alıram.
Ayı söyməyinə ara verir, əliylə məni yaxına çağırır:
- Kazyol, bura gəl.
- Gəlmərəm.
- Qorxma, döyməyəcəyəm.
- İnanmıram, - başımı yırğalayıram.
- Söz, çırtma da vurmayacağam!
- Çırtma da vurmayacaqsan, amma kayf verdirə-
cək sən.
- Dedim axı, toxunmayacağam. Söz soruşacağam.
Ayı məndən nə soruşa bilər, özümə də maraqlı
gəlir, ayıya yaxınlaşır, amma lazım olanda qaçıb ara-
dan çıxa bilməyə kifayət eləyəcək qədər məsafə saxla-
yıram. Deyir, sən axı mənim bacımı söyməzdin, xeyir
ola, nə dilinin əzbəri oldu? Deyirəm, mən hardan bilim
sənin elə gözəl bacın olduğunu?
Mənə tərəf bir-iki addım atır, amma daha gəlmir,
hədələyib gedir.
***
Mən düşünürəm.
Qəmzə uşaqlığımı xatırladandan sonra tez-tez o
günləri xatırlayır, yaddaşımda silinməz izlər buraxmış
anları təzədən yaşayıram.
Babam ölkənin qərbindən didərgin düşənlərdən
idi, Stalin Irandan və Türkiyədən köçürülən erməniləri
yerləşdirmək üçün onları köçürtmüşdü. Babam öm-
rünün sonuna kimi o torpaqların həsrəti ilə yaşadı,
qış axşamlarında bizi başına yığar, öz torpaqların-
dan, dağlarından, yurd yerlərindən danışardı.
Öləndə
də oğlanlarına vəsiyyət elədi: “Məni dağ rayonlarının
birinə aparıb, orda dəfn eləyin. İşdir, o yerlərin adam-
ları yad birisinin qəbirstanlıqlarında dəfn edilməsinə
razı olmasalar, dağ yollarının birinin kənarında dəfn
elərsiz”. Atam razılaşmırdı, bu istidə meyiti hara apara
bilərik, deyirdi, qoxuyar. Sonrası da dağ rayonlarında
hər kəndin öz qəbirstanlığı var, kənar adamın orda dəfn
edilməsinə heç vaxt razı olmazlar. Əmilərim razılaş-
madılar, dedilər kişi yeddi oğul böyüdüb, boya-başa
çatdırıb, ev-eşik eləyib, ömründə bizdən bir xahiş
eləyib, nə deyib yerinə yetirmərik? Necə vəsiyyət
eləyibsə, elə də olacaq. Əyər orda adamlar razılaşma-
salar, nə qədər istəsələr pul verər, bir təhər razı salarıq.
Heç razılaşmazlar, atamız deyən kimi, dağ yollarının
birinin kənarında dəfn elərik.
Qadınlar
xəmir yoğurdular, sac asdılar, lavaş bişi-
rib hazırlıq gördülər.
Tayfanın kişiləri babamı maşına qoyub, üz tutdu-
lar cənub rayonlarına. Qayıdandan sonra atam danı-
şırdı ki, bizi orda yaxşı qarşıladılar, niyə gəldiyimizi
dedik, əyər razı olmasanız biz çıxıb gedəcək, atamızı
dağ yollarından birinin kənarında basdıracağıq. Bunun
üçün nə qədər lazımsa, pul da verməyə hazırıq.