Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə18/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

xüsusi prosedurlarla tənzimlənən obyektlər və ya hüquqlar və icraat 

çərçivəsində,  o  cümlədən  məcburi  auksion  satışı  çərçivəsində  satış 

halında  satın  almaqda  üstünlük  hüququnun  və  digər  üstünlük 

hüquqlarının qüvvəsi yoxdur. 

Başqasına verilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuş 

xüsusi  prosedurlarla  tənzimlənən  obyektləri  və  ya  digər  dövriyyəsi 

məhdudlaşdırılmış (mülki silah, partlayıcı və tez alışan maddələr və 

s.) və əldə edilməsi üçün xüsusi razılıq tələb edən əşyaların müvafiq 

icazəsi  olmayan  şəxslər  tərəfindən  əldə  edilməsi  üçün  üstünlük 

hüquqlarının verilməsini və yaxud AR MM-in 298.2-ci maddəsində 

nəzərdə  tutulan  girov  saxlayanın  üstünlük  hüquqlarını  istisna  edən 

qaydanı  misal  olaraq göstərmək olar. Həmin maddəyə  əsasən, əgər 

girov  qoyulmuş  əşyanın  satışından  götürülən  məbləğ  girov 

saxlayanın  tələbini  ödəmək  üçün  yetərli  deyildirsə,  o,  çatışmayan 

məbləği,  əgər  müqavilədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa, 

borclunun  başqa  əşyasından  almaq  hüququna  malikdir.  Bu  halda 

girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 

Növbəti  misalı  yenə  də  girov  və  ipoteka  hüquqları  ilə  əlaqədar 

qeyd  etmək  olar.  Belə  ki,  qanunverici  girovla  və  ipoteka  ilə  təmin 

edilmiş  öhdəlik  üzrə  girov  saxlayanın  və  ipoteka  saxlayanın 

(kreditorun),  borclunun  həmin  öhdəliyi  icra  etmədiyi  halda  girov 

qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin 

əşyanın  mənsub  olduğu  şəxsin  (girov  qoyanın  və  ipoteka  qoyanın) 

digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq hüququnu 

müəyyən  etməklə  bərabər,  girov  saxlayanın  (ipoteka  saxlayanın) 

girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək 

hüququ verən hər cür razılaşmanı etibarsız hesab edir. Üstəlik girov 

qoyulmuş əşyanın yalnız açıq hərracdan ixtisaslaşdırılmış təşkilatlar 

tərəfindən satış yolu ilə realizə edilməsi qaydası müəyyən olunur. Bu 

zaman artıq AR MM-in 693.2-ci maddəsindəki qayda tətbiq oluna- 

55 



Rüfət Göyüşov 

çaqdır.  Həmin  qaydaya  əsasən,  icraat  çərçivəsində,  o  cümlədən 

məcburi  auksion  satışı  çərçivəsində  satış  halında  satın  almaqda 

üstünlük hüququnun və digər üstünlük hüquqlarının qüvvəsi yoxdur. 

Satın  almaqda  üstünlük  hüququ  müəyyən  şəraitlə  əlaqədar 

əşyaların  xüsusiyyətindən  asılı  olaraq  məhdudlaşdırıla  bilər. 

Məsələn,  quraqlığın  təsiri  altında  məhsuldarlıq  aşağı  düşür  və  bu 

zaman  çox  işlədilən  ərzaq  məhsullarına  tələbat  artır.  Bununla 

əlaqədar,  AR  MM-in  659.4-cü  maddəsində  göstərilir  ki,  əgər  satın 

almaqda  üstünlük  hüququ  və  müqaviləyə  əsaslanan  digər  üstünlük 

hüquqları  qıt  olan  ən  zəruri  əşyalara  və  hüquqlara  aiddirsə,  onda 

maraqlı şəxslər onların etibarhğı barəsində mübahisə edə bilərlər. 

Subyektiv hüquq olaraq satın almaqda üstünlük hüququnu passiv 

hüquqlar  kateqoriyasına  aid  etmək  olar.  Çünki  normal  vəziyyətdə, 

yəni  satıcı  (mükəlləfıyyətli  şəxs)  tərəfindən  əşyanın  satışı  həyata 

keçirilməyənə  qədər  bu  hüquq  sanki  gözləmə  vəziyyətində  durur. 

Yalnız satıcı tərəfindən əşyanın üçüncü şəxsə satılması halında qeyd 

olunan  hüququn  realizəsi  prosesi  başlayır,  yəni  o  aktivləşir.  AR 

MM-in  660.1-ci  maddəsində  göstərilir  ki,  hər  hansı  obyekti  üstün 

satın  almağa  ixtiyar  verilmiş  şəxs  bu  hüququnu  satınalmaqda 

üstünlük  hüququ  üzrə  mükəlləfıyyətli  olan  şəxs  həmin  obyektin 

alqı-satqısı  barədə  hər  hansı  üçüncü  şəxslə  müqavilə  bağladıqdan 

sonra həyata keçirə bilər. 

Bu zaman belə bir əqdin bağlanması barədə məlumatın verilməsi 

vəzifəsinin  icrası  satıcının  (mükəlləfıyyətli  şəxsin)  və  ya  əşyanın 

satıldığı üçüncü şəxsin üzərindədir. Qanunvericinin tələbinə əsasən 

mükəlləfıyyətli  şəxs  üçüncü  şəxslə  bağladığı  müqavilənin 

məzmununu  üstün  satın  almağa  ixtiyar  verilmiş  şəxsə  ləngimədən 

bildirməlidir. Bu məlumatı üçüncü şəxs də verə bilər (bax. AR MM, 

mad.660.1). 

Satın almaqda üstünlük hüquqlarının həyata keçirilməsi 

56 



I fəsil. Alqı-satqı müqaviləsi 

üçün  qanunverici  ümumi  və  xüsusi  müddətlər  müəyyən  etmişdir. 

Xüsusi  müddətlər  AR  MM-in  218-ci  maddəsi  ilə  müəyyən  olunur. 

Həmin normaya görə, ümumi paylı mülkiyyət hüqu- qundakı payını 

üçüncü şəxslərə satarkən digər payçılar satılan əşyanın daşınar və ya 

daşınmaz  olmasından  asılı  olaraq  15  və  ya  45  gün  ərzində  həmin 

əşyanı əldə etmək istəmələrinə yönələn niyyətlərini bildirməlidirlər. 

Satın  almaqda  üstünlük  hüquqlarına  aid  ümumi  müddət  isə  AR 

MM-in 660.2-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, 

satın  almaqda  üstünlük  hüququ  məlumat  alındıqdan  sonra  iki  ay 

ərzində həyata keçirilə bilər. Bu müddət ərzində ixtiyarh şəxs həmin 

əmlakı  əldə  etmək  istəsə,  bu  barədə  mükəlləfıyyətli  şəxsə  ərizə  ilə 

müraciət  edir.  Ərizədən  ötrü  alqı-satqı  müqavilələri  üçün 

müəyyənləşdirilmiş forma tələb edilmir. Bundan sonra ixtiyarh şəxs 

satın  almaqda  üstünlük  hüququnu  həyata  keçirmək  üçün 

mükəlləfıyyətli şəxslə alqı-satqı müqaviləsi bağlayır. 

Əgər  ixtiyarh  şəxs  satın  almaqda  üstünlük  hüququnu  həyata 

keçirənədək  əşyaya  mülkiyyət  hüququnu  üçüncü  şəxs  arxayın  əldə 

etmişdirsə,  mükəlləfiyyətli  şəxs  barəsində  ixtiyarh  şəxsin  hüquqi 

müdafiə  vasitələri  onun  icra  etməmə  nəticəsində  zərərin  əvəzinin 

ödənilməsi tələbi ilə məhdudlaşdırılır (bax. AR MM, mad.660.4). 

1.9.

 

Faktorinq müqaviləsi 

Pul  tələbinin  güzəşti  müqabilində  maliyyələşdirmə  Azərbaycan 

mülki  hüququ  sahəsi  üçün  yeni  institutdur.  Hüquqi  təbiətinə  görə 

Roma hüququndan bizə məlum olan və artıq iki min ildir ki, mülki 

hüquq münasibətləri çərçivəsində mövcud olan və hal- hazırda bizim 

Mülki  Məcəlləmizin  9-cu  fəslinin  3-cü  paraqrafın-  da  əksini  tapan 

hüquqların və tələblərin güzəşti (sessiya) instutu- 

57 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə