Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

108

Şirin x

anım Kərimbə

yli Şadiman



 MUSTAFA KAMAL ATATÜRK 

Bir zaman yağıların eylədi işğal Vətəni,

Saldı min bir əzaba gör necə bu hal Vətəni,

Qoydu qara günlərə, etdi halbahal Vətəni,

Atdı ağrı-acıya öylə qeylü-qal Vətəni, 

Oldu millətə dirək – Mustafa Kamal Atatürk,

Böyük yurduna ürək – Mustafa Kamal Atatürk.

Yığışıb cəm olaraq diddilər Osmanlını,

Min yerə parçalayıb ütdülər Osmanlını,

Elə zənn eylədilər ötdülər Osmanlını,

Sanaraq qul sayağı etdilər Osmanlını,

Millətə oldu çıraq – Mustafa Kamal Atatürk,

Açdı tarixə varaq – Mustafa Kamal Atatürk. 

Gah rus, gah ingilis, gah da fransız gəldi,

Yurdu ram eyləməyə neçə amansız gəldi?

Dövlətə xain çıxan erməni qansız gəldi,

Yağlı kökə arayan bir çox imansız gəldi,

Xalqı xilas elədi – Mustafa Kamal Atatürk,

Millətə hür dilədi – Mustafa Kamal Atatürk.

O ki, türk dünyasının özünə Günəş oldu,

Yaralı torpağının könlünə atəş oldu,

Biçdi düşmənlərini – yerində küləş oldu,

Önündə yağıları hey tökülüb qəş oldu,

Aldı silahı ələ – Mustafa Kamal Atatürk,

Xəbəri düşdü elə – Mustafa Kamal Atatürk.

Həm Vətən, həm Bayraq dedi, atıldı savaşa,

Son qoydu ana, bacı gözündəki qanlı yaşa, 

Əymədi millətini, vermədi rəvac təlaşa,

Tökdü ərlər qanını kişi təki dağa, daşa,

Oldu millətə çıraq – Mustafa Kamal Atatürk,

Açdı tarixə varaq – Mustafa Kamal Atatürk.

O türkün namusunu qoymadı yensin ayağa,

O böyük tarixini vermədi ensin ayağa,

Döndü qaradənizin sinəsidə mayağa,

Gətirdi qüdrətiylə şan və şərəf bayrağa,

Titrətdi Avropanı – Mustafa Kamal Atatürk,

Sandı Vətəni canı – Mustafa Kamal Atatürk.

Kəsdi Xaç yürüşünün qarşısını qüdrət ilən,

Getdi düşmən önünə pələng kimi həddət ilən,

Şərəfi dünyaya düşdü elə bir vüs‘ət ilən,



109

    Y

ol gedirik

Qaldı həqqi sevənin sinəsində izzət ilən,



İslama nur çilədi – Mustafa Kamal Atatürk,

Yaraları bələdi – Mustafa Kamal Atatürk.

Döndü Çanaqqalanın döyüşü bir dastana,

Düşdü yağıların ürəyi zimistana,

Osmanlı torpağını çevirdi gülüstana,

Vermədi xəzan gələ baharında bostana,

Ərdi, türk övladına – Mustafa Kamal Atatürk, 

Çatdı Ata adına – Mustafa Kamal Atatürk.

O Fərid Sultanı da qoymadı çöksün yada,

Olmamaqçın təslim atdı özünü oda,

Dedi: - « Tək taxtına yox, bu Vətənə bir qada »,

Yetdi vaxtında igid millətinə imdada,

Elə işıq oldu – Mustafa Kamal Atatürk,

Yurda aşiq oldu – Mustafa Kamal Atatürk.

Şadiman, bu igidi vəsf eləyər zamanlar,

Onu səcdəyə gələr haqq arayan imanlar,

Gülər tarix adına, edər ona peymanlar,

Hələ hər gün doğular bu şərəfə fərmanlar…

Anadan təkdi belə – Mustafa Kamal Atatürk,

Doğmayıb ana hələ – Mustafa Kamal Atatürk !...



 

19.05.2004

 

İSTİQLALIN SORAĞI 

 

İstiqlalımızın Öndəri Məmməd Əmin 

 Rəsulzadəyə…

Azərbaycan davasıyla gəzdin ölkəbəölkə,

Hər cür ağrı-acılara dözdün ölkəbəölkə,

Pak bağrını əzablarla üzdün ölkəbəölkə,

İstiqlalı ürəyində yaşatdın, Məmməd Əmin,

Qəlbdə şanlı heykəlini ucaltdın, Məmməd Əmin.

Ey millətin fədaisi, ey başı uca öndər,

Köləliyə usyan dedin, düşdün yurddan dərbədər,

Yaratdığın cumhüriyyət sanma ki, oldu hədər,

Könlümüzün şərəf dolu havası Məmməd Əmin,

O himin ki, dilimizin duası, Məmməd Əmin.

O üç rəngli ay ulduzun başımızın üstündə,

Ucalacaq bu torpaqda heykəlin də, büstün də…

Keçdin hər cür qan-qadadan bu Vətənin üstündə!…

Mirvari ki, parlaq olar sədəflə, Məmməd Əmin,

Taprixlərə düşdü adın şərəflə, Məmməd Əmin.




110

Şirin x

anım Kərimbə

yli Şadiman

Ey taleyi məhkum olmuş Məmləkətin övladı,



Avropada aha döndü dilinin haqq fəryadı,

Sən qorudun kişiliylə o müqəddəs, pak adı,

Qürbətlərdə Vətən dedin, alışdın, Məmməd Əmin,

Bağrımızın atəşinə qarışdın Məmməd Əmin.

O qurduğun istiqlalın havası başımızda,

Çəkdiyimiz sitəmlərin ahı göz yaşımızda,

Kölə olduq, qana batdı hər zərrə daşımız da,

Öldü min bir savaşlarda bacı, qardaşımız da,

Əsirliyi dada-dada qul olduq, Məmməd Əmin, 

Selə düşmüş çay daşıtək oyulduq, Məmməd Əmin. 

Əyilmədin, qul olmadın yağılara heç zaman,

Qulpərəstlər təki, Öndər, diləmədin ah-aman,

İman əhli olanları tərk eləyərmi iman?

Ey imanı kamil başçı, yağı hiyləsi yaman,

Didərginlik fəraqına tuş oldun, Məmməd Əmin,

İstiqlalın mayağıtək faş oldun, Məmməd Əmin. 

Azərbaycan istiqbalın dünyaya e’lan etdin,

Dağıtdılar amalını, sonadək nalan etdin,

Üçrəngli pak bayrağı, himnini balan etdin,

İrmi üç ay hürr tarixin o könül qalan etdin,

Qəlbimizin səmasında Günəşsən, Məmməd Əmin,

Azadlığın ocağına atəşsən, Məmməd Əmin.

O qurduğun cumhüriyyət yenidən ucalıbdı,

Sevmədiyin köləliyə millət zəfər çalıbdı,

Başıbəlalı məmləkət öz haqqını alıbdı,

Adın, ey ulu Öndərim, tarixlərdə qalıbdı,

Ruhun azad uça bilər Vətəndə, Məmməd Əmin,

Pak olur qəlbdə hüriyyət bitəndə Məmməd Əmin.

Səni tarix yaşadacaq böyük əməllərinlə,

İstiqlal yoldaşlarınla hür qurdun əllərinlə, 

Qaldın tarix səhnəsində üsyankar illərinlə, 

Ürəyində yara açdı dərd kölə ellərinlə, 

Məzarın türk torpağında qalıbdı, Məmməd Əmin,

Ruhun ana Vətəndə yurd salıbdı, Məmməd Əmin.

Növxanıdan qanadlandın istiqlal səmasına, 

Könlümüzdə bir ocaq var o günəş təmasına,

Tuş olubdu çox diləklər taleyin əmmasına…

İlahi də imza qoyub köləliyin yasına,

Əsir olmuş torpağımız alına, Məmməd Əmin,

Şanlı Himin qul Şuşada çalına, Məmməd Əmin.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə