115
Y
ol gedirik
•
Məhəbbətin dəli pərvanəsidi,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Bu adın şöləsi-Qarabağımız,
Xarıbülbüllü – Şuşalı çağımız,
İndi əsir olalı qəlb dağımız,
Musiqi beşiyidür sorağımız,
Nətəvan ruhuna – quldu ağımız,
Şuşaya sancılmasa bayrağımız,
Əbədi yanmayacaq çırağımız,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
O böyük ziyaya izzət eləyək,
Adının eşqinə hörmət eləyək,
Nə ki, min cövrlə minnət eləyək,
Bu ulu dahini zinnət eləyək,
Ona xor baxana – lənət eləyək,
Haqqını qorumağa – qət eləyək,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
Şadiman, çəkmə belə ağrı-acı,
O böyük sənətkarın başda tacı,
Onun ilhamının Rəbbdən xəracı,
Bunu hər kimsə danır qəlbə acı,
Onun ağlındadı şeytanın ucu,
Hər iki dünyada yoxdu əlacı,
Üzeyir elimizin dahisidir,
Musiqi elmimizin dahisidir.
27.01.2008
XƏLİL RZA
Xəlil Rza! Vətənimin göylərində dolan bulud,
Xəlil Rza – tufanlara sinə gərən,
ilğımları, sazaqları üstələyən
güclü palıd!
Xəlil Rza – əzabları dəmirləşən,
düşmənləri əyilməyən qüdrətiylə
vurub sərən bahar seli!
Xəlil Rza –Vətənimin zümzüməsi –
dodağında kilidlənən susmaz dili.
Zəncirlənən azadlığın Prometeyi!
Azərbaycan anamızın udu, neyi!
116
Şirin x
anım Kərimbə
yli Şadiman
•
Xəlil Rza – o susmayan qüdrətiylə çağlayacaq!
Yağıların qan-qan deyən ürəyini
xəncər-bıçaq sözləriylə dağlayacaq!
Od yurdunun adı bizdən
özü ögey dillərini bağlayacaq!
Xəlil Rza – məmləkətin azadlığa
təşnə olan ürəyidir!
Azərbaycan torpağının ikibaşlı
əjdahaya qarşı duran dirəyidir!
Azadlığın damlasını əzizləyən,
Yolumuzdan tikanları, qanqalları
xışım-xışım təmizliyən,
Dədə Qorqud babamızdır!..
Xəlil Rza – min ildir ki, fəryad edən,
fəğan edən qəlbi qopuq
dərdli sazdır!
Xəlil Rza – min bir yerdən parçalanmış,
igidləri diri-diri xain əllə
odda yanmış,
Azərbaycan adlı diyar.
Yağıları o Koroğlu nərəsiylə başsız qoyar!
Xəlil Rza – istiqlalın özü boyda parlaq Günəş!
Yüz yetmiş il sinəmizdə zaman-zaman,
nəsil-nəsil doğan atəş!
Zəncirləri qolumuzdan qıracaqdır nərəsiylə!
Azərbaycan ölkəsini tanıdacaq kürəmizə
öz müqəddəs haqq səsiylə!..
22.11.1990
KÖÇDÜ HAQQ DÜNYASINA
ŞEİRMİZİN BƏXTİYARI
Haqq dünyasına qovuşmuş ustad
şairimiz Bəxtiyar Vahabzadəyə
Ey Vətən aşiqi-nur, türk dilə sevda eləyən,
Ey sevib millətini eşqini qida eləyən,
Ey ana südü təki könlünə nida eləyən,
Ey ölüm xəbəriylə bizə əlvida eləyən,
Getdi əldən Vətənin canı-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Bu ağır itgiyə heç gözdəki yaş bəs eləməz,
Bəbəyim dəryaya dönsə, bunu əbəs eləməz,
Təbi yoxsa sinənin, ustada həvəs eləməz,
Onun söz aləminin etdiyin hər kəs eləməz,
117
Y
ol gedirik
•
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Oxuyub kitabını sözləriylə huş etdik,
Dadaraq misrasını könlümüzə nuş etdik,
Oxşadı qəlbimizi ömrü boyu cuş etdik,
Bu böyük sənətkara hər cürə alqış etdik,
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Aparır qəbr evinə bir düşünən başı diyar,
İtirib öz dilinə, yurduna sirdaşı diyar,
Qoyacaqdı məzara böyük Vətəndaşı diyar,
Ağladır qəmi-ələm torpağı, dağ, daşı, diyar,
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Çox yazarlar gələcək, tərk edəcək dünyanı,
Bir belə şöhrəti də tutmayacaq hər yanı,
Sözü cəfəng olanın həqqi sevər xulyanı,
Salmadı kitabına, varağına riyanı!..
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Neçə il əhd elədim yetmədi ustadə dilim,
Daha gecdi yetişib getməyə o dadə, dilim,
Tutub hər beytimə yas ağlayır fəryada, dilim,
Necə gəlsin qələmim etdiyi imdadə, dilim?!
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Qələm əhli olanın könlü gedir aha sarı,
Gecə-gündüz ürəyi üz tutur Allaha sarı,
Aparır misraların sözünü sabaha sarı,
Kimi səvaba gedir, kimi də günaha sarı…
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
Şadiman bu ölümə ah ilə büryanə gəlib,
Yığışıb əhli-diyar dərdə yanə-yanə gəlib,
Bu ağır itgiyə el hüzünlə həyanə gəlib,
Döyüb qapını ölüm Əzrayıl həyanə gəlib?
Getdi əldən Vətənin cani-dili-ixtiyarı,
Köçdü haqq dünyasına şeirmizin Bəxtiyarı.
13.02.2009
Dostları ilə paylaş: |