Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə33/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   29   30   31   32   33   34   35   36   ...   154

126

Şirin x

anım Kərimbə

yli Şadiman



 



ÖZÜMÜ AXTARIRAM

ÖZÜMÜ AXTARIRAM 

Ömür əlimdə darı,

Günlərimi arıram,

Bala gül yığan arı… 

Özümü axtarıram.

Ötən günlərə varıb,

Qəlbi zamana sarıb,

Qəmin sinəsin yarıb,

Özümü axtarıram.

Bəşərin damı uca,

Hər dama da bir baca,

Özümdən qaça-qaça,

Özümü axtarıram.

Həyat sobası isti,

Ömür bacası tüstü,

Alıbdı möhnət üstü,

Özümü axtarıram.

Ağıl cana təsəlli,

Can yiyəsinə bəlli,

Tutub vaxtdan minəlli,

Özümü axtarıram.

Diləklərim havada,

Ürəyimlə davada,

Dilim haqqa duada,

Özümü axtarıram.

Şadiman doğulandan,

Ələmlə yoğrulandan,

Can qəmdə boğulandan,

Özümü axtarıram…

Özümü axtarıram… 



 

22.11.1998


127

    Y

ol gedirik

 



ULU TANRIM, NARAHATAM 

Min bəlalı sabahlarçın,

Necə deyim mən rahatam?

Dünya tutmaz günahlarçın

Ulu Tanrım, narahatam.

El içində elsiz olmuş,

Öz yurdunda dilsiz olmuş,

Cahan nahaq qanla dolmuş,

Ulu Tanrım, narahatam.

Nə qədər ki, haqq qəfəsdə,

Fitnə-fəsad min həvəsdə,

Yağlamaq hər nəfəsdə,

Ulu Tanrım, narahatam.

Nə qədər ki, yalan gülür,

Vaxt-vədəsiz bel bükülür,

Əcəlsiz də İNSAN ölür…

Ulu Tanrım, narahatam.

Cılızlaşan qeyrətlərçin,

Asiləşən millətlərçin,

Dağıdılan nemətlərçin,

Ulu Tanrım, narahatam.

Söndürülmüş ocaqlar var,

Fənd yuvası qucaqlar var,

Qan tökülmüş bucaqlar var,

Ulu Tanrım, narahatam.

Çəkilməyən dərdlərimiz,

Namərdləşən mərdlərimiz,

Keçilməyən sədlərimiz,

Ulu Tanrım, narahatam.

Tale mənə bıçaq düşüb,

Dərdi saçaq-saçaq düşüb,

Vicdan başdan qaçaq düşüb…

Ulu Tanrım, narahatam.

 

8-14.03.1990



128

Şirin x

anım Kərimbə

yli Şadiman



GƏL TƏLƏSMƏ AĞARMAĞA, SAÇLARIM 

Qocalığı duyuq salma, amandır,

Qoyma telə qarı yağa, saçlarım.

Vaxtsız düşən payız, qış da yamandır,

Gəl tələsmə ağarmağa, saçlarım. 

Bu dünyanın kədəri bol, qəmi bol,

Min havada yaxşı, yaman dəmi bol,

Qəlb dolanda gözlərimin nəmi bol,

Gəl tələsmə ağarmağa, saçlarım. 

 

Mərdlik də var, namərdlik də dünyada,



Düyünlərdən baş çıxarmır dünya da,

Ekiz olub şadlıq, kədər, xülya da,

Gəl tələsmə ağarmağa, saçlarım.

Dünya böyük düşünən çox, duyan az,

Yaman olur «mənəm », deyəndə dayaz,

Qarlı qışdan sonra gəlir bahar-yaz,

Gəl tələsmə ağarmağa, saçlarım.

Baş ağrıyır addım düz olmayanda,

Payız nədir yarpaqlar solmayanda?

Namərdlərdə vicdan, ar qalmayanda,

Gəl tələsmə ağarmağa, saçlarım.

Məhəbbətdən, sədaqətdən danışdıq,

Ucalıqçın zirvələrlə yarışdıq,

Çətin anda əğyarla da barışdıq,

Gəl tələsmə ağarmağa, saçlarım.

Biz bir olsaq dünya sevinclə gülər,

Kürəmizə nəşə, şadlıq tökülər,

Bünövrəsiz daş binadan sökülər,

Gəl tələsmə ağarmağa, saçlarım.

Qaçhaqaçda, qovhaqovda bu zaman,

Dünən gəldi, bu gün getdi il, aman!

Şirin Xanım inci tapar dəryadan…

Gəl tələsmə ağarmağa, saçlarım.

 

14.11.1987



129

    Y

ol gedirik



 



ÜRƏK, NİYƏ AĞRIYIRSAN? 

Nə dolmusan qəmlər ilə,

Köksün için dağlayırsan.

Dərdi-səri bilə-bilə,

Ürək, niyə ağrıyırsan?

Toysuz, vaysız bir günmü var?

Bir açılan düyünmü var?

Yorulmayan beyinmi var?

Ürək, niyə ağrıyırsan?

Sözə sadiq çıxan da var,

Nahaqdan ev yıxan da var,

Xain gözlə baxan da var,

Ürək, niyə ağrıyırsan?

Gülmək də var, ağlamaq da,

Dərddən qubar bağlamaq da,

Bəzən coşub-çağlamaq da,

Ürək, niyə ağrıyırsan?

Yaxşı sözün yaman olar,

Ömründə çən-duman olar,

Səadətin güman olar,

Ürək, niyə ağrıyırsan?

İş hər gün düz gətirərmi?

Namərd haqqı yetirərmi?

Mərd mərdliyin bitirərmi?

Ürək, niyə ağrıyırsan?

Çox deyərlər qara ağa,

Çox dözərlər min bir dağa,

Qəlbə leysan yağa-yağa,

Ürək, niyə ağrıyırsan?

Vaxt olar ki, tale gülər,

Sevinc açar, qəm bükülər,

Göydən yerə nur tökülər,

Ürək, niyə ağrıyırsan?

Şadimandan ibrət elə,

Onun dərdi gəlməz dilə,

Sən bunları bilə-bilə

Ürək, niyə ağrıyırsan?

 

30.07.1985 



130

Şirin x

anım Kərimbə

yli Şadiman



ADIN GƏZƏR BU ELLƏRDƏ, RÜBABƏ 



Mərhum şərqi ustası Rübabə xanım Muradovaya

Bu nə atəş, bu nə yanğı, bu nə od,

Bu nə niskil, bu nə nalə, bu nə dad,

Od qaladı bağrıma o ah, fəryad,

Səsindəki o inilti, Rübabə,

Qəlbə doldu bir gizilti, Rübabə.

Zəngulədən könlümə od hopubdu,

Hər şərqindən min yol qəlbim qopubdu,

İlham atım əngin göydə çapıbdı, 

Acıları vurmub üzə, Rübabə,

Güc gəlibdi yanan sözə, Rübabə.

Gecələrin Araz keçən uyğular,

Gündüzlərin haqsızlıqlar, qayğıılar,

Zəncirlənmiş, sərhədlənmiş duyğular,

Ürəyində tonqal çatdı, Rübabə,

Sənətini dərd yaratdı, Rübabə.

Allah verdi sənə ilahi səsi,

O bənzərsiz, o qənirsiz nəfəsi,

Çoxdan söküb o tikanlı qəfəsi,

O Koroğlu zəngulələr, Rübabə,

Min il keçsə qəm güllələr, Rübabə.

Şərqin böyük ulduzusan el bilir,

Hər ağrını dəli mizrab, tel bilir,

Təbrizinə yetmiş səsi yel bilir…

Əcəl qondu qəfil cana, Rübabə,

Ruhun uçdu Savalana, Rübabə.

Heydər baba qara örtdü başına,

Ağ buludlar güc gəldi göz yaşına,

Duman çökdü Ərdəbil dam-daşına,

Araza da qan ələndi, Rübabə,

Musiqimiz güllələndi, Rübabə.

Bəxtiyarıq, yazarımız yazardı,

Öz əliylə öz qəbrini qazardı,

Sənin şərqin «şad ölkədə» azardı…

Uçardı hey Araz üstə, Rübabə,

Ürək xəstə, könül xəstə, Rübabə.

Parçalanmış yurd ağlatdı Allahı,

Ayrılıqdan ölənlərin günahı,




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə