Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə36/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   32   33   34   35   36   37   38   39   ...   154

139

    Y

ol gedirik



ANA DÜNYASI 

Ana, səmalarım havam, dənizim,

Ey mənim yaxınım, doğmam, əzizim!

Titrək dodağınla layla çalanım,

Hətta, yuxumda da könlü alanım.

Bətində olanda duydum səsini,

O isti, o yumşaq pak nəfəsini.

Dünyaya gətirdin məni bir səhər…

Gecələr yuxuna hey qatdın zəhər!

Yatmadın sübhədək beşik başında,

Əritdin ömrünü cavan yaşında.

Titrək addımlarla yeridim bir gün,

Bu sənə həyatda oldu toy-düyün.

Soyuqdan, sazaqdan xəstələnəndə,

Azacıq alınım istilənəndə,

Ana, gözlərinə doldu qəm yaşı,

Ağrıdı könlünün qüssədən başı.

Qopdu dodağından Tanrıya dua,

Sənə nuş olmadı çörək, su, hava.

Allahdan canıma sağlıq dilədin,

Elə bil könlümə sən nur ələdin!

Vaxt olub sözündən çıxaraq, ana,

Adicə bir zəhmət vermədim cana.

Ağlım kəsməyəndə incitdim səni,

Elə yana-yana böyütdün məni!..

Arada uşaqlıq oldu bahanə,

Sənin duyğuların necə şahanə?

Hər şey arzuladın körpə balana,

Səni zəhmətlərə hər gün salana.

Qəlbinə dəydiyim anlarımda mən,

Çöküb ürəyinə yəqin duman, çən.

Sən qurban vermisən umu-küsünü,

Buludtək bir anlıq o hirisini-

Doğma övladının şirinliyinə,

Getmədin hər sözün dərinliyinə.

Mən üz döndərəndə küsüb yeməkdən,

Dilin yorulmadı, bala, deməkdən.

Üzümdən, gözümdən öpdün min kərə, 

Məni qucağından qoymadın yerə.

Oxşadın laylayla könlümü pəstdən,

Özünü günahkar göstərdin qəsdən.



 ***

Bir gün böyüyərək uçdum ocaqdan,

Ana, ayrı düşdüm o pak qucaqdan.

Həsrətlə yollara dikildi gözün,

Tutuldu buludtək qüssədən üzün.



140

Şirin x

anım Kərimbə

yli Şadiman

Yandırdı içini bala həsrəti,



Budur, analığın saf təbiəti!

İndi o qapqara tellər ağarıb,

Qocalıq palanın çiyninə sarıb.

Fəqət, saxlamısan sonalığını,

İlahi, müqəddəs analığını!

Mən sənin nazını çəkməkdən belə,

Sən mənim nazımı çəkirsən elə.

Ana, bu sevgidən dolur gözlərim,

Titrəyir ağızda, dildə sözlərim.

Çəkdiyin xiffətin bağrını deşər,

Ürəyin başında balan yerləşər.

Üstünü kəssə də qocalıq çağın,

Balayçın alışar, yanar qucağın.

Ana, yerin, göyün nurlu mələyi,

Sənə Allah verib gözəl ürəyi!

Məni ucaltmısan səcdələrinlə,

O haqdan doğulan müjdələrinlə.

qədər sağamsa, bir qulam sənə,

Çünki bu həyatı sən verdin mənə.

Məzarda olsa da bədənim əgər,

Ruhum hüzurunda hər an baş əgər.

Ana, qurban olum qocalığına,

Ey vücudu pakım ucalığına!

Ana, əzabkeşim, ey zəhmətkeşim,

Sənin ayağına səcdədir işim.

Mənə çıraq etdin baxışlarını,

Ömrünün rəngarəng naxışlarını-

Çəkdin taleyinin səhvələrinə,

Mürəkkəb həyatın lövhələrinə.

Yazıldı bəxtinin anları belə,

Bir müdriklik verdi ağaran telə.

Alıb başın üstün indi qocalıq,

Gözlərin arayır elə xoşqılıq.

Tez-tez xəstələnib üşüyür canın,

Buzlanır damarda o isti qanın.

Qanımı, canımı verərəm sənə,

Mən yatağa düşüm sənin yerinə!

Yasdığım yanında bir layla oxu,

Alsın gözlərimi şəfalı yuxu…

Qəlbə məlhəm eylə odlu nəfəsi,

Oxşasın ruhumu o ana səsi.

Yenə də bas məni isti bağrına,

Ana, qurban olum acı-ağrına.

Başım ayağına səcdəyə gələr,

Sənə fəda olub, bədənim ölər.

Ruhumsa dolaşar səmalarda hey,




141

    Y

ol gedirik

Nə yorulmaq bilər, nə edər giley.



Sənin işığının fövqündə uçar,

Sənə qovuşmaqçın haqqa yol açar…

Hər zaman can atar sənin adına,

Sən də can deyərsən öz övladına.

Ana, ürəyimdə hər dərdi-sərim,

İzin ver, qəlbimi yoluna sərim.

Dodağından qopan təsəlliləri,

Ana, o mübarək, titrək əlləri,

Qoy könlüm başına, ey səcdəgahım,

Həm Kəbəm, Nəcəfim, həm Gibləgəhım!

Göydə Tanrım, yerdə sənsən Allahım!

Başım ayağına səcdəyə gələr…

Sənə fəda olub Şadiman ölər!..

 

04.10.1998

NƏ SƏN BİLDİN, NƏ MƏN 

 Bacım Mirvariyə

Vaxtsız ağarmış saçların 

içimdən ağ cığırlar saldı.

O yaş dolu gözlərinin atəşi 

əbədi gözlərimdə qaldı.

Tufan nə vaxt başımızın 

üstünü aldı?

Gənclik də, hərarət də, 

səadət də getdi əldən,

sən bildin, nə mən.



 ***

O pənbə dodaqlarının atəşi

söndü yad nəfəsdə.

Bəxtin, taleyin, sevincin 

qaldı əbədilik qəfəsdə.

Bir zaman ömrünü bağladığın 

nakəs ayrı həvəsdə,

Acılı illərin dən-dən,

Nə sən bildin, nə mən.

 ***

Gözündə dondu səadətin yazı,

İçini, bənizini, həyatını puç etdi bu yazı.

Sındı əbədilik vüsal sazı,

Çökdü taleyinə sis, duman, çən,

Nə sən bildin, nə mən.



 ***

Gözündə kölgələndi buludlar,

Bir nankor əlində hər anın, saatın buludlar.



142

Şirin x

anım Kərimbə

yli Şadiman

Tufanlara dözmüş ümidlərin palıdlar,



Gözü yaşlı çocuqların ətəyindən tutar,

Özlərini o imisti qucağına atar,

Ağrılı səadətinlə qucaqlaşıb yatar.

Ümidsizlik içində arzular düşdü dildən,

Ağır gəldi il-ildən,

Nə sən bildin, nə mən.



 ***

Şadimanın ağrılı yollarının mərd bacısı,

Nə çox imiş taleyimizin acısı,

Ömrümüz də, illərimiz də, dillərimiz də ası.

Halını soruşanda «yaxşıyam» 

kəlməsi axdı dilindən,

Bağırın para-para, dən-dən,

Nə sən bildin, nə mən.



 

18.11.1991

 BACIM 

 

 Bacım Xaniməyə

Çətin günlərimin anası bacım…

Sən yaşca məndən kiçiksən,

acı taleyimin sorağı oldun,

Zülmətində yıxılıb durduğum 

qara bəxtimin çırağı oldun.

Bu tənha könlümə ümid beşiyi.

Amandır, əksiltmə üstümdən qayğıkeşliyi!

Ümidsiz günlərimin möhnətində boğularkən,

Qayğıkeş gözlərinin günəşiylə 

yenidən doğularkən,

əlini çəkmə üstümdən!

Vallah gözlərim acışır 

içdən qoru alışmayan tüstümdən.



 ***

Çətin günlərimin anası bacım…

Dərd hər gün döyür 

qəlbimin qapı-pəncərəsini.

Anlarım ölçə-ölçə qəmin dərəcəsini

Zaman qapımdan qaçaq düşür.

İllərim bir-bir suya həsrət 

balıqtək əlimdən sürüşür…

Mənim də bəxtimə 

gecə-gündüz qəm yemək düşür.



 ***

Çətin günlərimin anası bacım…

Hərdən əsəbi oluram 

taleyin bəd gərdişindən.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə