Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə39/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   35   36   37   38   39   40   41   42   ...   154

151

    Y

ol gedirik



 İTİRİRİK GÜNÜMÜZÜ ZƏRRƏ-ZƏRRƏ 



 ƏLİMİZDƏN

… 

İtiririk günümüzü zərrə-zərrə əlimizdən,

Ağ cığırlar salır həyat bəyaz-bəyaz telimizdən.

Lap əzəldən qol çəkib Rəbb, bu cahanda 

  

zülümmüzə,



Cümə-cümə yol gedirik üzüqara ölümmüzə…

Rahat rəva bulmadı Haqq yaşamaqçın ünvanmızı,

İki dünya arasında Allah qurur divanmızı.

Doğulandan xaliq verir necə olmaq əmrimizi,

Başımızın gücü ilə işlədirik ömrümüzü!

Kimi rahat həyatını yuxularla yatmaq sayır,

Kimi qəbir evinədək kamalına çatmaq sayır.

Kimi insan əzabıyla ürəyini çox kökləyir,

Dərdə-sərə batdıqca o, dərdi-səri köpükləyir.

Vicdanının ağrısına baxan da var, baxmayan da,

Ağrılarla ürəyini yaxan da var, yaxmayan da.

İtiririk günümüzü diləklərə yetmək üçün,

Gecə-gündüz çalışırıq nəyi isə etmək üçün.

Könlümüzün məramları selləşdikcə şirləşirik,

Özümüzə vuruluruq, içimizdə pirləşirik.

Səhvimizi ağrımıza bələyirik uşaq kimi,

Sarılırıq vaxtımıza yeddi rəngli qurşaq kimi.

Axır gedir əlimizdən saatımız bir su təki,

Özümüzə yad baxırıq, bəxtimizə asi təki.

Bizi alıb ilimizdən ovsunlayır zamanımız,

İlahinin dərgahına əl uzadır imanımız…

İçimizi zindan edən günahlardan ötüşməkçin,

Yaradanın hüzuruna mələkanə yetişməkçin,

Könlümüzdə paslaşırıq günahlardan gilə-gilə.

Axır günə kim yetir ki, qəh-qəh ilə, gülə-gülə?

Doğulannan ölənədək ağlayırıq bəxtimizə,

Tanrı əcəl toru salır bu beşgünlük təxtimizə.

Hər həyatın sonu təki insana da son yazılıb,

Can vücudun astarıdır, bədən cana don yazılıb.

Bu məramı duymayanlar dünyanı çox çaldı keçdi,

Cəhənnəmi öz əliylə o dünyayçın aldı keçdi.

 ***

İtiririk günümüzü, heç gəlməyir əlimizə,

Cümə-cümə yol gedirik, fələk yazan ölümmüzə… 

 

26.12.2002



152

Şirin x

anım Kərimbə

yli Şadiman



GECİKMƏYİN 

Bu dünyanın dərdlərini bilə-bilə,

Dərmansızın əzabların 

soyutmağa gecikməyin.

Bir xəstənin yatağanı kəsib duran,

Əzrayılı yubatmağa gecikməyin.

Ürəkləri çilik-çilik eləməyə

dəqiqə, an bəs eyləyər.

Yaman dillər, yaman gözlər o qədər ki,

Min bir tale yollarını nəhs eyləyər.

Ürəkləri ikiayaqlı şeytanlardan 

qutarmağa gecikməyin,

Hiylələri ədalətin dəryasında 

batırmağa gecikməyin.

İlahinin varlığına tapınaraq,

İblislərin kölgəsindən sapınaraq,

Yasda, vayda ağlamağa,

Toyda qəlbdən çağlamağa gecikməyin.

Lazım gəlsə el yolunda son paranı  

bölməyə də gecikməyin, 

Haqq yolunda kişi kimi 

ölməyə də gecikməyin.

Gecikməyin.



 

05.11.1992

 ÖZÜMÜ HEÇ YERDƏ TAPA BİLMİRƏM 

Hər dərdin ağrısı düşüb ürəyə,

Ağrıdan, acıdan qopa bilmirəm.

Arxanın zərbəsi dəyir kürəyə,

Ömür yollarında çapa bilmirəm.

Bəxtimin sarayı titrəyir, əsir,

Şıltaq anlarımtək elə tələsir,

Sübhün qapısını zülmətlər kəsir,

Kərpicin divara yapa bilmirəm.

Kədərim başımdan sel təki aşır,

Aşdıqca bulaqtək qaynayır, daşır,

Bu kor taleyimlə hey pıçıldaşır,

Qoyduğu qanundan sapa bilmirəm

Gecəni gündüzə qatıb gedirəm,

Bu dərdi özünə satıb gedirəm,

Ay təki, gün təki batıb gedirəm,

Özümü heç yerdə tapa bilmirəm.

 

30.03.2003



153

    Y

ol gedirik



 



ÜŞÜDÜM 

Üşüdüm gözlərin xəyanətindən,

İblis ürəklərin bəd niyyətindən,

Üşüdüm sevginin soyuqluqundan,

Sısqa baxışların donuqluqundan,

Müdrik duyğuların oyuqluqundan.



 ***

Üşüdüm yalanın qaralarından,

O haram ciblərin paralarından,

Dünyanın sağalmaz yaralarından…

Əyilməz qəddimi əydi bu ələm.

 ***

Üşüdüm, tək otaq, bir mən, bir qələm,

Əyilməz qəddimi əydi bu aləm,

Yetmədi Tanrıya, yetmədi naləm.

Zaman çıraq tutdu əyri işlərə,

Ürəklər sındıran pis vərdişlərə,

Quduzluq bəxş edən haram dişlərə.

 ***

Soyuq baxışların dönüklüyündən,

Eşqin, məhəbbətin sönüklüyündən,

Qara yalanların böyüklüyündən. 

Üşüdüm, İlahi, üşüdüm, yenə,

Yandı sitəmlərdə günahsız sinə.



 ***

Üşüdüm–tökülən nahaq qanlardan,

Yaşamaq eşqiylə solan canlardan…

Bir-birinə yağı bu insanlardan!

Sitəmləri sonsuz dünya nə yaman?

Aman istəyirəm, ey Tanrım, aman!



 ***

Üşüyə-üşüyə soldu varlığım,

Çırpındı qəfəsdə can vüqarlığım,

Qaraya büründü bəxtiyarlığım.

Dünyanın fəqanı göylərdə gülüş,

Qurtarmaq bilməyir min illər döyüş.

Əzablı vuruşda bu Şadimanın,

Tanrım bilməm niyə almayır canın?!..



 

03.12.1991

 


154

Şirin x

anım Kərimbə

yli Şadiman



QANUNSUZ DOĞULMUŞ QIZCAĞAZA 

Sənin göz yaşların 

atəşli könlümə ocaq,

Qəlbimdə oyandı 

mərhəmət hissi qucaq-qucaq.

Titrək əllərim uzanar yoluna…

Qollarım sarılar qoluna.

Yaralı köksüm sənə isti qucaq,

Ana nəvazişindən,

ata qayğısından uzaq bala,

Saldı həyatın uçurumları 

cocuq həyatını qeylü-qala!

Nə çılğıncasına hönkürtüylə 

nalə çəkdin?

Qəmini qəlbimə tökdün.

Onsuz da yaralı könlümdə 

min bir dərdi-qəm.

Ağlatdı qəlbimi 

narahat baxışlarındakı nəm.

Səni bu dünyaya atana-ölüm.

Qiyamət günü gələr, 

kəsər qapısının kəndarın zülüm.

Sil göz yaşlarını, 

dünya keşməkeşli.

Bizi anbaan izləyən həyat canavar dişli.

O kiçik vücudunu ələ al,

Özünü zamanın axarına sal.

Döyüşkən iradənlə irəliyə get,

Ən uca zirvələrə yet.

Dünya başdan-başa mübarizə,

Ölümüylə, zülmüylə qan çıxıb dizə,

Bu əzablı yolları şərəflə keçmək qalır bizə.

Ümidini qırma, 

sığınıb Allaha-

məğrurluqla, namusla get sabaha.

Anan içkiyə möhtac,

Atanın ölmüş cismində ruhu ac.

Sən isə iradəsiz qadının,

Qeyrətsiz kişinin atdığı 

səhv addımın qurbanı.

 ***

İndi sən tənha ikən, 

səni bu dünyaya atanlar hanı?

Qanunsuz doğuldun 

bir ağılsız qadının bətnindən,

Bəlkə də xəbəri olmadı 

onun heç bir dindən.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə