Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə42/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   38   39   40   41   42   43   44   45   ...   154

163

    Y

ol gedirik

Hər səhər küçədə axın başlanır,



Ağıllı ürəyi addım gəzdirir.

Bə‘zən ağlınızla həyat daşlanır,

Bircə təkanınız minin bezdirir.

Əsrin sizin ilə bir ağ günləyir,

Alqış ey yaradan, quran addımlar.

Sizin səsinizi zaman dinləyir,

Dünyanın qəlbiylə vuran addımlar.

Bütün qitələrdə kəndlər, şəhərlər,

Addımlarla vurur gününü başa.

Dünyanın ürəyi yerlər, nəhirlər,

Addımla çatıbdı bilinməz yaşa!..

Addımla çıxmışıq ulduza, aya,

Səyahət edirik bir an içində.

Onunla əriyir öncə daş-qaya,

Addımla üzülür qəlb can içində.

Ey könül, gəl seyr et bu mənzərəni,

Uğurlu, uğursuz addımlar axır.

Biri zirvə tutur, biri dərəni,

Gözlər ustadına ümidlə baxır.

Hər atılan addım dünyaya şirin,

Laylalar çalaydı həyat boyunca.

Səhvin sarsıtmaya tərkini yerin,

Rahat nəfəs alsın yer-göy doyunca.

Fəqət səhv addımlar xislətinizdən,

Torpaq nalə çəkib, dağlar yaranıb.

Hər çirkin, bəd rəftar niyyətinizdən, 

Bağrı şırımlanıb hey parçalanıb.

Addımlar ömrün ilkin təməli,

Səhvi sönən ocaq, düzü bulaqdır.

Min illər, əfsus pis, yaxşı əməli,

Tarixin evində qalaq-qalaqdır.

Addımlar saf-çürük edilir, yaman,

Pisi beyinlərdən pozulacaqdır.

Yaxşısı, yaxşısı, yaxşısı aman,

Əsrin yaddaşına yazılacaqdır.

 

15-18.02.1986



164

Şirin x

anım Kərimbə

yli Şadiman



ÇƏTİN GÜNDƏ YAMAN-YAXŞI SINANAR 

Yaxşı gündə dostlar gəlib cəm olar,

Ürəyindən dərdin, qəmin kəm olar,

Kef damağın başdan-başa dəm olar,

Düşünərsən səndən xoşbəxt yoxdu heç,

Oğulsansa bu illərdən qəmsiz keç.

Başın üstün qəfildən dərd alanda,

Ömrə neçə ələm kölgə salanda,

Pünhan-pünhan mərəz qəlbə dolanda,

De sailəm, yıxılmışam, gəl ey dost,

Yataqdayam, indi söylə mənə tost.

Yaxşı günüm onsuz mənə yaxşıdır,

Dost-tanışın yığın-yığın axşıdır,

Əsl kəsin yaman günə baxşıdır...

Onda bil ki, adamın var, elin var,

Bülbül kimi ötən tuti dilin var.

Eniş-yoxuş olmayan bir yol varmı?

Gücdən düşməz söylə bir əl, qol varmı?

Dost-düşmənsiz heç sağ varmı, sol varmı?

Çətin gündə yaman-yaxşı sınanar,

Şüurunda çox mətləblər qınanar.

Ələm səni girdabına salanda,

Bağrın-başın xəstəliklər alanda,

Tənhalıqdan qəfil gözün dolanda,

Onda gör ki, gəlib-gedən varmı heç?

Qohum, yadı onda yoxla, onda seç.

Şadimanın köksü dolu, yox aram,

Üzə gülən, sənin ilə yox aram,

Təmiz qəlbli, səni gəzim, mən aram,

Bu duyğudur, bu istəkdir, diləkdir,

Pak yolunda qurban olan ürəkdir.



 

20.07.1985. 

 

FƏLƏK 

Məni dəli edib fitnə-fəsadlar,

Ağıldan dayazlar, qəlbdən kəsadlar,

Mənsəbə, şöhrətə, pula həsadlar,

Pisliyin əlində imkandı, fələk,

Bu necə zəmanə, məkandı, fələk?




165

    Y

ol gedirik

İçimdə ağlardır saysız diləklər,



Niyə imkansıza daşdı ürəklər?

Dünyanı qiymətdən salıb kələklər, 

Dövran zalımlara sükandı, fələk, 

Bu necə zəmanə, məkandı, fələk?

Çox eldə, çox yurdda tökülür qanlar,

Vaxtsız torpaq olur növrəstə canlar,

Dünyaya beşgünlük gələn insanlar,

Özü öz qanını tökəndi, fələk,

Bu necə zəmanə məkandı, fələk? 

Məramı hiyləylə sovulanların,

Bəxti çay daşıtək ovulanların,

Öz yurd-yuvasından qovulanların,

Dərdi bir-birinə söykəndi, fələk,

Bu necə zamanə, məkandı, fələk?

Dünya başdan-başa sərhəddi, səddi,

Nalədi, fəqandı, fəryaddı, dərddi,

Qan tökən zənn edir dünyada mərddi…

Zülümün evini tikəndi, fələk,

Bu necə zəmanə, məkandı, fələk?

Maskalı iblislər dövran sulayır,

Qapının iti də qurdla ulayır,

Aslanlar tülküyə quyruq bulayır,

Dünya alqı-satqı dükandı, fələk,

Bu necə zəmanə məkandı, fələk?

Günahsız günahkar qazanda bişir,

Haqqını deyənlər ayağa düşür,

Gündə min yol qəlblə əcəl görüşür…

Bu dərdlər ölümə təkandı, fələk,

Bu necə zəmanə, məkandı, fələk?

Həyat bir iblisdir, Şadiman naşı,

Neçə min Arazdır gözünün yaşı,

Yurdum parçalanıb, sıldırım qarşı…

Sərhəd dirəkləri tikandı, fələk,

Bu necə zəmanə, məkandı, fələk?



 

08.05.1990


166

Şirin x

anım Kərimbə

yli Şadiman



 



ZƏHƏR VAR ALTINDA YAĞLI DİLLƏRİN 

Hər kəsin könlünü sanma cana yar,

Bağrının başını avarə qoyar.

Didər nizəsiylə, könlünü oyar,

Zənn etmə, içdikcə qanını, doyar,

Qorxusu çox olur əsən yellərin,

Zəhər var altında yağlı dillərin.

Üzünə güləndən qoru özünü,

Gecə alıb udar al gündüzünü,

Tufan ocağından udar közünü,

Aşikar eyləmə ürək sözünü,

Yağış aynasıdır axan sellərin,

Zəhər var altında yağlı dillərin.

Sənə can deyəndən canını həslə,

Düşmə ayağına elə həvəslə,

Zindan, zindan olur, yalnız qəfəslə!

Hiylə ciyərinə girər nəfəslə,

Hər kəsə dinlətmə könül tellərin,

Zəhər var altında yağlı dillərin.

Hər ağrı-acının qəhəri olur,

Bal verən arının zəhəri olur,

Hər gələn bəlanın bəhəri olur,

Zamanın bəd çapan kəhəri olur,

Tanrı alır bir-bir ömrün illərin,

Zəhər var altında yağlı dillərin.

Bu canın o cana yolu olmayır,

Canın gizlənməyə kolu olmayır,

Hər dolan buluddan dolu olmayır,

Günahın imzası, qolu olmayır,

Məkri və zikiri çoxdu ellərin,

Zəhər var altında yağlı dillərin.

Çoxu öz canını bağlayar haqqa,

İman qul olubdu bə‘zən nahaqqa,

Dil fəryad qoparar, bağırar haqqa,

Düzlük qiymə-qiymə, haqq şaqqa-şaqqa,

Fitnəsi mərd udur şər əməllərin,

Zəhər var altında yağlı dillərin.

İnsanın varlığı haqqın siridi,

Canı bədəninə parlaq dürüdü,

Hiyləsi, fitnəsi könül kiridi,

O da canlılardan, vallah, biridi,



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə