Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə45/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   41   42   43   44   45   46   47   48   ...   154

175

    Y

ol gedirik

Yollarını haçanadək gözləyim,



Hara çatdım elə səni izləyim,

Boşa çıxsın arzum, duyğum, hər səyim,

Səadətim, nə qədər bəs yanım mən?

Lap usandım öz-özümdən, canım mən.

İldırımı, şimşəkləri çaxdırdın,

Bu sinəmi od-alova yaxdırdın,

Şadlığımı suya verdim, axdırdın,

Adın qaldı, axdın getdin sellərdə,

Bu qəzamız dastan oldu dillərdə.

Gözləyirəm qayıdasan, gələsən,

İntizarı taleyimdən siləsən,

Hər ağrımı, acımı da biləsən,

Qollarını dolayasan boynuma,

Səadətim, od tökəsən qoynuma.

Yollarına baxmaqdan göz yorulub,

O ünvanın hər obadan sorulub,

Ürək dərddən için-için qovrulub,

Səadətim, itginliyin ağrımdır,

Əzablarda batıb qalan bağrımdır.

Nə müddətdi fərağından naçaram,

Həsrətindən öz yurdumdan qaçaram,

Sənsiz necə şadlığa yol açaram?

Dərd əlindən qolu bağlı qalmışam,

Tənhalığa yaman mehr salmışam.

Səadətim, harayıma ver haray,

Həsrətindən mən tikmişəm daş saray,

Ağır olub sənsiz mənə bu il, ay,

Minnətçinəm, aç qapını, gələrəm,

Üz-gözünə ruhumdan nur ələrəm.

 

29.07.1985. 

 

ÖMÜR 

Keçib körpəlikdən düzəldin yola,

Günlər dolandıqca düşdün min hala,

Həyat bağçasına əkilən ömür,

Ağacdan yarpaqtək tökülən ömür,

Zaman boğçasına bükülən ömür.



 

06.07.2014


176

Şirin x

anım Kərimbə

yli Şadiman



MÖHTACAM 

Bu bağrımı min bir əzab paralar,

Şirin sözə, şirin dilə möhtacam.

Qəlb evində ocaq açar yaralar,

Xoşbəxt aya, xoşbəxt ilə möhtacam.

İsmarladı tale kamı ürəkdə,

Bu halımdan zarə gəlib fələk də,

Bir kəs varmı görən məni ürəkdə? 

Harayımı sala dilə, möhtacam.

Arzuların qəsir evi uçuldu,

Min bir yerdən qəlbdə yara açıldı,

Şimşəklərdən üstümə od saçıldı,

Bir diləyim gəlməz ələ, möhtacam.

Dörd divarın sükutunda boğuldum,

Zülm üçün, ələm üçün doğuldum,

Bəxt əlində qolu bağlı bir quldum,

Bu sitəmi aləm bilə, möhtacam.

Zalım zaman qanımda dərd qaynatdı,

Tora saldı, qəfəsində oynatdı,

Pünhan-pünhan qəm göndərdi, baş qatdı,

Səadətə sevgim ilə möhtacam.

Dərdi-sərim sinəmdə qövr eyləyir,

Günüm, ayım aləmlə dövr eyləyir,

Şadimandan ürək də tövr eyləyir,

Bağrımdakı açan gülə möhtacam.



 

15.07.1991 

 NİYƏ VAXTSIZ AĞARIRSAN 

 SAÇLARIM?

Cavanlığım hələ mənim yol gedir,

Hələ ömrün yetkin çağı əldədir,

Dəli könlün nəğmələri teldədir,

Niyə vaxtsız ağarırsan, saçlarım?

Ömür gözəl, həyat gözəl, el gözəl,

Vətən gözəl, torpaq gözəl, dil gözəl,

Zil üstündə haray salan tel gözəl,

Niyə vaxtsız ağarırsan, saçlarım? 

Mən ki, hələ doymamışam həyatdan,

Dünyamızdan, kainatdan, büsatdan,



177

    Y

ol gedirik

Gəl tələsib salma məni yel atdan,



Niyə vaxtsız ağarırsan, saçlarım? 

Yer üzünün sabahları pak nurdur,

Addımımız, hər günümüz uğurdur,

Vətənimin gözlərində qürurdur,

Niyə vaxtsız ağarırsan, saçlarım? 

Ələmlərdən, kədərlərdən qaçıram,

Bəxtimizə altun bir yol açıram,

Bulud kimi üfüqlərdə uçuram,

Niyə vaxtsız ağarırsan, saçlarım?

Gözəlliyin gedir əldən. Əlacı?

Cavanlığın məhəbbətin şah tacı,

Tələsməyək, günü edir şər acı,

Niyə vaxtsız ağarırsan, saçlarım? 

Qara telə bəyaz qarlar yaraşmaz,

Sənə görə ürək mənlə barışmaz,

Həyat verən nemət dərdə qarışmaz,

Niyə vaxtsız ağarırsan, saçlarım?

Biz ki, hələ yetginliyin çağında,

Cavanlığın bir növrəstə bağında,

Sabah üçün gün ucalıq dağında,

Niyə vaxtsız ağarırsan, saçlarım? 

Ürəyimi bəxşiş bulma qəm, dərdə, 

Könlümüzü gülüş etmə namərdə,

Yaraşmayır qara telə ağ pərdə,

Niyə vaxtsız ağarırsan, saçlarım? 

Üstbəüstdən sınıq könlü əyərək,

Qocalığın qapısını döyərək,

Şadimanın xətirinə dəyərək,

Niyə vaxtsız ağarırsan, saçlarım? 

 

13.11.1987

 ACLIĞI OLAN BİR KƏSİN 

Genində aclığı olan bir kəsin,

Doydurmaq olmayır gödənin heç vaxt.

Tamahı öldürə bilməz həvəsin.

Yemək doldurmayır bədənin heç vaxt.

 

15.02.2016



178

Şirin x

anım Kərimbə

yli Şadiman



DÜNYAYA GƏLMƏK YAMAN 

Keçib-gedən illərin əzabıyla qovruldum,

Acı küləklər əsdi, ocağımda sovruldum,

Coşdu tale selləri, çay daşıtək ovuldum,

Həyatın zülümü çox, üzüldüm, Tanrım, aman,

Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.

İllər ömür yolumda bir qanadlı quş oldu,

Ürək, ağıl çarpışdı, çox qanlı döyüş oldu,

Həyat-ölüm yolunda min bir anlayış oldu,

Kəsdi cığırlarımı gözəgörünməz duman,

Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.

İçi dolu qanlı kin, çox-çox gülər üz gördüm,

Ömrün hər dolayında min bir dərə, düz gördüm,

Çox quduzu, qatili pak ciliddə «düz» gördüm,

Görənlər bunu bilir, fələyin çərxi həmən,

Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.

Ölənlərə nə var ki, ölüb borcun ödədi,

Qonubdu çiynimizə sağ ikən ölüm dərdi,

Bu həyat bağçasından gedəndə kim nə dərdi?

Hər gün iradəmizi sınağa çəkir zaman,

Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.

Əldən gedən keçmişim gələcəklə davada,

Tükdən asılı bəxtim doğulandan havada,

Dünən sənə can deyən bu gün özgə havada,

Əsəblərim tarımda, sanki köklənmiş kaman,

Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.

Şirin xanım, həyatın köhlənində çox çapdın,

Getdi ömrünün çoxu, eyvah, özünü tapdın?

Acı-şirin taleyin yoluna ümid yapdın,

Bağırıma tuşlanan dərd – rəhm bilməz ox, kaman,

Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.



 

10.04.1992 

 

 SƏNDƏN ÖTRÜ 

Səndən ötrü dünyamız gözəlləşir, ey insan,

Mirvari şəlalələr zirvələrdən tökülür,

Bəxtəvər təbiətlə can dilləşir, ey insan,

Viranə ələmlərin bağrı-başı sökülür.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə