Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə29/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   25   26   27   28   29   30   31   32   ...   154

111

    Y

ol gedirik

Bu Şadiman, ey Öndərim, istiqlala can deyir,



Öz qanını azadlığın yolunda qurban deyir,

Sənə arxa çevirənə savaş deyir, qan deyir!

Yumruq boyda ürəyinə haqq yolunda yan deyir!

Bayrağımın, himinimin çırağı, Məmməd Əmin,

İstiqlalın on səkkizdən sorağı, Məmməd Əmin! 

 

21.01.2002 

 EL Çİ BƏY 

Və tən aşi qi Əbül fəz El çi bə yə

Can dan ar tıq sev din yur du, və tə ni,

Ka ma çat dın is tiq la la ye tə ni,

Fə lək nə tez ruh suz qoy du o tə ni?

Hə ya tı nı haq qa ver din, El çi bəy,

Bu tor pa ğa sən ki, ər din, El çi bəy.

Ürə yin də və tən eş qi gur la dı,

Ocaq ol du, atəş ol du qor la dı,

Mil lət ne cə unu dar o pak adı?

Sən ki, və tən da şı idin, El çi bəy.

Ürə yi nin ba şı idin, El çi bəy.

Kim gör mə di fə lək tar pa- ta pı nı? 

Vaxtsız ölüm nə tez döy dü qa pı nı?

Qır dı qə fil öm rün ta le sa pı nı!...

Bu get mə yin zü lüm ol du, El çi bəy.

Bu nə müd hiş ölüm ol du, El çi bəy.

İm per ya ya ha mı bo yun əyən də,

Kö lə li yin önün də qədd əyən də,

Bu əzab lar ürə yi nə də yən də,

Yan dı kök sün için-için, El çi bəy,

Fə lək qır dı öm rü ne çin, El çi bəy?

Bu yur du nu Kə‘ bə bil din qəl bi nə,

Yurd da na nın vü qa rı nə, qəl bi nə?

Zü lüm ba sıb haq qı çox dan qəl bi nə,

İş ğal altda qal dı və tən, El çi bəy,

Bu dərdlər dən əri di tən, El çi bəy.

Bu laq tə ki tə miz idi ürə yin,

Həm is tiq lal, həm əda lət di rə yin,

Ha lal lıq la yuğ rul muş du çö rə yin,

Ey və tə nin qa dir oğ lu, El çi bəy,

Bu tor pa ğın na dir oğ lu, El çi bəy.



112

Şirin x

anım Kərimbə

yli Şadiman

Elə tə‘ nə edib sə ni əy di lər,



Haq sız ye rə ürə yi nə dəy di lər,

Kim çar pış dı, kim lər özün öy dü lər?

Haq qa ca nı fə da et di El çi bəy,

O dün ya da haq qa yet di El çi bəy.

Söz gö tür dün yo lun üs tə ötən dən,

Ürə yin də dər də dö nüb bi tən dən,

Sən ni ga ran get din yurddan, və tən dən,

İn di ru hun özün üzər, El çi bəy,

Ba şı mı zın üs tə gə zər, El çi bəy.

Mə za rı nı Azər bay can qu caq lar,

Bu ölü mə için-için hey ağ lar,

Çək di fə lək dağ üs tü nə hey dağ lar...!

Ta rix ol du adın, sa nın, El çi bəy,

Qəl bi miz lə vu rar ca nın, El çi bəy.

Bay ra ğı mız Məm mə də min ama cı,

Hi mi ni miz is tiq la lın baş ta cı,

On la rı da sən siz gör mək çox acı,

Tə ki və tən öl məz ol sun, El çi bəy,

Mə zar evin nur la dol sun, El çi bəy,

Mə zar evin nur la dol sun, El çi bəy. 

 

 

24.08.– 09.09.2000.

 

EY BÖYÜK ŞAİRİM 

 İstiqlal şairimiz Əhməd Cavadın ruhuna!

 

Elə yaşamalı həyatda insan…

Dünyadan köçəndə yeri görünsün.

Onun yoxluğundan xəbər versin an,

Adamlar içində diri görünsün.

Yüz illər keçsə də əməli qalsın,

Adına baş əysin yaxınlar, yadlar.

Ürəklər içində zirvəni alsın,

Çün həyatda qalır layiqli adlar.

Dirikən ölülər çoxdu dünyada,

Varlığı zəhərli kol-kosa bənzər.

Var ikən elə bil yoxdu dünyada,

İçi qanla dolu bir tasa bənzər.



113

    Y

ol gedirik

Sən ey böyük şair, Vətən aşiqi,



Ölükən dirisən, ruhun ucadı.

Adınla nur saçır haqqın işığı,

Hər misran, hər sözün Rəbbə bacadı.

Sən « Göygöl » şerinlə suçlandın bir vaxt,

Şerin də adıntək uludu indi.

Etdisə ömrünü zalımlar bədbaxt,

Amalın istiqlal yoludur indi.

Onlar ölü idi, sağ ola-ola,

Səninsə dirilik haqqın əbədi.

Şairim, qandalı vurdular qola,

Sağ ikən ölünün qandalı nədi?

İndi də paxıllıq edirlər sənə,

Çünki himnimizdə yaşayır adın.

Hər misran, hər sözün, özün təntənə,

Əbədi yaşardı təbi ustadın.

Ömrünü qırdılar qəlbi kösövlər,

Qanında, canında istiqlal vardı,

Ürəyi kir ilə min cürə növlər,

Təbli həyatını əzaba sardı.

Cisminlə yox ikən, ruhunla varsan,

Adınla Vətəndə dirisən, şair.

Ziyasan, işıqsan, haqqa vüqarsan,

Millətin qeyrətli ərisən, şair.

Sağlığında ölü çoxu həyatda…

Əbədi ölməzlik qazanıb getdin.

Hər kəs qala bilməz əbədiyyatda,

Sən bunu dəhşətli zamanda etdin!…

Ey böyük şairim, ey Əhməd Cavad,

Sənin qeyrətinə baş əyirəm mən.

Vicdanı olana əzizdir bu ad,

Sənintək ucalmaq istəyirəm mən. 

 

16. 04. 2003



114

Şirin x

anım Kərimbə

yli Şadiman



ÜZEYİR ELİMİZİN DAHİSİDİR 



 

Dahi Üzeyir Hacıbəylinin

 əziz xatirəsinə

Yazdı ilk operanı - ad elədi,

«Leyli-Məcnun» ilə fəryad elədi,

O böyük Füzulini yad elədi,

Şərqdə musiqini abad elədi,

Operanı yurda övlad elədi,

Bu elmdə neçə ustad elədi,

Üzeyir elimizin dahisidir,

Musiqi elmimizin dahisidir.

Bəllidür aləmə bəyzadəliyi,

Bəy ola-ola elə sadəliyi,

İstiqlal yolunda azədəliyi,

Ziyalı ad-sanına zadəliyi,

Üzeyir elimizin dahisidir,

Musiqi elmimizin dahisidir.

Yayılıb hər tərəfə uca adı,

Arşın-Malalan, Məşədi İbadı,

Necə heyrətdə qoyub dostu, yadı,

Ucaldır sənəti bu pak ustadı,

Üzeyir elimizin dahisidir,

Müsiqi elmimizin dahisidir.

O böyük el yazarın işığı var,

Neçə min cümlə-cahan aşığı var,

Ona kəm baxanın yad qarşığı var!

Onun dürr sənətinin yaraşığı var,

Üzeyir elimizin dahisidir,

Musiqi elmimizin dahisidir.

O Milli himni-inqilab elədi,

Çökdü istiqlal-iztirab elədi,

«Koroğlu»-«Cəngi» haqqısab elədi,

Bu kimi ağrılara tab elədi,

Ürəyin hər əzaba bab elədi,

Üzeyir elimizin dahisidir,

Musiqi elmimizin dahisidir.

Şərqdə ilk operanın banisidi,

Bu adı danan elin canisidi,

Onun etdikləri yurdun bəsidi,

O Böyük Rəbbinin divanəsidi,




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə