2016v1
3
III. Xarici işıq cihazları ................................................................................................................................ 58
IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları ........................................................................................ 58
V. Təkərlər və şinlər ................................................................................................................................... 58
VI. Mühərrik .............................................................................................................................................. 58
VII. Konstruksiyanın digər ünsürləri ............................................................................................................. 59
2 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 60
Nizamlayıcının siqnalları .............................................................................................................................. 60
3 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 61
Nəqliyyat svetoforları .................................................................................................................................. 61
4 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 62
I. Xəbərdarlıq nişanları ............................................................................................................................... 62
II. Üstünlük nişanları .................................................................................................................................. 64
III. Qadağan nişanları ................................................................................................................................ 65
IV. Məcburi hərəkət istiqaməti nişanları ........................................................................................................ 68
V. Məlumatverici-göstərici nişanlar ............................................................................................................... 69
VI. Servis nişanları ..................................................................................................................................... 75
VII. Əlavə məlumat nişanları (lövhəciklər) .................................................................................................... 76
5 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 79
1. Üfüqi nişanlanma ................................................................................................................................... 79
2. Şaquli nişanlanma .................................................................................................................................. 81
6 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 82
Yol işlərində istifadə olunan işarələr ............................................................................................................. 82
7 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 83
Nəqliyyat vasitələrinin tanınma nişanları ....................................................................................................... 83
8 SAYLI ƏLAVƏ ....................................................................................................................................... 84
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar ....................................................................................... 84
1 FƏSİL
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) yol hərəkəti — xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan
hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində
yaranan ictimai münasibətlərin məcmusudur;
2) yol hərəkətinin təşkili — nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini,
optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi
olan mühəndis və təşkilati tədbirlər sistemidir;
3) yol hərəkətinin təhlükəsizliyi — yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və
onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir;
4) beynəlxalq yol hərəkəti — bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə
müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir;
5) avtomobil yolu — yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan
ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat
hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur;
6) avtomagistral — nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:
• həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri
tərəfindən istifadə edilə bilməz;
• ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks
istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün
nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur;
• dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;