Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə18/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   14   15   16   17   18   19   20   21   ...   348
2018-997

Yol tikinti sahəsində:
Dəvəçi 4 saylı Yol İstehsalat İdarəsinin 
keç
miş rəisi Şəmsəddin Məmmədov və qeyriləri. 


35 
 
 
 
 
III BÖLMƏ
 
 
 
UĞURLARA GEDƏN YOLLAR 
 
 
İnsanlar doğulur, gəlir dünyaya
Boylanır ətrafa, baxır səmaya. 
Yaşamaq uğrunda qoyur sərmaya, 
Axtarır işıqlı, uğurlu yollar. 
S
əmti düz salınan doğrulu yollar. 
 
 
 
 
 
 
 
 




36 
1.
BİR YAZ SƏHƏRİNDƏ “UĞUR”LA ÜZ-ÜZƏ 
Bir yaz səhəri – sübh tezdən idi. Dan yerinin qızartısı bütün 
yerin səthini qızılı rəngə boyamışdı. Adətim üzrə həmişə səhər 
tezdən günəşin çıxmasını seyr etmək kimi bu xoşbəxt an bu gün də 
mənə qismət olmuşdu. Çünki hər dəfə günəşin təzə çıxmasını 
görəndə elə bil dünyanı mənə bağışlayırlar. Sanki ovqatım düzəlir, 
üzümə sevinc yağışı yağır, kiçik zaman kəsiyində gümrahlaşır və 
özümü dünyanın ən xoçbəxt adamı hesab edirəm. Bəlkə də, bu 
mənim ilin günəşli günlərinin ən bol olduğu iyul ayında dünyaya 
gəlişimlə əlaqədardır, yaxşısını, əlbəttə, Allahdan başqa heç kim 
bilə bilməz.
Bu günkü səfər proqramım Şabran (keçmiş Dəvəçi) şəhər 
Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov adına 2 №-li texniki 
fənlər təmayüllü məktəb-liseydə kiçik görüşlə başlanırdı. Bu görü-
şün məqsədi və məramı həmin təhsil müəssisəsi haqqında yaza-
cağım kitabın sujet xətti barədə məktəb-liseyin rəhbərliyi və 
kollektivi ilə son məsləhətləşmə aparmaqdan ibarət idi. 
Mən səhər-səhər həmin məktəb- liseyin həyətinə daxil olmaq 
istəyəndə hələ ilk dərsin başlanmasına 25-30 dəqiqə vaxt qalırdı. 
Kənarda dayanıb ətrafı seyr edir,dərsin başlanmasını bildirən
zəngin vurulmasını gözləyirdim. Bu zaman 10-12 yaşında olan bir 
uşaq mənə yaxınlaşıb, sanki məni tanıyırmış kimi : 
- Salam, b
aba, məktəbimizə xoş gəlmisiniz-deyərək 
mehribancasına mənə yaxınlaşdı. Əlini uzadaraq mənimlə görüşdü. 
Əvvəlcə diksindim, sonra ani olaraq başımı qadırıb uşağın qəlbini 
ələ almaq üçün gülümsəyərək dilləndim: 
- Salam, 
oğlum, bəli, məktəbinizə gəlmişəm. Mən burada 
oxumasam da, b
u məktəb mənə olduqca əziz və doğmadır: demək 
olar, 
elə mənim də məktəbimdir. Hazırda burada iki nəvəm oxuyur. 
Hər ikisi də dərs əlaçısıdır. Hələ biri də bu ilki tədris ilində bu 
məktəb-liseydə yeni təhsilə başlayacaq. Burada qızım və gəlinim də 
müəllim işləyirlər. Söhbətə qısa fasilə verdikdən sonra sözümü 
davam etdirdim: 

Adın nədir, bala? 

Adım Uğurdur, baba, - deyə uşaq çox səmimi tərzdə mənə 


37 
cavab verdi. Ən çox sevdiyim adlardan biri olan Uğur adını eşitcək 
ürəyimdə olduqca sevindim, elə bil dünyanı mənə verdilər. Nə gözəl 
təsadüf. Mən hələ bir il altı ay bundan əvvəl bu məktəbin tarixinə və 
pedaqoji əmək fəaliyyətinə dair yazmağa başladığım kitabın da 
adını “Uğurlara gedən yollar” qoymuşdum. Heç bir neçə saniyə 
keçməmiş fürsət gözləyən xəyallar aləmi məni ovsunlayaraq 
mehribanlıqla öz ağuşuna çəkdi. Məktəbin keçdiyi 45 illik tarixi yol 
kino lenti kimi bir göz qırpımında yavaş-yavaş gözümün önündən 
gəlib keçdi. Lakin birdən sanki yatmış kimi diksinib ayıldım. 
Çətinliklə də olsa xəyalları özümdən uzaqlaşdırıb qarşımdakı oğlana 
cavab verdim: 

Uğur, oğlum, çox yaxşı, gözəl adınız var. Görünür, vali-
deyn
ləriniz anadan olanda sizə ad qoyarkən yaxşı seçim ediblər. 
İndi çalışmalısan ki, bu adını təhsildə və həyatının gələcək 
mərhələlərində öz ağlın-kamalınla və zəhmətinlə doğrulda biləsən. 
Qoy sənin gələcək uşaqlıq, yeniyetməlik, gənclk dövrlərin və 
ömrünün qalan çağları saysız uğurlarla dolu olsun! 

Baba, bunun üçün mən nə etməliyəm? - deyə uşaq gözlənil-
mədən mənə sual verdi. 

Həyatda hər hansı uğuru qazanmaq üçün insanın özündən 
çox şey asılıdır, bala. Sən isə bunun üçün bütün həyatın boyu müt-
ləq ağıllı-kamallı, ayıq-sayıq olmalısan. Təhsildə və gələcək işlə-
rində çeviklik, təşəbbüskarlıq göstərməlisən. Oxumaqdan, yazmaq-
dan, öyrənməkdən və işləməkdən heç vaxt qorxub çəkinməməlisən. 
Daim kitablarla yaxın dostluq etməlisən. Çünki kitab elmin və 
təhsilin suyu heç vaxt tükənmək bilməyən nadir çeşməsidir. 
Valideyn
lərin və müəllimlərin sözünə və məsləhətlərinə qulaq 
asmaq vacibdir. Sinifdə sakit oturub müəllimin dərsi izah etməsini 
həvəslə və maraqla dinləmək, onun verdiyi suallara vaxtında və 
düzgün cavab vermək isə sənin bir nömrəli borcun olmalıdır. Eləcə 
də sinif və ev tapşırıqlarını vaxtında, doğru və səliqəli yerinə 
yetirmək də səni uğura aparan cığırlardan biridir.

Təkcə bunların hamısını etməklə mən uğur qazana biləcə-
yəmmi, baba? 

Oğlum, uğur qazanmaq sizə sadə və asan məsələ kimi 
görün
məsin. Təhsildə və əməkdə uğur qazanmaq təkcə mən deyən 


38 
məsələlərlə bitmir. Bunun üçün çox oxumaq, yazmaq və əlavə 
olaraq 
əyani və texniki vəsaitlər üzərində müntəzəm çalışmaq 
lazımdır. Nadanlıqdan, cəhalətdən və pis vərdişlərdən uzaq olmaq 
gərəkdir. Müasir dövrün tələbi olan əcnəbi dillərin öyrənilməsi, 
kom
püter texnologiyası və internetlə bağlı bütün tədris və iş üsul-
larını mənimsəmək, xüsusilə xarici dillərin öyrənilməsi sahəsində 
qabaqcıl dünya təcrübəsindən və texnologiyasından məlumatlı 
olmaq, ondan 
səmərəli istifadə etməyi bacarmaq lazımdır. 
Uğur qazanmaq üçün təkcə bilik kifayət edə bilməz, həm də 
səbrli və ağıllı olmalısan. Hər şeydən öncə elmin daşlı-kəsəkli, 
qarlı-boranlı yollarını keçməlisən. Bu isə insandan yüksək bilik və 
bacarıq, möhkəm iradə, səbr və dözüm tələb edir. Bunlardan əlavə 
səndə müasir dünyamızda uğur qazanmaq istəyən başqalarının 
mübarizəsinə, rəqabətinə tab gətirmək bacarığı və məharəti forma-
laşmalıdır. Bunun üçün qısqanclıqdan, paxıllıqdan və ədavətdən 
uzaqda durmalısan. Yalnız uğura çatmaq üçün ədalətli və sivil 
üsullarla mübarizə aparmalısan. Əgər bu azad rəqabət mübarizə-
sindən qorxsan və çəkinsən, özünü kənara qoysan, sənin uğur 
qazanmaq işin çox çətin və müşkül məsələ olacaqdır.
Bütün bunlarla yanaşı sən mütləq həm evdə ata-ananın, həm 
də başqa ağsaqqal və ağbirçək insanların öyüd-nəsihətini eşitmə-
lisən. Məktəbdə əla oxumalı, müəllimlərinin verdiyi sinif və ev tap-
şırıqlarını birincilər sırasında yerinə yetirməlisən, məktəbdən, sinif-
dən uzaqlaşaraq pis vərdişlərə qurşanan və küçələrdə veyil-veyil 
dolaşan uşaqlardan uzaq durmasan, sən gələcəkdə necə uğur qazana 
bilərsən, oğlum?! 

Baba, mən sizin məsləhətlərinizi tam yerinə yetirib mütləq 
uğura nail olacağam! Bəs o uğur deyən məsələ haradan başlanır? - 
babacan. Onu qazanmaq üçün mən ilk dəfə necə, hardan və nədən 
başlamalıyam?

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə