Zakir bayramli


Kəndin coğrafi şəraiti və iqlimi



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə15/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   11   12   13   14   15   16   17   18   ...   348
2018-997

Kəndin coğrafi şəraiti və iqlimi. 
Uqah kəndi
 
çoxlu içməli su 
bulaqları və kifayət dərəcədə başqa su ehtiyatına malik olan güney 
bir ərazidə yerləşir. Münbit və əkinə yararlı torpaqları var. Zümrüd 


32 
gözlü meşələr bu dağ kəndinin onsuz da gözəl olan təbiətini daha da 
gözəlləşdirir. Burada yaz-yay ayları havalar çox vaxt sərin, bəzən 
günorta saatlarında isə isti keçir. Uqahın cana məlhəm olan təmiz 
havası və buzlu suyu vardır. Qışı isə sərt olur. 
Kəndin bulaqları. 
Uqah kəndində buz kimi içməli suyu olan 
çoxlu bulaqlar vardır. Onlardan beşinin adı belədir:
1. Pir bulağı. 
2. Mollalı bulağı. 
3. Qoşa çinar bulağı. 
4. Xırda bulaq. 
5. İsdə bulağı. 
Kənd əhalisinin soykökü, tərkibi və danışıq dili. 
Tarixi mən-
bələrə görə Uqah kəndinin əvvəlki yeri indiki kənddən təxminən 1 
km qərbdə yerləşibmiş. Lakin sonralar yadelli düşmənlərin, xüsusilə 
xəzərlilərin saysız hücumları nəticəsində həmin yaşayış məskəni ta-
ma
milə dağıdılaraq məhv edilib. Bir müddətdən sonra İrandan Sasa-
nilərin hökmranlığı zamanında çoxlu ailələr Azərbaycanın şimal 
ərazilərinə, o cümlədən Uqah kəndinə köçürülüb. Əhalinin bura 
məcburi köçürülməsinin əsas məqsədi isə o dövrün mühüm hərbi 
isteh
kamı olan Gilgilçay səddini qorumaqdan ibarət olub. Elə ona 
görə də İrandan köçürülmüş həmin əhali indiki kəndin yerində məs-
kunlaşıb. 
Kənddə yaşayan əhalinin etnik tərkibi isə tat dilli türklərdən 
ibarətdir. Məhz ona görə də burada sakinlər həm tat, həm də türk 
dilində danışırlar.
Kənd əhalisinin məşğuliyyəti. 
Kəndin əhalisi ta qədimdən 
heyvandarlıqla və əkinciliklə məşğul olub. Burada məhsuldar süd-
lük və ətlik istiqamətində yerli qaramal cinsləri yetişdirilib. Demək 
olar 
ki, kəndin təbii şəraiti və bol-bol otlaq sahələri, eləcə də zəngin 
su ehtiyyatı burada iribuynuzlu və xırdabuynuzlu heyvan cinslərinin 
saxlanmasına geniş imkan verib. Bu yerdə iqlim olduqca təmiz və 
saf olduğu üçün saxlanılan ev heyvanları və quşları ciddi xəstəlik 
keçirmir
lər. Ona görə də bu təsərrüfat sahəsi daim inkişaf edib
məhsuldarlıq ildən-ilə daha yüksək olub. Əkinçilik məhsullarından 
kənddə dənli bitkilərin (xüsusilə, arpa, buğda, vələmir, qarğıdalı, 
noxud, mərcimək, paxla və s.) və digər bostan bitkilərinin əksər 


33 
növlərinin beçərilməsinə üstünlük verilib. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə