Zakir bayramli


“ARZUDAN, İSTƏKDƏN BAŞLAYIR YOLLAR”



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə26/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   22   23   24   25   26   27   28   29   ...   348
2018-997

4.
“ARZUDAN, İSTƏKDƏN BAŞLAYIR YOLLAR” 
İnsan yaman sevir firavanlığı, 
C
ənnətə döndərir biyabanlığı. 
Bu coşqun həvəsi, bu heyranlığı, 
“Niyy
ətdən mənzilə” daşıyır yollar. 
Arzudan, ist
əkdən başlayır yollar. 
Yol sözü ensiklopediyada insanların və nəqliyyatın hərəkət 
etm
əsi üçün, eləcə də yüklərın daşınmasından ötrü geniş istifadə 
edil
ən yerüstü yolların adını ifadə edir. Hələ bizim eradan çox-çox 
əvvəl, xüsusilə, V minillikdə qədim Avropa və Asiyada rabitə xid-
m
ətinin vaxtlı-vaxtında yerinə yetirilməsi məqsədilə yollar yaradıl-
mağa başlamışdı. Avropa və Asiyada, eləcə də Amerika qitəsində 


50 
salınan həmin yollar örtüksüz yollar adlanırdı. 
H
ələ qədim zamanlardan şərqdə də ticarət etmək və digər 
iqtisadi 
əlaqələr qurmaqdan ötrü karvan yolları üzərində yollar 
yaradılmağa başlamışdı. Bu yollara Böyük Qədim İpək yolunu 
göst
ərmək olar. Sonralar IV əsrdən başlayaraq Qərbi Asiyada, o 
cüml
ədən Hett və Assuriya dövlətində daş örtüklü yollar salınmağa 
başladı. Əhəmənilər dövlətində və Romada salınmış yollar qədim 
dövrl
ərdə çox məşhur idi. Qonşu Rusiyada isə VIII-X əsrlərdə 
ticar
ət yolları yaradılmağa başladı. 1722-ci ildə Peterburq-Moskva 
torpaq yolu ç
əkildi. 1734-cü ilə kimi isə həmin yola çınqıl döşənil-
m
əsi işi başa çatdırıldı. 
Az
ərbaycanda yolların qədim tarixi vardır. Respublikamızın 
şərqlə qərb arasındakı Karvan yolunun qovşağında yerləşməsi hələ 
q
ədim zamanlardan burada yolların inkişafına böyük təkan ver-
mişdi. Azərbaycanın Ərdəbil və Bərdə şəhərlərindən başlayan kar-
van yolları xarici ticarətdə mühüm rol oynayan bir çox ölkələri 
birl
əşdirirdi. Bu yollar dünyanın bütün ölkələri ilə ticarət və digər 
iqtisadi 
əlaqələr saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. 
XIX 
əsrin 30-40-cı illərində Azərbaycanda poçt yollarının çə-
ki
lişinə xüsusi diqqət yetirilməkdə idi. 70-ci illərdən isə ölkəmizdə 
d
əmir yolu çəkilməyə başladı. Həmin vaxtlarda Xəzər dənizi ilə Kür 
çayından su yolu kimi istifadə edilməsi ölkəmizə böyük iqtisadi 
s
əmərə verirdi. 
Hal-
hazırda isə respublikamızda yolların dünya standartlarına 
cavab ver
ən böyük şəbəkəsi yaradılmışdır. İndi bütün şəhərlə-
rimizd
ə, qəsəbə və kəndlərimizdə asfalt örtüklü yollar mövcuddur. 
Hazırda Azərbaycanın elə bir ucqar kəndi yoxdur ki, oraya yol 
ç
əkilməsin.Qonşu İran və Rusiya ilə avtomobil, dəmir yolu xətləri, 
su v
ə hava yolu vardır. Gürcüstan Respublikasına isə avtomobil, 
d
əmir yolu və hava yolu sutkanın 24 saatı açıqdır.Qonşularımız 
Qaza
xıstan və Türkümənistan kimi ölkələr ilə respublikamız Xəzər 
d
ənizi vasitəsilə su və hava yolları ilə öz mədəni və iqtisadi 
əlaqələrini inkişaf etdirir. 
Yollar haqqında çox yazmaq olar. Onlar müxtəlifdir: uzun-
qısa, enli-ensiz. Var torpaqlı, daşlı-kəsəkli, çınqıllı-daşlı, asfalt 
örtüklü v
ə digər formada olan yollar. Çalışmaq lazımdır ki, 


51 
formasından aslı olmayaraq getdiyimiz həmin yollar düz və rahat 
olsun. V
ə bu yollar bizi rahat mənzil başına çatdırsin. Bizə onlar 
əmin-əmanlıq, fayda və uğur gətirsin. Mən bu mövzunu elə təzəcə 
yazdığım “Yollar “ şeiri ilə sona çatdırmaq istəyirəm: 
YOLLAR 
Çoxdur bu dünyanın çətin yolları, 
Enişli, yoxuşlu sərt dolayları. 
Olmur asanlıqla keçmək onları, 
Çıxır qarşımıza əzablı yollar. 
Qarışıq, dolaşıq, təzadlı yollar. 
H
əyatda kiminsə baxtı gətirmir, 
B
əxtinı axraran vaxtı itirmir. 
H
ər insan yolunu sona yetirmir, 
M
ənzilə çatmamış qapanır yollar. 
Ömrün k
əsiyində qadanır yollar. 
İnsanlar doğulur, gəlir dünyaya, 
Boylanır ətrafa, baxır səmayə. 
Yaşamaq uğrunda qoyur sərmaya, 
Axtarır işıqlı, uğurlu yollar. 
S
əmti düz salınan doğrulu yollar. 
İnsan yaman sevir firavanlığı, 
C
ənnətə döndərir biyabanlığı. 
Bu coşqun həvəsi, bu heyranlığı, 
“ Niyy
ətdən mənzilə” daşıyır yollar. 
Arzudan, ist
əkdən başlayır yollar. 
H
ərənin istəyi, təmənnası var, 
İstəksiz bir ömrün nə mənası var. 
H
ədsiz istəyin də öz əmması var, 
“Vara “ h
ərisləri azdırır yollar.
Üstünd
ən aşırıb atdırır yollar. 


52 
Zakir, halallıqla qazan hər şeyi
S
ən xaric kökləmə çaldığın neyi. 
M
əsləhət görmürəm haram yeməyi, 
Küsüb bir-birind
ən ayrılar yollar. 
Gedişsiz, gəlişsiz, tək qalar yollar. 
Yol 
haqqında da Azərbaycan xalqı ta qədimdən özünün çoxlu 
atalar sözl
ərini yaradıb. Lakin kitabın təyinatı və həcmi onların 
hamısını bu kitaba daxil etməyə imkan vermir. Ona görə də həmin 
atalar sözl
ərindən bir neçəsini bu yazıya daxil etməyi məsləhət 
bildik: 
Yol böyüyündür, su kiçiyin. 
Yol haramısı ol, yoldaş haramısı olma. 
Yoldaşı yolda tanı. 
Yol bilmirs
ən, yola gəl. 
Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar. 
Yoldan ir
əli - yoldaş, evdən irəli - qardaş. 
Yola körpü sal. 
Yoldaşını mənə de, sənin kim olduğunu deyim. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə