Zakir bayramli


inkişafını təmin edən həlledici qüvvə elm və təhsildir. Bu sahə ilə



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə28/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   24   25   26   27   28   29   30   31   ...   348
2018-997

inkişafını təmin edən həlledici qüvvə elm və təhsildir. Bu sahə ilə 
respublikamızda böyük bir şəbəkə - ibtidai məktəblərdən tutmuş 
elml
ər akademiyasına qədər müxtəlif növ böyük miqdarda təhsil 
v
ə elm ocaqları məşğuldur. 
Qeyd etdiyimiz h
əmin böyük elm və təhsil şəbəkəsi dəqiq saat 
mexanizmi kimi h
ər gün öz üzərinə düşən vəzifəni layiqincə yerinə 
yetirir. V
ətənimiz Azərbaycanın elmi, mədəni, siyasi və istisadi inki-
şafına güclü təkan verir. Onun çiçəklənməsinə, dünyanın qabaqcıl 
ölk
ələri arasında layiqli yer tutmasında mühüm rol oynayır. Bir sözlə, 
bu sah
ələrdə çalışan minlərlə insan öz missiyasını şərəflə yerinə yetir-
m
əklə Vətənə sədaqətlə xidmət edir. Bu xidmətin irəli getməsinin açarı 
is
ə təhsilin və elmin son metod, üsul və texnologiyalarla silahlan-
masından çox-çox asılıdır. Bu işdə dünyanın qabaqcıl təhsil metod
üsul v
ə texnologiyalarından istifadə edilmədikdə verilən təhsilin və 
qazanılan elmin səmərəsi çox aşağı səviyyədə olur.
XXI 
əsr həm yeniləşmiş sürətli texnologiyalar, həm də yük-
s
ək standartlara cavab verən təhsil əsridir.
Artıq təhsil işçilərinin 
köhn
ə “baqaj” la işləmək dövrü tükənmək üzrədir. İndi köhnə üsulla 
işləyənlərə, yerində sayanlara, yeniliyi qəbul etmək istəməyənlərə
h
əm gənclər, həm də cəmiyyət özü imkan vermir, onları öz sıraların-
dan avtomatik olaraq k
ənarlaşdırırlar.
Doğrudur, bu gün Şabran (keçmiş Dəvəçi) şəhər R.Yusifov 
adına məktəb-liseyin təhsilin inkişafına gedən yolları çox işıqlı, aydın,
r
əvan və geniş görünür. Məktəbin çox müəllimləri üçün bu yollarla 
getm
ək çoxdan daha asan və rahatdır. Bir sözlə, bilikli və bacarıqlı 

əllimlər üçün bu məsələ su içmək kimi rahat işə çevirilib.Lakin 


54 
m
əktəb-lisey və onun qabaqcıl kollektivi bu günkü vəziyyətə, əldə 
edilmiş müvəffəqiyyətlərə tam arxayınlaşmamalıdır. Bu sahədə kiçicik 
arxayınlaşmaya belə yol vermək olmaz. Bu sahədə buraxılan hər hansı 
nöqsan m
əktəb-liseydə qazanılmış tarixi mövqelərin rayonda və 
respublikada itirilm
əsi, birincilik bayrağının əldən getməsi demək 
olardı. 
Hamımıza yaxşı məlumdur ki, bugünkü dünya əvvəlki dünya 
deyil. Dünyanı bürüyən ümumi (o cümlədən iqtisadi,maliyyə, siyasi və 
s. formada) böhran günb
əgün özü ilə bərabər bahalaşma, infilyasiya, 
işsizlik, hərcmərcluik, beynəlxalq münaqişələr gətirir. Bunlar azmış 
kimi bu ç
ətinliklərlə yanaşı, həmin böhran köhnəliyə qarşı çıxaraq özü 
il
ə bərabər müxtəlif çeşidli yeniliklər, məcburi dəyişikliklər də gətirir. 
Bizim irad
əmizdən asılı olmayaraq hər gün dünya dəyişir, dünya ilə 
b
ərabər başqa sahələr kimi təhsilin səviyyəsi,bu sahəyə tətbiq olunan 
texnoloqiyalar, metodlar v
ə üsullar da dəyişir, təzələnir, yeni tələblər 
ortaya çıxır. 
Öyr
ədən və öyrənən insanların, yəni müəllim və şagirdlərin də 
dünya gö
rüşləri və baxışları gündən-günə dəyişərək zamana uyğun 
yenil
ənir. Artıq bu gün işləyən insanı təkmilləşməyə, yəni təzə bilik-
l
ərlə və məlumatlarla zənginləşməyə çağırır. Pedaqoji işçilərdən yeni 
forma v
ə məzmunla əhatə olunmuş müasir iş metodu ilə çalışmağı 
t
ələb edir. Bu səbəbdən nəinki müasir müəllim,hətta ömrünün-
günü
nün çoxunu yola salmış təqaüdçü belə özünü psixoloji cəhətdən 
itirm
ək, dəyişən dünyamızın qabağında aciz qalmaq istəmir. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə