Zakir bayramli


toplusundan ibarət fəaliyyəti kimi başa düşülür



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə30/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   26   27   28   29   30   31   32   33   ...   348
2018-997

toplusundan ibarət fəaliyyəti kimi başa düşülür. 
Xəyal anlayışının 
əsas motivi gerçəkliyin əyani modellərinin əsası üzərində qurulmasıdır. 
Nəticədə o, dərk etmək yolu ilə təfəkkürlə birləşməyi tələb edir. Xəyal 
yalnız iş və ictimai proseslərin canlı gedişində inkişaf edib gerçəkləşə 
bilir. İş fəaliyyəti, müəyyən elmi kəşflər və texniki ixtiralar əvvəlcə 
gerçəkliyə söykənən xəyal süsgəcindən keçməmiş həyata vəsiqə ala 
bilməzlər. Çünki qeyd etdiyimiz bu kimi işə və elmə aid bir çox 
məsələləri həll etmək üçün kəşfə, ixtiranın əldə edilməsinə və yeni 
metodlar
a, üsullara, texnologiyalara gedən yolu xəyalsız keçmək, onu 
sonadək qət etmək mümkün deyildir. Qısaca desək, 
xəyal arzudur, 
gələcəkdə olanların obrazının (nümunəsinin) qabaqcadan təsəv-
vürdə yaradılmasıdır.
İnsanlar uşaq yaşlarından başlamış qocalıb 
düny
asını dəyişən anlaradək xəyallarla yaşayırlar. Görəcəyi hər işi
atacağı hər addımı əvvəlcə xəyalında canlandıraraq planlaşdırır, 
sonradan 
isə onu icra edərək həqiqətə, yəni gerçəkliyə çevirməyə 
cəhdlər göstərirlər. 
Mənim təsəvvürümə gətirdiyim xəyallarım həm gerçək, həm də 
yaradıcı xəyallardır. Utopik xəyalları mən uşaqlıqdan sevmirəm. Heç 
vaxt gələcəkdə həyata vəsiqə qazana bilməyən xəyalları təsəvvürümə 
gətirməmişəm. Mənin çoxsaylı və zəngin xəyal aləmim həmişə 
qazan
dığım təhsil və bilikdən, qabaqcıl iş və həyat təcrübəmdən asılı 


56 
olub. Onun 
suyu tükənmək bilməyən çeşməsindən saf su içdikcə 
durulaşıb. Reallığa çevirilərək tamamilə gerçəkləşib. 
Bilmirəm bu xoşbəxtlikdəndir, yoxsa bədbəxtlikdən. Şabran 
(keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı R.Yusifov adına 
2 №- li texniki fənlər təmayüllü məktəb-liseyə aid bu kitabı başlayan 
gündən xəyallar aləmindən heç cür ayrıla bilmirəm. Elə bil məktəbin 
45 ildə keçdiyi həyat yolu və bu möhtəşəm təhsil ocağında işləyən 
çoxsaylı müəllimlər və digər insanlar haqqında xatirələr toplusu 
nömrələnib, qaytanlanıb, möhürlənib bir kino lenti halında mənə təhvil 
verilib. 
Mən nə qədər çalışıram ki, həmin məktəb-lisey haqqında olub 
keçənləri az-az xatırlayım və ya birdəfəlik unudum. Heç olmasa bir 
necə gün beynimə və qəlbimə sakitlik, dinclik və rahatlıq verim, lakin 
özümlə bacara bilmirəm. Düzünü deyim ki, bu sahədə çox acizəm. 
Hər şeyi bacarsam da, özüm-özümlə bacara bilmirəm ki, bilmirəm, 
vəssalam. Təcrübəli mütəxəsslərdən soruşmaq istəyirəm ki, mənə 
olduqca yaxın olan mələk nəvazişli bu xəyalların nazı ilə mən nə qədər 
oynamalıyam. Onlar nəinki gündüz, hətta yuxuda da mənimlədir, 
az
acıq da olsa mənə rahatlıq vermək istəmirlər. 
Lakin düzünü deyim ki, mən özüm də heç onlardan ayrı düşmək 
istəmirəm. Çünki mən yazacağım hər kəlmə sözü belə uzun müddət bir 
neçə variantda xəyal süzgəcindən keçirdikdən sonra onu yazıya 
köçürürəm. 
Budur, baxın, hardansa qədim nağıllarda göstərilən nəhəng bir 
sehirli quş məni iri qanadlarının üstünə alıb yenə də xəyyallar dün-
yasına aparır. Elə bir aləmə ki, sanki həmin cazibədar və sehirli 
xəyallar aləmində mən qısa vaxt ərzində Şabran (keçmiş Dəvəçi) şəhər 
Azərbaycanın Milli Qəhrəmanı R.Yusifov adına 2 №-li texniki fənlər 
təmayüllü məktəb-liseyin yola saldığı 45 illik dövrlə bir daha yaxından 
tanış olum. Elə bil ki, mənim günü-gündən gözəlləşən, zənginləşən və 
yeniləşən xəyal dünyam bu anda yenidən mənim köməyimə yetişir. 
Həmin 45 illik vaxta aid çəkilmiş böyük həcmli, yəni bir neçə bölüm-
dən ibarət sənədli filmi qısa zaman kəsiyində mənim üçün nümayiş 
etdirir. Beləliklə, mən sanki keçmiş illərə qayıdaraq məktəb-liseyin 
keçdiyi 45 illik dövrü asanlıqla, ardıcıllıqla və dəqiqliklə böyük ma-
raqla izləyə bilirəm. 
Xəyallarımda sanki canlı-canlı baxdığım bu “ filmdə” gördüyüm 


57 
zəhmətkeş insanların böyük hissəsi artıq həyatda yoxdur. Bu hal məni 
xeyli sarsıdır. Lakin onlar bu gün olmasa da, onların işi və əməlləri, 
danışığı, düzlu-məzəli sözü-söhbəti, yerişi-duruşu hamısı bir-bir ekran-
da aydın görünür. Sanki filmin ssenarisini yazan müəllif onların heç 
biri üçün ayrıseçkiliyə yol verməyib. Rejissor isə yüksək ustalıq və 
peşəkarlıq göstərərək bu məktəb-liseydə vaxtıkən çalışmış insanların 
heç birinin yaddan çıxmağa, unudulmağa qoymayıb. 
Vaxtılə bu məktəb-liseydə direktor işləmiş insanlardan tanınmış 
riyaziyyat müəllimi İsbat İsaqov, coğrafiya müəllimi Tamara Qası-
mova, rus dili və coğrafiya müəllimi Baba Muradəliyev, biologiya 
müəllimi Sədaqət Əsgərovanın böyük müəllim kollektivi və şagird 
kontingentinə malik olan bu məktəbi necə böyük çətinliklə, lakin ciddi 
məsuliyyətlə və böyük məharətlə idarə etmə anları kino lenti kimi 
gözümün qarşısından gəlib keçir. Məktəb-liseydə ötən illərdə rəhbər 
vəzifə tutmuş bu unudulmaz insanların məktəbin şan-şöhrət qazan-
masında zəhmətləri, əziyyətləri çox olub. Bir iş yoldaşı kimi o vaxtlar 
həmin direktorların hamısı ilə bir yerdə işlədiyim üçün onlar mənə 
doğma və yaxın olub. Allah onların hamısına rəhmət eləsin! Ruhları 
şad olsun!
Tamara Qasımova RXMŞ-də müdir işləyəndə mən də orada baş 
mühasib olmuşam və onunla bir yerdə çalışmışıq. İsbat İsaqov və Baba 
Muradəliyev, mən Dəvəçi şəhər 1 saylı orta məktəbdə oxuyanda 
müəllimim olublar. Sədaqət müəllimə isə RXMŞ-də mühasib işləyər-
kən mən onun baş mühasibi olmuşam. Yəni bu insanların hamısı 
mənim üçün əziz, dəyərli və unudulmaz şəxsiyyətlər, eləcə də keçmiş 
iş yoldaşları olublar. 
Sonra mən ekranda məktəbdə keçirilən son tədbirlərin birində bu 
gün öz mənalı həyatlarını yaşayan məktəbın keçmiş direktorları, keçən
illərdə məktəb-liseyə rəhbərlik işini uğurla yerinə yetirmiş, hələ bu gün 
də məktəb-liseyin keçmiş və indiki uğurları, şanı-şöhrəti, adı-sanı ilə 
nəfəs alan hörmətli müəllimlərimizi görürəm. Bunların arasında 
Əhməd Əkbərovun, Nofəl Məmmədovun, Kazım Əfəndinin hazırki 
direktor Rafiq Hüseyn
ovla mehriban söhbət etdiyi açıq-aşkar nəzərə 
çarpır. 
Hələ bu harasıdır. Ekrana yaxın oturub olub-keçənlərə diqqət 
yetirdiyim anda vaxtıkən məktəb-liseydə tədrisin inkişafında öz uğurlu 


58 
addımlarını atmış, şagirdlərin təlim-tərbiyəsinin irəliləməsində önəmli 
yer tutmuş, dünyasını dəyişmiş keçmiş təlim-tərbiyə işləri üzrə direktor 
müavinlərini görürəm.Bunlar keçmiş iş yoldaşımız Rəfiqə Dəmirova, 
qohumum Hüseynağa İdrisov, qonşum Nurbala Hüseynov və digər-
ləridir. 
Sonda xəyallarımın quraşdırdığı ekranda yanıqlı bir musiqi sə-
daları altında vaxtıkən məktəbdə təhsilin inkişafı üçün canını qoymuş,
artıq bu gün bizim dünyadan çox-çox uzaqlarda olan, əziz və işıqlı 
xatirələri bir an belə unudulmayan məktəbin bir dəstə müəllimi görü-
nür. Hamını bircə-bircə, diqqətlə üzləyib asanlıqla onların kimliyini 
müəyyən edirəm. Bunlar öz halal zəhmətləri ilə məktəbin yarandığı ilk 
gündən bu tədris ocağında təhsilin çiçəklənməsinə sədaqətlə xidmət 
etmiş sabiq pedaqoji işçilərdir: Dil-ədəbiyyat müəllimləri Nadir 
Fazilov, Müslüm Mayılov və Abdulhəşim Musayev, riyaziyyat və 
fizika müəllimləri Ağakərim Ağarzayev, Ağabəy Quliyev, Tavat 
Babayeva, Şəfiqə Hüseynova və Fikrət Əfəndi, tarix və coğrafiya 
müəllimləri Nurbala Quliyev, Mirfəttah Qədirov, Ələddin Əlicanov və 
Hafiz Quliyev, kimya müəllimi Zümrüd Məmmədova, bədən tərbiyə 
müəllimləri Hüseyn Məqami, Tərlan Babayev və Akif Qüdrətov, 
ibtidai sinif müəllimləri Seyfulla Osmanov, Leyla Həsənzadə, Ruhulla 
Ruhullayev 
və Sifayə Əkbərova, əmək müəllimləri Əbülfərz 
Heydərov, Bayram Rzayev və başqalarının şəkilləri kino lenti kimi 
gözüm qarşısında canlanırlar.
Nəhayət, kino lenti fırlanaraq sonadək öz işini başa çatdırdı. Mən 
şirin yuxudan ayılan insan kimi xəyallar aləmindən güc-bəla ilə aralan-
dım. Xəyala daldığım müddətdə həmin xəyalların köməyi ilə bu 
məktəb-liseydə işləmiş keçmiş müəllimlər haqqında sanki öz yaddaş 
kartımı bir daha təzələdim. Bütün bu canlı xəyallar mənim gerçək-
ləşən, yəni həyata vəsiqə alan xəyallarım idi. Onlar məni fəallaşdıraraq 
mənə düzgün və məhsuldar yaradıcılıq yolu göstərən xəyallarımdır.
Mən Allahdan dünyasını dəyişənlərə qəni-qəni rəhmət dilədim, sağ 
olanlara isə cansağlığı, uzun, lakin xoş və mənalı ömür arzuladım. Və 
bu yazını ərsəyə gətirməkdə yaxından mənə yardımçı olduqları üçün 
xəyallarıma ürəkdən minnətdarlıq etdim . 
Lakin həyatda həmişə arzu edilən xəyallar müstəcəb olmur. Ona 
görə ki, xəyallar xəyal olaraq qalmamalı, onlar gerçəkliklə əlaqələn-


59 
dirilməlidir. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə