|
![](/i/favi32.png) Zakir bayramliQısaca olaraq məktəb və diğər təhsil müəssisələrinin tikintisi2018-997Qısaca olaraq məktəb və diğər təhsil müəssisələrinin tikintisi
haqqında.
Altımışıncı illərdə rayonumuzda şagird sayının artması ilə
əlaqədar məktəb tikintisinə böyük ehtiyac var idi. Mövcud binalar
köklü şəkildə darısqal idi. Onlar təhsil müəssisəsi üçün tələb olunan
standartlara cavab vermirdi. Əksər məktəblərimizdə şağirdlər partada
üç-üç oturur
dular. Birinci sırada oturan şagirdlərlə yazı lövhəsi arasın-
dakı məsafə olduqca yaxın olduğuna görə bu vəziyyət yetişməkdə olan
nəslin sağlamlığına böyük ziyan vururdu.
Yalan olmasın. Mən Şabran (keçmiş Dəvəçi) rayon təhsilinin son
50 ilinin canlı inkişaf yolunu gözü ilə görən və onun tarixini qələmə
alan yeganə adamam. Bu gün yaşayan və keçmişə real gözlə baxan
şəxs kimi deyə bilərəm ki, 1960-cı ildə Dəvəçi şəhərində 1 №-li, 1972-
ci ildə isə 2 №-li orta məktəblərin yeni binalarda təhsilə başlaması
rayon təhsilində inqilaba bərabər bir hadisə oldu. Həmin illərdə və
sonralar Dəvəçikənddə (Dəvəçi şəhəri), Gəndov, Rəhimli və Ağbaş
kimi iri kəndlərimizdə yeni tipli layihələr əsasında məktəb binaları
tikilib istifadəyə verildi. Bir qədər sonra Dəvəçi şəhərində məktəbli
şahmat həvəskarları üçün Şahmat məktəbi və 140 nəfərlik iki uşaq
bağçası üçün yeni binalar da inşa edildi.
Doğma Azərbaycanımızın təzəcə müstəqillik qazandığı illərdən
başlayaraq Şabran rayonunda məktəb tikintisi işi dayanmadı. O, yeni
istək və həvəslə irəliyə və inkişafa doğru daha böyük sürət götürdü. Bu
illərdə H.Əliyev fondunun köməyi və dövlət büdcəsinin vəsaiti
hesa
bına rayonumuzda yeni məktəb binaları tikilib istifadəyə verildi.
Dəvəçi şəhərində (4 və 5 №-li orta məktəblər), Güləmli, Sincanboyad,
Zeyvə, Qorğan, Düzbilici, Pirəmsən, Şahnazərli, Pirəbədil, Aygünlü,
Təzəkənd, Xəlilli, Taxtalar və başqa kəndlərimizdə tikilən yeni məktəb
binaları şagirdləri bir ana kimi sevinclə qarşılayaraq öz bağrına basdı.
Dostları ilə paylaş: |
|
|