Fəsil 9. Beynəlxalq xüsusi hüquqda
əqli mülkiyyət hüququ
§ 1. Ümumi müddəalar
Əqli mülkiyyət hüququ insanların əqli fəaliyyətinin
nəticələrindən istifadə edilməsi ilə əlaqədar yaranan münasibətləri
tənzimləyən hüquq normalarının məcmusuna deyilir. İnsanlann əqli
fəaliyyətinin nəticələrinin hüquqi mühafizəsi ilə müqayisədə "əqli
mülkiyyət" anlayışı yeni temıindir. Bu tennin Azərbaycan
Respublikasının hüquq sistemində keçən əsrin 90-cı illərindən
etibarən işlənməyə başlanmışdır. 1995-ci il Konstitusiyasının 30-cu
maddəsində bu tennin altında insan və vətəndaşlar üçün aynca hüquq
nəzərdə tutulmaqla yanaşı onun elementləri də qismən sadalanmış və
onlann hüquqi mühafizəsinə təminat verilmişdir: "Müəlliflik hüququ,
İxtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri
qanunla qonmur".
"Əqli mülkiyyət" tennininin Azərbaycan hüquq sistemində özünə
"vəsiqə" qazanmasının əsasında beynəlxalq hüquq nonnaları durur.
14 iyul 1967-ci ildə Stokholmda imzalanmış, Ümumdünya Əqli
Mülkiyyət Təşkilatını təsis edən Konvensiyanın 2-ci maddəsində
göstərilir ki, "əqli mülkiyyət" anlayışı altında aşağıdakılar nəzərdə
tutulur: ədəbi, bədii və elmi əsərlərə; artistlərin, səsyazma, radio və
televiziya verilişlərinin icra fəaliyyətinə; insan fəaliyyətinin bütün
sferalarında ixtiralara; elmi kəşflərə, sənaye nümunələrinə; əmtəə
nişanına, xidmət nişanına, firma adlarına, kommersiya işarələrinə aid
olan
hüquqlar, vicdansız rəqabətdən hüquqlar,
habelə istehsalat, elm,
ədəbi və bədii sahələrdə İntellektual fəaliyyətə aid olan digər
hüquqlar.
Zəmanəmizdə insanlann əqli fəaliyyətinin nəticəsi olan mənəvi
nemətlərin ixracı maddi nemətlərlə müqayisədə heç də geri qalmır.
Bu baxıından əqli mülkiyyət hüququnun beynəlxalq hüquqi
mühafizəsi mühüm əhəmiyyət kəsb edir.
Mülki hüquqların digər növlərindən fərqli olaraq əqli mülkiyyət
hüququnun bir sıra özünəməxsus xüsusiyyətlərə malİk olması onun
146
§ 4, Azərbaycan Respublikasının xaricdəki mülkiyyətinin hüquqi vəziyyəti
sərəncam vermək hüququna malik olması Azərbaycan qanunvericiliyi
ilə müəyyən edilir.
Azərbaycan dövləti xaricdə yerli qanunlara uyğun olaraq
daşınmaz əmlaka mülkiyyət hüquqları əldə edə bilər.
Dövlət mülkiyyətinin ayrılmaz hissəsini mədəni sərvətlər təşkil
edir. Mədəni sərvətlərlə əlaqədar istər beynəlxalq səviyyədə, istərsə də
milli qanunvericilikdə xüsusi qaydalar müəyyən edilmişdir.
YUNESKO çərçivəsində hazırlanan 1954-cü il “Hərbi konfliktlər
zamanı mədəni sərvətlərin müdafiəsi haqqında” Haaqa konvensiyası,
1970-ci il “Mədəni sərvətlərin qeyri-qanuni aparılması, gətirilməsi və
onlar üzərində mülkiyyət hüququnun keçməsinin qarşısının alınması
və qadağan edilməsinə yönələn tədbirlər haqqında” Konvensiya,
1972-ci il “Ümumdünya mədəni və təbii sərvətlərin mühafizəsi
haqqında” Konvensiya bu istiqamətdə xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının da ratifikasiya etdiyi 1972-ci il
YUNESKO Konvensiyasına görə ayrı-ayrı dövlətlərin ərazilərində
yerləşən mədəni və təbii sərvətlər bütün bəşəriyyətə mənsub olan
ümumdünya sərvətinin bir hissəsi hesab edilir.
145