§ 3, Azad iqtisadi zonalarda xarici investisiyalar
ta keçirilir. Bu zaman, bİr qayda olaraq, iri dəniz limanları,
dəmir yol
qovşağı, aeroportun xüsusi ərazisi və yaxud onlara bitişik rayon azad
ticarət zonası elan edilir. Təkcə Almaniya ərazisində altı liman
şəhəri
(Bremen, Bremerhafen, Kukehafen, Emden, Kil, Hamburq) azad
liman statusuna malikdir.
Funksional və ya sahəvİ zonalar elmi-texniki tərəqqini
sürətləndirmək, bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək
məqsədi ilə yaradılır.
Beləliklə, azad iqtisadi zonanın növlərinin geniş spektri
mövcuddur və onlardan hər hansı birini öz ərazisində yaratmaq hər bir
dövlətin suveren hüququdur. Azad iqtisadi zonanın hüquqi statusu
dövlətdaxili qanunvericiliklə müəyyən edilir. Bir sıra dövlətlərdə bu
barədə xüsusi qanunlar qəbul edilmişdir. Məsələn, ABŞ (1934- cü ildə
qəbul edilib), Meksika (1946-cı il), Rumıniya (1978-ci il). Böyük
Britaniya (1984-cü il), Bolqarıstan (1979-cu il) və s.
dövlətlərdə azad
iqtisadi zonalar haqqında xüsusi qanunlar mövcuddur.
Dünyada getdikcə sürətlənən inteqrasiya prosesləri beynəlxalq
təşkilatlar çərçivəsində azad iqtisadi zonalann statusu ilə əlaqədar
məsələlərin həllini zəruri etmişdir. 25 iyul 1988-ci ildə Avropa İttifaqı
Şurasının qəbul etdiyi "Azad gömrük zonalan və anbarları haqqında"
qə- ran İttifaqın üzvü olan dövlətlərdə qüvvədədir. Həmin sənəd üzv
dövlətlərin ərazisində olan belə zonaların hüquqi rejimini müəyyən
edir.
“Xarici investisiyaların qorunması haqqında” Azərbaycan
Respublikası Qanununda bu baxımdan "sərbəst İqtisadi zona"
anlayışından istifadə edilmişdir. Qanunun 41-ci maddəsinə görə
Azərbaycan Respublikasında xarici investorların, xarici investisiyalı
müəssisələrin təsərrüfat fəaliyyəti üçün güzəştli rejimin müəyyən
edildiyi ərazi sərbəst iqtisadi zona sayılır.
Qanun sərbəst iqtisadi zonaların yaradılması qaydasını, xarici
investorların və xarici investisiyalı müəssisələrin orada qeydə
alınmasını, onların təsərrüfat fəaliyyəti və başqa fəaliyyət ilə məşğul
olması şərtlərini Azərbaycan Respublikasının sərbəst iqtisadi zonalar
haqqında qanunvericiliyi ilə müəyyən ediləcəyini nəzərdə tutur.
Gələcəkdə belə qanunun qəbul olunması istisna olunmur.
143
Fəsil 8. Əşya hüquqları
§ 3. Azad iqtisadi zonalarda xarici investisiyalar
Azad iqtisadi zona dövlət ərazisinin elə bir hissəsinə deyilir ki,
burada konkret iqtisadi vəzifələri yerinə yetirməkdən ötrü xarici
investorlarla birgə sahibkarlıq fəaliyyəti üçün xüsusi şərait yaradılır.
Azad iqtisadi zonada xarici investorlar üçün onların adi təsərrüfat
fəaliyyəti rejimindən fərqli olaraq müəyyən əlavə imtiyazlar yaradılır.
Belə imtiyazlar sırasına, bir qayda olaraq, aşağıdakılar aid edilir:
xarici investisiyalı müəssisələrin qeydiyyatının və ya başqa formada
rəsmiləşdirilməsinin sadə qaydaları; imtiyazlı vergi rejimi; xüsusi
gömrük rejimi; təbii ehtiyatlardan istifadə haqqının aşağı olması;
xarici vətəndaşların gediş-gəlişinin sadə qaydaları və s.
Azad iqtisadi zonaya texnologiya, maşın və avadanlıq, xammal,
material və yanmfabrikatlar azad və gömrüksüz gətirilir. Azad İqtisadi
zonada mallar yenidən çeşidlənir, çəkilib-bükülür, qablaşdırılır,
yenidən emal olunur, bundan sonra gömrük vergisi ödənilməklə
həmin ölkənin daxili bazanna çıxarılır və ya başqa ölkələrə daşınır.
"Azad iqtisadi zona" anlayışı belə zonanın yaradılmasının
təyinatından asılı olaraq müxtəlif cür adlandırıla bilər. Bəzi ölkələrdə
buna azad gömrük zonası (Bolqarıstan, Yuqoslaviya), digər ölkələrdə
xüsusi iqtisadi zonalar (Çin) və ya azad sənaye zonaian (Asiya və
Afrika ölkələrində), yaxud da azad sahibkarlıq zonaları (ABŞ) deyilir.
Şərti olaraq azad iqtisadi zonaları üç qrupa bölürlər: 1) azad
sənaye zonaları; 2) xarici ticarət zonaları; 3) funksional və ya sahəvi
zonalar (texnoparklar, sığorta, bank zonaları və s.)
Azad sənaye zonaian, bir qayda olaraq, inkişaf etməkdə olan
dövlətlərdə yaradılır və belə ərazidə ticarət, valyuta, vergi, gömrüklə
bağlı imtiyazlı hüquqi rejim mövcud olur.
Xarici ticarət zonaları daha çox Qərbi Avropa ölkələri üçün
xarakterikdir, Malları əlavə dəyər vergisi və digər ticarət
ödəmələrindən azad edən belə zonalarda əmtəələrin yüklənməsi və
boşaldılması, uzun müddətə anbarlarda yerləşdirilməsi, sərgilərdə
nümayiş
etdirilməsi, çeşidlənməsi və digər bu
kimi hərəkətlər həya-
142